MediaXeber.az

Xeyir-şər komitəsi yaratmaq təklifi - toylarda “1 kəllə qənd” zamanı...

28 Baxış
Xeyir-şər komitəsi yaratmaq təklifi  - toylarda “1 kəllə qənd” zamanı...

Bu gün elə bir vəziyyət yaradıblar ki, adamlar toysuz evlənirlər, bəylə gəlinə kəbinə getməyə belə icazə vermirlər...

Artıq 1 ildən çoxdur ki, pandemiya səbəbindən toy mərasimlərinin keçirilməsinə qadağa qoyulub. Yaxın vaxtlarda virusun tamamilə yox olacağı gözlənilmir. Hətta bəzi mütəxəssislər pandemiyanın bir neçə il davam edəcəyini deyir. Bu vəziyyətdən daha çox narazı olanlar isə övladlarına toy edə bilməyənlərdir.

Sərt karantin rejimi ləğv olunan zaman hər kəs toylarla bağlı qərarın olacağını düşünürdü. Amma restoran və digər iaşə müəssisələri açılsa da, toylarla bağlı yenilik olmadı.

Elə bu səbəbdən də son vaxtlar bu məsələdə narazılıq daha da artıb.

Deputat Fazil Mustafa toyların zəruri məhdudiyyət şərtləri ilə keçirilməsinə icazə verilməməsini müəmmalı yanaşma adlandırıb: "Hər gün Bakının istənilən “Mcdonalds”, “Mado” və s. kimi iaşə məkanlarına diqqət yetirin, saatlarla yüzlərlə insan həm masa arxasında, həm də yemək növbəsində bir-birinə yaxın məsafədə olurlarsa, o halda toylarda sağlamlıq təhlükəsizliyinə əməl etmək daha rahat deyilmi? Necə deyərlər, iki kəllə oxuyan, 50 nəfər qonaq, 3 saat da vaxt, bundan qətiyyən dünya dağılası və virus yayılası deyil. Bir ilə yaxındır ki, adamlar ailə qura bilmirlər. Qaydanı pozarlarsa, buyurub restoran və ya şadlıq evi sahibini cəzalandırın. Hər şeyin total şəkildə və uzun müddətə qadağan olunması çıxış yolu deyil ki..."


Deputatın bu təklifinə, görəsən, sosioloqlar necə yanaşır? Ümumiyyətlə, toylar hansı qaydada keçirilməlidir?

Sosioloq Sahib Altay Fazil Mustafa ilə həmfikir olduğunu deyib: "İnsan həm bioloji, həm də sosial varlıqdır. Onun bir tərəfini əlindən alıb, digər tərəfi üzərində yaşamağa məcbur etmək olmaz. Bu, həm sosioloji, həm də psixoloji travmadır. Bunu da təmin etmək üçün istənilən hallar üçün alternativ model ortaya qoyulmalıdır. Bunu da toylarda insan sayını azaltmaq, fiziki məsafəni qorumaq şərti ilə müəyyən nəzarət mexanizmi tətbiq edərək həyata keçirmək olar. Lap dövlət bunu sayla da edə bilər. Məsələn, bir günə yüz nəfərin toyu olsun. Yüz nəfərin toyuna nəzarət etmək dövlət üçün çox asandır, bunu polisin vasitəsilə etmək mümkündür. Bu alternativ modeli ortaya qoyaraq etmək olar. Bu gün elə bir vəziyyət yaradıblar ki, adamlar toysuz evlənirlər, bəylə gəlinə kəbinə getməyə belə icazə vermirlər. Sanki düşünürlər ki, bunlar haradasa məclis edəcəklər".


Sosioloq hesab edir ki, insanlar dəyişikliklərə hazır olmalıdırlar: "Bizim dediyimiz bu məsələ kiçik bir inqilabdır, bu da qurban tələb edir. Kimsə hansısa toya yazdırdığı puldan vaz keçməlidir. Biri 400-500 nəfər adam çağırırsa, o biri də o qədər adam yığır toyuna. Bir çox xarici ölkələrin toy şənliklərində olmuşam. Heç yerdə belə vəziyyət yoxdur. İnsanlar çox sadə şəkildə, dostlarını, yaxın çevrələrini yığıb toy edirlər. Yəni bir insan üçün lazımsız adamın toyda iştirak etməsi üçün nə gərək var?! Toyda iştirak edəcək adamlar kimlər olmalıdır- çütlüyün xoşbəxt gününü arzulayan insanlar və həmin cütlüklərin öz toylarında iştirak etmələrini arzuladığı insanlar. Bizdə isə qarşılıqlı maddiyyat sərgiləmə, pul yazma, bir sözlə, toy biznesə çevrilib. Toy öz mahiyyətindən tamamilə uzaqlaşıb. Dövlət bununla bağlı ayrıca bir xeyir-şər komitəsi yarada bilər. Bu qurum sosial layihələri qəbul eləsin, konkret olaraq bu sahədə işlər görsün. Deyilənlər yas mərasimlərinə də aiddir. Bir müddət buna nəzarət edilməli, ənənə şəklini alandan sonra lazımsız toy adətləri də istər-istəməz yığışdırılacaq".


Sosioloq Sənubər Heydərova da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Pandemiyanın yaratdığı problemlər cəmiyyət olaraq bizi düşündürməlidir. Əvvəlki qaydalara qayıtmalıyıqmı, yoxsa belə daha yaxşıdır? Bununla bağlı xüsusi bir tədqiqat aparmamışıq, amma müharibədən sonra bölgələrdə səfərdə olduq. İnsanların fikirlərini öyrəndik. Buna əsasən deyə bilərəm ki, əslində insanlar öz aralarında toylarla bağlı çox şikayət edirlər. Toylarda bu qədər adam olmaz, bu qədər xərc olmaz, israfçılıqdır. Amma bunlar söz olaraq qalıb, realda bununla bağlı konkret addımlar atılmır. İndi pandemiyanın bu məsələyə böyük təsiri var. İnsanlar toylarda nə qədər israfçılığın olduğunun fərqindədirlər, əksəriyyət əvvəlki kimi toyların olmasını istəmir. Yəni pandemiya insanların düşüncəsində dəyişikliyə səbəb olub. Amma bundan nəticə çıxarmaq üçün yalnız bu amillər kifayət deyil. Artıq dövlət səviyyəsində qaydalar tətbiq olunmalıdır, necə ki böyük yas mərasimlərinin keçirilməsinə qadağalar qoyuldu, yemək verilməsi zamanı israfçılıq edilməsinə icazə verilmədi. Eləcə də dövlət toylarla bağlı müəyyən qaydalar tətbiq etməlidir. Bunun üçün ən münasib vaxt elə pandemiya dövrüdür. İnsanlar kiçik məclis keçirərək də cəmiyyətə övladlarının ailə qurduğunu elan edə bilərlər. Əslində indi insanlar özləri buna maraqlıdırlar. Bunu həyata keçirməyə isə təkan lazım idi”.


Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Emin Ağalarov nişanlandı - Görün kimin qızı ilə  \FOTOLAR\VİDEOEmin Ağalarov nişanlandı - Görün kimin qızı ilə \FOTOLAR\VİDEO Füzulidə qandonduran erməni vəhşiliyi  – 27 il ayağı qandallı zirzəmidə saxlayıblar – FOTOFüzulidə qandonduran erməni vəhşiliyi – 27 il ayağı qandallı zirzəmidə saxlayıblar – FOTO Şuşa BİZİMDİR -   ŞUŞA AZƏRBAYCANDIRŞuşa BİZİMDİR - ŞUŞA AZƏRBAYCANDIR Amin Musayev və Bayram Kərimov sağdırlar  - BQXKAmin Musayev və Bayram Kərimov sağdırlar - BQXK Ermənistanda etirazlar başladı  - SON DƏQİQƏ – CanlıErmənistanda etirazlar başladı - SON DƏQİQƏ – Canlı Bir neçə şəhər və kənd azad edilib Prezident İlham Əliyev: – Prezident İlham Əliyev: – Bir neçə şəhər və kənd azad edilib O Mersedes mənim arzumdur deyən əsgərimizə hədiyyə  – Mersedes Benz O Mersedes mənim arzumdur deyən əsgərimizə hədiyyə – Mersedes Benz Bu da Sevil Əliyevanın xaricdə yaşayan qızı Zərifə   - FOTOBu da Sevil Əliyevanın xaricdə yaşayan qızı Zərifə - FOTO Prezident İlham Əliyev yeni tvit yazdı  - yeni işğaldan azad olunan ərazilərPrezident İlham Əliyev yeni tvit yazdı - yeni işğaldan azad olunan ərazilər Şuşadan xəbər var – Qeyri Rəsmi – VİDEOŞuşadan xəbər var– Qeyri Rəsmi – VİDEO Ordumuz yeni əraziləri işğaldan azad etdi  – İlham ƏliyevOrdumuz yeni əraziləri işğaldan azad etdi – İlham Əliyev Qarabağda yalnız rus sülhməramlıları olacaq Mariya Zaxarova: Mariya Zaxarova: Qarabağda yalnız rus sülhməramlıları olacaq Şad xəbərlər gəlməyə davam edir  Prezident İlham ƏliyevŞad xəbərlər gəlməyə davam edir Prezident İlham Əliyev İlham Əliyev xalqa müraciət edib  - SON DƏQİQƏİlham Əliyev xalqa müraciət edib - SON DƏQİQƏ Şuşanı işğaldan azad edən zabitlərdən biri:  “Elə döyüşlər olurdu ki, sağ çıxacağımıza ümid etmirdik” - VİDEOŞuşanı işğaldan azad edən zabitlərdən biri: “Elə döyüşlər olurdu ki, sağ çıxacağımıza ümid etmirdik” - VİDEO Operativ Qərargah məlumat yaydı -  SON DƏQİQƏOperativ Qərargah məlumat yaydı - SON DƏQİQƏ  - Prezident yeni tvit paylaşdı SON DƏQİQƏ - FOTOSON DƏQİQƏ - FOTO - Prezident yeni tvit paylaşdı Mayk Pompeo Qarabağ görüşünə dair TVİT yazdı   – FOTOMayk Pompeo Qarabağ görüşünə dair TVİT yazdı – FOTO Bu atəşkəs döyüşlərin bitdiyi anlamına gəlmir  – XİNBu atəşkəs döyüşlərin bitdiyi anlamına gəlmir – XİN Əhali Xankəndindən evakuasiya olunur – Video İzvestiya qəzeti: İzvestiya qəzeti: Əhali Xankəndindən evakuasiya olunur – Video