MediaXeber.az

Şizofrendən gələn məktub... - Aysel Ələkbərzadə yazır...

163 Baxış
Şizofrendən gələn məktub...  - Aysel Ələkbərzadə yazır...

Bir zamanlar şizofreniyadan əziyyət çəkən bir dostum mənə bu məktubu yazmışdı , mən də bu gün onun dediklərini bəlkə kimsə anlayar deyə, məktubu elə yazıldığı kimi də paylaşıram :

- Uzun müddətdir ki hec nə yazmirdim. Əslində bu daha yaxsi idi. İnsanın həyatı maraqlı keçəndə, hər sey qaydasında gedəndə yazmağa nə vaxtı, nə də mövzusu olmur. Deyəsən ona görədir , bütün dahilərin bədbəxt bir həyatlarının olması....

Qapını açıb salona keçdim. Qapı elə cırıldayaraq mənə "siqaret çəkmə" dedi ki, bir an əl saxladım. Haqlıydı... rahat oturub siqaret çəkmək üçün ilk olaraq tualetə getməliydim.. bu evdəki bütün qapılar cırıldayırdı... sanki gecənin bu vaxtı onları narahat etmişdim deyə üzümə tüpürürdülər... tualetin qapısı yəqin ki uzun müddət təmizlənməmişdi. Rəngini tam bilmədiyim qapı üstümə hər iki mənada bozarırdı. Yenidən salona keçib siqareti yandıranda filterin islanmış olduğunu hiss etdim... ahh doğurdan, bir vaxt filteri isladan adamlara nifrət edirdim axı mən.... siqareti yandıran alət, ki mən ona genəl olaraq  da "yandıran" deyirəm, son nəfəslərini verirdi.... üzümə od püskürən bu alətə necə də sadə ad qoyulmusdu.... yan-dı-ran... kaş ki həyatda hər canlı və cansıza belə rahat adlar qoyulsaydı.... onda bəlkə də ... nəysə sözümün canı o deyil.... ahahaha "sözümün canı" sözün canı... necə də gözəl birləşmədir. Təsəvvür edin sözün həqiqətən canı var və biri sənin sözünü başa düşməyəndə sözünün "canı çıxır". Bu arada can necə çıxır görəsən? Və hara çıxır? Çıxıb yuxarı gedir, yoxsa torpaq tərəfə? Məncə reenkarnasiyaya uğraya bilər. Məsələn sözünü biri başa düşməyib, onun "canını çıxartdı"sa, digər biri başa düşüb ona yenidən "həyat verə" bilər.... narahat olmayın, həyat hardadır ki onu verirlər, ya da həyatı necə verirlər sualını verməyəcəm. Çox sadə... həyat siqaretdədir və onu yandıraraq həyat verirsən) ama siqaretəmi , özünəmi, o biraz müzakirəli məsələdir.. məsələn biz siqareti sevirik, onu yandırırıq... insan sevdiyinə bunu necə edə bilər? Siqareti sevirik, ama özümüzə faydalı olduğu ücün,, təbii ki bu fayda sağlıq cəhətdən deyil... onu nəzərdə tutmuram... yəni biz insan sevdiyimizi də öz mənfəətimizə görə yandırırıq,,, o yanır başqasını "yandırırıq". Məncə siqaret insanı qarşılıqsız sevən tək canlıdır.... bəli, məncə siqaret canlıdır....

Hazırda əlimdəki siqaret də elə bil məni tam sevmirdi. Yanmamaq üçün dirənmişdi.. yandıran da yandırmamaq üçün... yəni bu tpoy alət niyə adıyla təzad yaradırdı ki? Ama mən insan olduğum üçün qalib gəldim... siqaretlə yandıran iki sevgili imislər və mən onun sevgilisini öz əliylə külə çevirirdim... yandıran da mənə olan qəzəbindən əlimi də yandırdı... sonra söndü... elə bil sakitcə sevgilisinin aqibətinə tamaşa edirdi.. siqaret azaldıqca yan otaqdan da Vadimin xorultusu gəldikcə, siqareti tez bitirib yandırana daha da işkəncə vermədən otagıma girmək istəyirdim... siqaret isə yandıqca elə bil özünü mənə aid hiss edirdi və artıq mazoxist kimi bundan zövq alırdı... deyəsən siqaretlər də qəhbələr kimidir .. tez unudurlar... və an etibarilə istəməsələr də basqasina aid ola bilirlər... siqaretin bu xəyanətini görən külqabı onu içinə qəbul etmədi,,,, nəticə etibarıyla siqaretin cansız gövdəsi yerə düsdü... qəbirstanliga belə getməyə haqq qazanmadı.... ama bu qədər xəyanətə baxmayaraq yanmayan yandıran özünü onun arxasınca yerə atdı... işığı yandırmağa halım olmadığından sevgilim siqareti basdırmadan otağıma tərəf addımladım... hər şeyə tamaşa edən və mənə qəzəblənən qapı cırıldayaraq deyindi və ayağımı əzib məni cəzalandırdı. Gülümsədim...

“ Gombul” seks işçiləri.... Aysel Ələkbərzadə – Aysel Ələkbərzadə – “ Gombul” seks işçiləri.... Oteldə boğulan psixologiya... Aysel Ələkbərzadə – Aysel Ələkbərzadə – Oteldə boğulan psixologiya... Azadlığım və sevgililərim...  – Aysel ƏləkbərzadəAzadlığım və sevgililərim... – Aysel Ələkbərzadə Sən demə Tac yox, qorxu öldürürmüş Laləzər Abbasova - Laləzər Abbasova - Sən demə Tac yox, qorxu öldürürmüş Sadiq Xəyanətkarlar...  –  Aysel ƏləkbərzadəSadiq Xəyanətkarlar... – Aysel Ələkbərzadə Şizofrendən gələn məktub...  - Aysel Ələkbərzadə yazır...Şizofrendən gələn məktub... - Aysel Ələkbərzadə yazır... Gəlin, Nizamini Afətlərdən qoruyaq!  Xəyalə Rəis - Xəyalə Rəis - Gəlin, Nizamini Afətlərdən qoruyaq!  Bakıdan kənarda həyat  - Alisa Poliker Abelson yazır... Bakıdan kənarda həyat - Alisa Poliker Abelson yazır... Tarix yazan igidlərimizlə Göyçay gənclərinin görüşü - Ekskuliziv Tarix yazan igidlərimizlə Göyçay gənclərinin görüşü- Ekskuliziv İnsanlara verilən ləqəblər...  - Aysel Hacızadə yazırİnsanlara verilən ləqəblər... - Aysel Hacızadə yazır Şəhid Fərid Nadirov  - Qısa məlumatŞəhid Fərid Nadirov - Qısa məlumat Taryel Abdullayev yazır...  - Əxlaq insan öldürür...Taryel Abdullayev yazır... - Əxlaq insan öldürür...