MediaXeber.az

Sadiq Xəyanətkarlar... – Aysel Ələkbərzadə

260 Baxış
Sadiq Xəyanətkarlar...  –  Aysel Ələkbərzadə

Dünən dostumla oturub oyun oynayırdıq. Söhbət yazdığım məqalələrdən düşdü, dedim ki. Sabaha 2 məqalə çatdırmalıyam. Nədən yazacağımı soruşanda isə hələ bu barədə düşünmədiyimi bildirdim. Yaxasını düzəltdi, dikəldi və dedi ki “ mənim sadiqliyimdən yaz”...

Güldüm...

Ona söz verdim ki, yazacam, amma realist adam olduğum üçün düzünü yazacam. Dostum oğlandır. Balaca bir uşağı var, bir də özündən başqa hamının fahişə olduğuna inanan həyat yoldaşı. Araları heç yaxşı deyil. Hər dəfə dalaşırlar, hər dəfə qadın buna zəng edib uşağını göstərir və beləcə qızına güclü atalıq hislərilə bağlı olan dostumuz yumuşalır. Maraqlısı budur ki, hər gün yoldaşına müxtəlif qızlarla xəyanət edən insan bunu xəyanət kimi qəbul etmir. Arada hər şeyi üzünə vururam, bunun düzgün olmadığını deyirəm, amma nə fayda? O inanır ki, uşağı üçün ailəsilə barışmalıdır və yoldaşını sevməsə də, xasiyyətləri uyğun gəlməsə də uşağa görə onunla bütün ömrünü keçirməyə hazırdır. Dostum hərdəmxəyal adamdır. Deyəsən, iradəsi də çox zəifdir. Hansı qız hara çağırırsa gedir. Amma xəyanət etdiyini zənn etmir.

Belə tip dostlarım, tanışlarım çox olub. Heç biri də xəyanət etdiklərini düşünməyib, dünyanın ən yaxşı ərlərinin bunlar olduqları fikrilə yaşayıblar. Özlərinə bəraət qazandırmaq üçün qeyd ediblər ki “ Arvadım istəyən heç nəyi əskik etmirəm, evə, uşağa yaxşı baxıram, daha nə etməliyəm ki? Arada dəyişiklik etmək mənim də haqqımdır”. Biraz daha dünyagörüşü olan, təhsilli oğlanlar isə deyirlər ki, Xəyanət kişinin təbiətində var. Kişinin əldə etdiyi qadına qarşı marağı azalır və digər istənilən qadın ona daha cəlbedici gəlir”.

Yəqin sizin də rastınıza belə hadisələr çıxıb ki, kişinin məşuqəsi həyat yoldaşından xarici görünüşcə, hətta xaraktercə daha aşağı olub.

Demək ki, kişilər yatağa atmadıqları hər qadına qarşı maraq duya bilirlər. Burda ümumiləşdirmə aparmaq istəmirəm, lakin 50% kişini bu siyahıya rahatlıqla əlavə edə bilərəm. İndi bu məqaləni oxuyan dəyərli izləyicilərim aqressivcəsinə bu sualı verəcək ki “ Yəqin sənin də atan anana xəyanət edib, ya da sevgililərin sənə. Ona görə bu kişilərdən bu qədər “yanıqlı” qalmısan”. Siz əziyyət çəkmədən mən cavabları təqdim edirəm. Atamın nə edib – etməməsi haqda məlumatsızam. Sevgililərimə gəldikdə isə onlar o qədər rəngarəng xarakterli, bir – birindən fərqli insanlar olublar ki, bu sualın cavabı həm “hə”, həm də “ yox” ola bilər. Mən bir neçə dəfə onların hansınınsa buna cəhd etdiyindən şübhələnmiş və münasibəti dərhal bitirmişəm. Geri qalanı isə mənlik olmayıb. Bəs bizim qadınlarımız da xəyanəti bilən kimi münasibəti kəsirlər ? Əlbəttə ki, xeyr. Ortada uşaq, kişidən maddi, mənəvi, psixoloji aslılıq kimi amillər var. Buna və cəmiyyətin “ əşi kişidir də, özgə atına minən tez düşər, axır - əvvəl sənin yanına gələcək” ifadələrinə görə qorxaraq geri addım atır, xəyanətə göz yumurlar. Hə, haqlarını yeməyim, xəyanətin üstün açan 1% qadın boşanır, 4% qadın isə kişini bir neçə müddət süründürür....

Bizim sadiq kişilərimiz bu prosesi, qadının ondan aslı olmasını çox gözəl bildikləri üçün bu xəyanətlər nə ilk, nə də son olacaq..

Bəlkə mən də sosial, iqtisadi cəhətdən keçmiş həyat yoldaşımdan, ya da hansısa sevgilimdən aslı olsaydım, ayrılmamağı düşünə bilərdim. Lakin belə bir hadisə başıma gəlmişdi. Hardasa bir neçə ay iş qabiliyyətimi itirmiş, oğlandan aslı vəziyyətə düşmüşdüm. Bütün günü evdə vaxt keçirir, onun evə gəlməsini gözləyirdim. Bilmirəm o mənə xəyanət etdi, ya yox, lakin aradakı bütün hörməti götürmüşdü.

Elə bilirdi ki, mən qoyunam, o da çoban. İstədiyi hər şeyi edə biləcəyini zənn edirdi. Mənsə dostlarımı çağırdım və o adamdan uzaqlaşdım. Demək ki, maddi gücdən əlavə insanın ən böyük yatırımı, ən böyük kapital – dostlar, sağlam çevrədir. İndi düşünək görək Azərbaycanda neçə qadının sağlam sosial çevrəsi var? Cavab verirəm, çox az.

Çünki bizim hər şeyi planlayan kişilərimizə görə əgər qadın evlidirsə, evlənməmiş qızlarla rəfiqəlik edə bilməz, əxlaqı pozular. Ondan xəbərsiz dostlarıyla heç yerə gedə bilməz. Hətta mümkünsə, yanlarından özü də iştirak etməlidir. Təsəvvür edin illərlə müəyyən dost qrupunuz, sosial çevrəniz var və bir oğlan gəlir hamısını əlinizdən alır. Bravo, artıq sadiq xəyanətkarımızın istədiyi hər şey baş verdi, xəyanət üçün münbit şərait yarandı... Siz gedin uşaqlara baxın, kişi isə....

“ Gombul” seks işçiləri.... Aysel Ələkbərzadə – Aysel Ələkbərzadə – “ Gombul” seks işçiləri.... Oteldə boğulan psixologiya... Aysel Ələkbərzadə – Aysel Ələkbərzadə – Oteldə boğulan psixologiya... Azadlığım və sevgililərim...  – Aysel ƏləkbərzadəAzadlığım və sevgililərim... – Aysel Ələkbərzadə Sən demə Tac yox, qorxu öldürürmüş Laləzər Abbasova - Laləzər Abbasova - Sən demə Tac yox, qorxu öldürürmüş Sadiq Xəyanətkarlar...  –  Aysel ƏləkbərzadəSadiq Xəyanətkarlar... – Aysel Ələkbərzadə Şizofrendən gələn məktub...  - Aysel Ələkbərzadə yazır...Şizofrendən gələn məktub... - Aysel Ələkbərzadə yazır... Gəlin, Nizamini Afətlərdən qoruyaq!  Xəyalə Rəis - Xəyalə Rəis - Gəlin, Nizamini Afətlərdən qoruyaq!  Bakıdan kənarda həyat  - Alisa Poliker Abelson yazır... Bakıdan kənarda həyat - Alisa Poliker Abelson yazır... Tarix yazan igidlərimizlə Göyçay gənclərinin görüşü - Ekskuliziv Tarix yazan igidlərimizlə Göyçay gənclərinin görüşü- Ekskuliziv İnsanlara verilən ləqəblər...  - Aysel Hacızadə yazırİnsanlara verilən ləqəblər... - Aysel Hacızadə yazır Şəhid Fərid Nadirov  - Qısa məlumatŞəhid Fərid Nadirov - Qısa məlumat Taryel Abdullayev yazır...  - Əxlaq insan öldürür...Taryel Abdullayev yazır... - Əxlaq insan öldürür...