MediaXeber.az

Vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilib

24 Baxış
Vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilib

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial və iqtisadi islahatlar nəticəsində inşaat sektorunun inkişafı üçün yaradılmış münbit və əlverişli şəraitdən sui-istifadə və korrupsiya hüquqpozmalarına yol verilməsi hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks tədbirlərin görülməsi davam etdirilir.

Belə ki, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının,habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunmuşdur.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.


Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

Azərbaycan ordusu Hadrutun iki kəndini işğaldan azad etdi –  SON DƏQİQƏAzərbaycan ordusu Hadrutun iki kəndini işğaldan azad etdi – SON DƏQİQƏ ​​Razılıq əldə olundu: Türkiyə Azərbaycana ölümcül silahlar verir  - ŞOK MƏLUMAT​​Razılıq əldə olundu: Türkiyə Azərbaycana ölümcül silahlar verir - ŞOK MƏLUMAT İran Azərbaycana məxsus PUA-nı vurub  - SON DƏQİQƏİran Azərbaycana məxsus PUA-nı vurub - SON DƏQİQƏ Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verib  - SON DƏQİQƏErmənistanın Baş naziri Nikol Paşinyan istefa verib - SON DƏQİQƏ Cəbhədə atışma başladı  Cəbhədə atışma başladı Separatçı quldurların başçısı məhv edilib  - SON DƏQİQƏSeparatçı quldurların başçısı məhv edilib - SON DƏQİQƏ Ordumuz ermənilərin silah anbarını belə vurdu  - VİDEOOrdumuz ermənilərin silah anbarını belə vurdu - VİDEO Bakıda silah səsləri eşidilib - Yenilənib  -  SON DƏQİQƏ - VIDEOBakıda silah səsləri eşidilib - Yenilənib - SON DƏQİQƏ - VIDEO Polis və hərbi maşınlar AMEA Rəyasət Heyəti binasını dövriyyəyə alıb - FOTOLARPolis və hərbi maşınlar AMEA Rəyasət Heyəti binasını dövriyyəyə alıb- FOTOLAR Kəlbəcər tam, Ağdərə qismən mühasirəyə alındı   – ŞAD XƏBƏR!Kəlbəcər tam, Ağdərə qismən mühasirəyə alındı – ŞAD XƏBƏR! Xankəndidə silah anbarının partlayış anı -  VİDEOXankəndidə silah anbarının partlayış anı - VİDEO İrandan Ermənistana Bombalamağa..  - SƏNƏDLƏRİrandan Ermənistana Bombalamağa.. - SƏNƏDLƏR Xankəndində silah anbarı partlayıb  - Son dəqiqəXankəndində silah anbarı partlayıb - Son dəqiqə Yanğından son anda xilas edildi – VİDEO Dəhşətverici görüntü: Dəhşətverici görüntü: Yanğından son anda xilas edildi – VİDEO Arutyunyan məhv edildi  - SON DƏQİQƏArutyunyan məhv edildi - SON DƏQİQƏ Isgəndər raketləri məhv edildi  - Müdafiə NazirliyiIsgəndər raketləri məhv edildi - Müdafiə Nazirliyi Bakıda eşidilən güclü partlayışla bağlı   – iki raket atıldığı güman edilirBakıda eşidilən güclü partlayışla bağlı – iki raket atıldığı güman edilir Düşmənin 5-6 kənddəki mövqeləri dağıdıldı Düşmənin 5-6 kənddəki mövqeləri dağıdıldı Araik Arutyunyan Bakıya  təhvil verilir?Araik Arutyunyan Bakıya təhvil verilir? Erməni "sülhməramlıları" Qarabağa çata bilmədi  –  hərbi bloggerdən açıqlamaErməni "sülhməramlıları" Qarabağa çata bilmədi – hərbi bloggerdən açıqlama