MediaXeber.az

Viran edilmiş Şuşa qəbiristanlığı- FOTO - VİDEO

86 Baxış
Viran edilmiş Şuşa qəbiristanlığı - FOTO - VİDEO

Tarixi vəhşilik bax, budur, düşmənçilik bax, budur!


Şuşanın fəthindən bir az əvvəl bu şəhərə “virtual səyahət”imdə yazmışdım o məkan haqda-Mirzə Həsən qəbiristanlığından...Orada dahi şairlərimizin(Qasım bəy Zakir, Mirzə Əlsgər Növrəs), memarların(Kərbəlayi Səfixan Qarabaği), şuşalı ziyalıların, babamın, atamın, qohumlarımızın, qonşularımızın, nakam dost-tanışlarımızın qəbri var. “Vardı” deməyə dilim gəlmir...

Evimizin işğaldan əvvəl yanmasına heç vaxt vaysınlanmadım, indi həyətimizdən çəkilmiş videolar var- uşaqlığımın keçdiyi ev yerli-dibli yoxdur, həyətimizin bütün ağaclarını kəsiblər. Səmimiyyətimə inanın, əvvəl gündən ev heç gözümdə olmayıb, baxmayaraq ki, o da nəslin, elə Şuşanın bir tarixi idi. Evi yenə tikmək olar, amma qəbiristanlığı...


Kim Şuşaya gedib-gəlirsə, ondan ilk xəbər aldığımız yerdir Mirzə Həsən qəbiristanlığı. Bəzilərinə qəribə gələ bilər, hətta “müsəlmanın qəbri itməlidir” deyə, rəvayət də var. Qəbiristanlıq itməməlidir, inanmıram ki, hansısa dində bu hətta, guya şərt kimi ola. Qəbiristanlıq keçmişlə, sənin kökünlə gələcək nəslə daşlaşmış bağdır, əbədi yadigardır. O da şərtdir ki, gərək elə yaşayasan ki, qəbrinin üstünə gələn, səni yad edən olsun. Məzarının yanından ötən, başdaşında adını oxuyan sənə rəhmət diləyə... Bizim dədə-babalarımız üzüağ yaşayıblar, torpaqlarında rahat uyumaq, xatirələrinin əbədi yaşaması üçün həm də...

O ayrı bir dərdir ki, 28 illik işğalda başqa əzizlərimizi də itirdik, doğma yurdumuzdan kənarda “qaçqın qəbiristanlıqları” saldıq. İndi Azərbaycanın hər yerində bu cür qəbiristanlıqlar var. “Torpaq torpaqdır, nə fərqi var?” deyən varsa, onlunla da razı deyiləm. Elə olsaydı, vətənindən on min kilometrlərlə uzaqda qürbətdə yaşayanlar, elə şəhərdə yaşayıb bu dünyadan köç edəndə “məni öz elimdə, kəndimdə dəfn edin” vəziyyətini heç etməzdilər də...İnsan doğulduğu torpağında dəfn ediləndə, yəqin “o dünyaya” yolu daha hamar, daha rahat olur. Ona görə mən qaçqın qəbirlərinə həmişə “qəriblərin məzarlığı” kimi baxmışam. “Bakı da vətəndir, Pirşağı qəbiristanlığı da vətən torpağının bir parçasıdır” desəm də, heç zaman tam qəbullana bilməmişəm...


Qəbiristanlıq o qədər həssas bir mövzudur ki... Bunu illərlə qaçqın həyatı yaşamış biri kimi deyirəm. Meyiti hələ soyumamış doğmalarının dəfni üçün qəbir yeri axtaranları da, sonra bir topa pul verib bir təhər yer aldığına sevinənləri də, “Allah, erməninin tifağını dağıtsın, bizə bunu da yaşatdı...” hıçqırtısına da şahidlik etmişəm. Bunlar bir film deyil, real həyatdır, az qala hər bir qaçqının başına gəlmiş tale yazısıdır. Siz də deyirsiz ki, torpaq torpaqdır də...Elə deyil!

Bir az əvvəl xahiş-minnətlə Şuşa qəbiristanlığından çəkilmiş bir video göndəriblər. Bu həm də işğaldan azad Şuşanın məşhur Mirzə Həsən qəbiristanlığlından ilk videodur. Mina və sairə təhlükədən ora hələ ki, adamları buraxmırlar. Şuşada üç müqəddəs, tarixi yer varsa, biri Mirzə Həsən qəbristanlığıdlır, bunu biləsiz... Şuşanın ən azı son 200 illik tarixi orada yatır.

Mirzə Həsən qəbiristanlığı keçmiş Şuşa, şuşalılarla, işğaldan sonrakı Şuşa və şuşalılar arasında bir tarix körpüsüdür. Bizi-nə qalmışıqsa o şuşalıları o torpağa bağlayan yerdir Mirzə Həsən qəbiristanlığı. Vaqifin məqbərəsini də, məscidləri də bərpa etmək mümkündür, qəbiristanlığı isə...


Şuşada qəbiristanlıq yoxsa, o adamlar da yoxdur- sağ qalanları deyirəm...Onları da diri-diri öldürüb bu alçaq düşmən! Bunlar göreşəndirlər, barbardırlar. Hər yerdə dağıdıblar qəbiristanlıqlarımızı. Hər yerdə! Bir var qəbiristanlıq baxımsız qala, kol-kos basa, qəbir daşları köhnələ, hətta çürüyə. Bir də var,oranı traktorun altına verib dağıdasan, şumlayasan, üstündə taxıl əkəsən! Sonra da gedib dünyada hay-həşir qoparasan ki, bizim kilsəni dağıdıblar. Bunca alçaq, bunca acımasız düşməni tarix yetişdirməyib.


Bilirlər ki, müsəlmanlar qəbiristanlığa daha çox dəyər verirlər, ölülərinə sayğı göstərirlər. O səbəbdən qəbiristanlıqlarımızı beləcə nümayişkarənə dağıdıblar! Qəsdən!

Mirzə Həsən qəbiristanlığı abad bir yer idi. İndiki halına baxın! Başdaşlarını daşıyıblar, apara bilmədiklərin qırıblar, qəbir yerlərini itiriblər. Tarixi vəhşilik bax budur! Düşmənçilik bax budur!

Başqa nə deyəsən? O qəbirlərimizi tapmasaq, nə edəcəyik? Bilmirəm...


Nazim SABİROĞLU,
Musavat.com

Qərar verildi: Bu şəxslərə ayda 60 manat veriləcək - SON DƏQİQƏ!Qərar verildi: Bu şəxslərə ayda 60 manat veriləcək- SON DƏQİQƏ! Pensiya ilə bağlı - ŞAD XƏBƏRPensiya ilə bağlı -ŞAD XƏBƏR Pensiya və maaşların üzərinə faiz gələcək -  Şad xəbər!Pensiya və maaşların üzərinə faiz gələcək - Şad xəbər! Azərbaycanda prokurorluq işçilərinin maaşları iki dəfə artırılır Azərbaycanda prokurorluq işçilərinin maaşları iki dəfə artırılır SMS İcazə ilə bağlı Nazirlər Kabinetindən RƏSMİ AÇIQLAMA - Martın 15-dən... SMS İcazə ilə bağlı Nazirlər Kabinetindən RƏSMİ AÇIQLAMA - Martın 15-dən... "1967-ci ildən rahat yatmıram"  - Əhməd Əhmədzadə"1967-ci ildən rahat yatmıram" - Əhməd Əhmədzadə Razi Nurullayev: Azərbaycanda işçilər qul kimi işlədilir Razi Nurullayev: Azərbaycanda işçilər qul kimi işlədilir 190 manatla bağlı -  AÇIQLAMA190 manatla bağlı - AÇIQLAMA Azərbaycanda koronavirusa 353 yeni yoluxma faktı qeydə alınıb Azərbaycanda koronavirusa 353 yeni yoluxma faktı qeydə alınıb “Yelo Bank” ön cəbhədə olan əsgərimizi məhkəməyə verdi -  FOTOLAR “Yelo Bank” ön cəbhədə olan əsgərimizi məhkəməyə verdi - FOTOLAR Toy və yasların keçirilməsi ilə bağlı  -  QƏRARToy və yasların keçirilməsi ilə bağlı - QƏRAR Koronavirusla bağlı son statistika  Koronavirusla bağlı son statistika "Süni tənəffüs aparatına qoşulanların sayı çoxdur" -  Yaqut Qarayeva"Süni tənəffüs aparatına qoşulanların sayı çoxdur" - Yaqut Qarayeva Sumqayıtda mənzillərə istilik verilməsi niyə gecikir?  Sumqayıtda mənzillərə istilik verilməsi niyə gecikir? Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib Aztəminatlı ailələrə şad xəbər -  4 milyard manat ayrıldıAztəminatlı ailələrə şad xəbər - 4 milyard manat ayrıldı Vaqif Əsədovdan sürücülərə  XƏBƏRDARLIQVaqif Əsədovdan sürücülərə XƏBƏRDARLIQ Sumqayıtda mənzillərə istilik verilməsi niyə gecikir?  Sumqayıtda mənzillərə istilik verilməsi niyə gecikir? Bu günə olan karonavirus yoluxmaları –   403 nəfərBu günə olan karonavirus yoluxmaları – 403 nəfər Komendant saatı nə vaxt ləğv olunacaq? Komendant saatı nə vaxt ləğv olunacaq?