MediaXeber.az

"Sudan vicdansızcasına istifadə edirdilər"İlham Əliyev:

14 Baxış
"Sudan vicdansızcasına istifadə edirdilər" İlham Əliyev:

"Biz bundan sonra da kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlarımızı dəstəkləyəcəyik. Artan subsidiyalar bunu bir daha göstərir".

Bunu Prezident İlham Əliyev Zaur Mikayılovu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.

"Bizim niyyətimiz, siyasətimiz dəyişməz olaraq qalır. Ancaq bununla bərabər, kənd təsərrüfatı ilə məşğul olan hər bir adam öz məsuliyyətini də dərk etməlidir. Təhlil aparılarkən biz bir şeyə də rast gəldik – suyun ədalətsiz bölüşdürülməsi halları geniş vüsət almışdır. Burada həm mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə bil ki, sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər. Belə olan halda, bəzi fermerlərə, bəzi kəndlərə su çatmırdı. Mən göstəriş vermişdim, indi təhlil aparılır, araşdırma aparılır. Buna da son qoyulmalıdır. Su xətlərinin üzərində çoxsaylı qanunsuz birləşmələr quraşdırılmışdır. Təhlil aparılarkən biz buna da rast gəldik. Belə çıxdı ki, heç kim buna məsuliyyət daşımır, heç kim buna cavabdehlik daşımır. Buna son qoyulmalıdır. Mən göstəriş vermişdim ki, su xətləri üzrə həm vizual monitorinq aparılmalıdır, yəni, yerində, eyni zamanda, müasir müşahidə sistemləri - kameralar quraşdırılmalıdır və bu qanunsuz birləşmələrə son qoyulmalıdır", - Prezident bildirib.

Qərar verildi: Bu şəxslərə ayda 60 manat veriləcək - SON DƏQİQƏ!Qərar verildi: Bu şəxslərə ayda 60 manat veriləcək- SON DƏQİQƏ! Pensiya ilə bağlı - ŞAD XƏBƏRPensiya ilə bağlı -ŞAD XƏBƏR Pensiya və maaşların üzərinə faiz gələcək -  Şad xəbər!Pensiya və maaşların üzərinə faiz gələcək - Şad xəbər! Azərbaycanda prokurorluq işçilərinin maaşları iki dəfə artırılır Azərbaycanda prokurorluq işçilərinin maaşları iki dəfə artırılır SMS İcazə ilə bağlı Nazirlər Kabinetindən RƏSMİ AÇIQLAMA - Martın 15-dən... SMS İcazə ilə bağlı Nazirlər Kabinetindən RƏSMİ AÇIQLAMA - Martın 15-dən... "1967-ci ildən rahat yatmıram"  - Əhməd Əhmədzadə"1967-ci ildən rahat yatmıram" - Əhməd Əhmədzadə Razi Nurullayev: Azərbaycanda işçilər qul kimi işlədilir Razi Nurullayev: Azərbaycanda işçilər qul kimi işlədilir 190 manatla bağlı -  AÇIQLAMA190 manatla bağlı - AÇIQLAMA Azərbaycanda koronavirusa 353 yeni yoluxma faktı qeydə alınıb Azərbaycanda koronavirusa 353 yeni yoluxma faktı qeydə alınıb “Yelo Bank” ön cəbhədə olan əsgərimizi məhkəməyə verdi -  FOTOLAR “Yelo Bank” ön cəbhədə olan əsgərimizi məhkəməyə verdi - FOTOLAR Toy və yasların keçirilməsi ilə bağlı  -  QƏRARToy və yasların keçirilməsi ilə bağlı - QƏRAR Koronavirusla bağlı son statistika  Koronavirusla bağlı son statistika "Süni tənəffüs aparatına qoşulanların sayı çoxdur" -  Yaqut Qarayeva"Süni tənəffüs aparatına qoşulanların sayı çoxdur" - Yaqut Qarayeva Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib Aztəminatlı ailələrə şad xəbər -  4 milyard manat ayrıldıAztəminatlı ailələrə şad xəbər - 4 milyard manat ayrıldı Sumqayıtda mənzillərə istilik verilməsi niyə gecikir?  Sumqayıtda mənzillərə istilik verilməsi niyə gecikir? Vaqif Əsədovdan sürücülərə  XƏBƏRDARLIQVaqif Əsədovdan sürücülərə XƏBƏRDARLIQ Sumqayıtda mənzillərə istilik verilməsi niyə gecikir?  Sumqayıtda mənzillərə istilik verilməsi niyə gecikir? Bu günə olan karonavirus yoluxmaları –   403 nəfərBu günə olan karonavirus yoluxmaları – 403 nəfər Komendant saatı nə vaxt ləğv olunacaq? Komendant saatı nə vaxt ləğv olunacaq?