Fransanın "Groupe Renault" avtomobil şirkəti 2020-ci ili 8,05 mlrd. avro məbləğində xalis zərərlə bitirib.
Mediaxeber.az-ın verdiyi məlumata görə, bu barədə şirkətin maliyyə hesabatında deyilir.
Qeyd olunub ki, "Renault"nun avtomobil satışları ötən il 21,3% azalaraq 2 951 971 vahid təşkil edib. Satışlardan əldə olunan gəlirlər isə 21,7% azalaraq 43 474 mln. avroya enib.