MediaXeber.az

Şəhid Fərid Nadirov - Qısa məlumat

44 Baxış
Şəhid Fərid Nadirov  - Qısa məlumat

44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi zamanı xüsusi qəhrəmanlıq göstərən oğullarımızdan biri də Göyçay rayon sakini, şəhid Fərid Nadirovdur.

Mediaxeber.az-ın bölgə müxbiri xəbər verir ki, Fərid Nadirov İlyas oğlu 21 sentyabr 2000-ci ildə rayonun Üngütlü kəndində dünyaya göz açıb. İlk orta məktəb təhsilini Göyçay şəhər 1 nömrəli məktəbində alıb. Daha sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinə daxil olub. 2019-cu ilin iyul ayının 3-də həqiqi hərbi xidmətə yola düşüb. 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Vətən müharibəsində torpaqlarımızın tam olaraq işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Keçirilən şiddətli döyüşlər zamanı 9 oktyabr tarixində Suqovuşan istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, nişanlı idi. Əsgərlik xidmətini tam olaraq bitirdikdən sonra geri qayıdınca toy etmək istəyirdi. Amma onun bu arzusu reallaşmayaraq yarımçıq qaldı. Valideynlərinin sözlərinə görə, onlar igid övladı ilə 2 ay müddətinə yaxın əlaqə saxlaya bilməyərək heç bir xəbər əldə edə bilməyiblər. Nəhayət ki, F.Nadirovun şəhidlik xəbəri onların ailəsinə verilib. Noyabrın 28-i şəhid Fəridin nəşi son dəfə olaraq doğulub boya-başa çatdığı kəndə gətirilib. Daha sonra isə Göyçay Şəhidlər Xiyabanına aparılaraq orada böyük izdiham ilə son mənzilə yola salınıb. Elə həmin gündən etibarən atası İlyas Nadirov hər gün xiyabana gələrək igid oğlunun məzarı önündə ziyarət edir.

Xatırladaq ki, Ali Baş Komandan İlham Əliyev tərəfindən döyüşlər zamanı qəhrəmanlıq və böyük şücaətlər göstərdiyi üçün "Vətən uğrunda" medalı ilə təltif olunub.

Allah rəhmət etsin!

Davud Tarverdiyev

Şəhid Fərid Nadirov  - Qısa məlumat Şəhid Fərid Nadirov  - Qısa məlumat
“ Gombul” seks işçiləri.... Aysel Ələkbərzadə – Aysel Ələkbərzadə – “ Gombul” seks işçiləri.... Oteldə boğulan psixologiya... Aysel Ələkbərzadə – Aysel Ələkbərzadə – Oteldə boğulan psixologiya... Azadlığım və sevgililərim...  – Aysel ƏləkbərzadəAzadlığım və sevgililərim... – Aysel Ələkbərzadə Sən demə Tac yox, qorxu öldürürmüş Laləzər Abbasova - Laləzər Abbasova - Sən demə Tac yox, qorxu öldürürmüş Sadiq Xəyanətkarlar...  –  Aysel ƏləkbərzadəSadiq Xəyanətkarlar... – Aysel Ələkbərzadə Şizofrendən gələn məktub...  - Aysel Ələkbərzadə yazır...Şizofrendən gələn məktub... - Aysel Ələkbərzadə yazır... Gəlin, Nizamini Afətlərdən qoruyaq!  Xəyalə Rəis - Xəyalə Rəis - Gəlin, Nizamini Afətlərdən qoruyaq!  Bakıdan kənarda həyat  - Alisa Poliker Abelson yazır... Bakıdan kənarda həyat - Alisa Poliker Abelson yazır... Tarix yazan igidlərimizlə Göyçay gənclərinin görüşü - Ekskuliziv Tarix yazan igidlərimizlə Göyçay gənclərinin görüşü- Ekskuliziv İnsanlara verilən ləqəblər...  - Aysel Hacızadə yazırİnsanlara verilən ləqəblər... - Aysel Hacızadə yazır Şəhid Fərid Nadirov  - Qısa məlumatŞəhid Fərid Nadirov - Qısa məlumat Taryel Abdullayev yazır...  - Əxlaq insan öldürür...Taryel Abdullayev yazır... - Əxlaq insan öldürür...