“Hamımız uşaqların yenidən məktəbə getməsini istəyirik. Məktəbləri bağlamaq qərarı son çarə kimi olmalıdır”.
Avtoxeber.az-ın OXU.aza istinadən məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus koronavirus pandemiyası zamanı məktəblilərin təhsili barədə danışarkən bildirib.
Onun sözlərinə görə, uşaqlar virusun ciddi təsirlərindən xeyli dərəcədə xilas olsalar da, başqa məsələlərdə zərər görüblər:“Bir çox ölkədə təməl qidalanma və immunizasiya xidmətləri pozulub, milyonlarla uşaq aylarla məktəbdəki dərsləri buraxıb. Hamımız uşaqların yenidən məktəbə getməsini, təhlükəsiz və əlverişli tədris mühitinə sahib olmasını istəyirik. Məktəblər cəmiyyətin bir hissəsidir. Məktəblər faktiki olaraq cəmiyyətləri birləşdirir. COVID-19-un ötürülməsi riskini azaltmaq üçün ictimai tədbirlər məktəblərdə də riski azaldacaq”.
ÜST rəhbəri bəzi ölkələrdə məktəblərin yenidən açıldığını, digərlərində isə qapalı qaldığını vurğulayıb.
“Ölkələri hər vəziyyətdə dəstəkləmək üçün UNESCO, UNİCEF və ÜST COVID-19 kontekstində məktəblərlə əlaqəli ictimai sağlamlıq tədbirlərinə dair yenilənmiş təlimatları dərc edib... Uşaqlar, gənclər və bütövlükdə cəmiyyətimiz üçün dağıdıcı nəticələrini nəzərə alsaq, məktəbləri bağlamaq qərarı son çarə və yalnız intensiv ötürülmə olan ərazilərdə yerli səviyyədə olmalıdır. Məktəb bağlandığı müddətdə təhsilin davamlılığı distant təhsil yolu ilə təmin edilməlidir”, - deyə Qebreyesus bildirib.
Qərar verildi: Bu şəxslərə ayda 60 manat veriləcək- SON DƏQİQƏ!
Pensiya ilə bağlı -ŞAD XƏBƏR
Pensiya və maaşların üzərinə faiz gələcək - Şad xəbər!
Razi Nurullayev: Azərbaycanda işçilər qul kimi işlədilir
190 manatla bağlı - AÇIQLAMA
“Yelo Bank” ön cəbhədə olan əsgərimizi məhkəməyə verdi - FOTOLAR
"Süni tənəffüs aparatına qoşulanların sayı çoxdur" - Yaqut Qarayeva
Koronavirusla bağlı son statistika
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Toy və yasların keçirilməsi ilə bağlı - QƏRAR
Sumqayıtda mənzillərə istilik verilməsi niyə gecikir?
Aztəminatlı ailələrə şad xəbər - 4 milyard manat ayrıldı
Sumqayıtda mənzillərə istilik verilməsi niyə gecikir?
Komendant saatı nə vaxt ləğv olunacaq?
COVID-19-dan sonra tam sağalma müddəti və tövsiyələr açıqlandı
Bu şəxslərə 480 manat veriləcək - ŞAD XƏBƏR!
Koronavirusla bağlı son statistika -2075 yeni yoluxma
Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb
Avtobuslarda gediş haqqı 50 qəpik olacaq - İDDİA
Qabiliyyət imtahanları üzrə ekspertlərin məlumat bazası yaradılacaq