Yaxın günlərdə kommunal xidmətlər qaldırıla bilər - AÇIQLAMA
207 Baxış
Son dövrlər gediş haqqının qaldırılacağı ilə bağlı iddialarla yanaşı kommunal xidmətlərin artırılması da müzakirə edilir. Yaxın günlərdə kommunal xidmətlər qaldırıla bilərmi?
Avtoxəbər.az xəbər verir ki, bununla bağlı KONKRET.az-ın sualını cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, bu barədə konkret bir söz demək çox çətindir:
“Ümumilikdə baş verən proseslərə diqqət etmək daha doğru olar. Burada gediş haqqının artırılması ilə bağlı iddialar daha çox Bakı Nəqliyyat Nazirliyi tərəfindən taksi fəaliyyəti ilə bağlı yeni konsepsiya irəli sürdükdən sonra ortaya çıxmağa başladı və tarifin mövcud qiymətlərlə müqayisədə yüksək olması göstərildi. Beləliklə, bu fonda kütləvi şəkildə sərnişin daşımasına tələbin artması əsas gətirilərək gediş haqqının artırılması barədə fikirlər ortaya çıxdı. Doğrusu, gediş haqqının qaldırılması mümkündür. Əgər qeyd edilən ssenari üzrə proseslər inkişaf etdirilərsə, qiymətlərin artırılması ola bilər, amma bugünki şərtlər çərçivəsində hökumət bu məsələyə daha ehtiyatla yanaşacaq, çünki sosial vəziyyət yaxşı deyil, insanlarımızın əksəriyyətinin pandemiya dövründə alıcılıq qabiliyyəti aşağı düşüb. Belə şərtlər daxilində xüsusilə də gediş haqqının qaldırılması istiqamətində hər hansı qərar qəbul etməyəcək. Mən elə düşünürəm. Ən azından məntiq bunu göstərir”.