MediaXeber.az

Prezidentin Cəbrayılda idarə etdiyi zirehli avtomobilin TEXNİKİ GÖSTƏRİCİLƏRİ

330 Baxış
Prezidentin Cəbrayılda idarə etdiyi zirehli avtomobilin  TEXNİKİ GÖSTƏRİCİLƏRİ
Dünən Cəbrayıl rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idarə etdiyi zirehli avtomobil böyük marağa səbəb olub. Zirehli texnika Azərbaycan-Kanada müdafiə şirkəti AZCAN tərəfindən istehsal olunur. AzCan Sentry APC adlandırılan zirehli avtomobil əsasən Daxili İşlər Nazirliyinin personalı tərəfindən istifadə olunur.

Avtoxeber.az xəbər verir ki, Kanada-Azərbaycan birgə müəssisəsi AZCAN Defence Solutions ( İNKAS Armored Vehicle Manufacturing Kanada şirkəti ilə birgə təsis olunub) Azərbaycan Daxili İşlər Nazirliyinə APC-Armored Personnel Carriers zirehli piyada döyüş maşınlarının satışına dair müqavilə imzalayıb. Müqavilə əsasında da şirkət artıq bir neçə döyüş maşınını Azərbaycana çatdırıb.

İNKAS şirkəti hərbi maşınlar yox, hüquq-mühafizə orqanları üçün nəzərdə tutulmuş hərbiləşdirilmiş maşınlar istehsal edir. Eyni zamanda, ARC zirehli personal daşıyıcıları ordu bölmələri, xüsusi təyinatlı bölmələr tərəfindən də istifadə oluna bilər.
İNKAS Huron ARC çoxməqsədli taktiki nəqliyyat vasitəsidir, öz sərnişinlərini istənilən iqlim şəraitində daşımaq, müdafiə etmək imkanındadır, mina partlayışına qarşı yüksək dözümlülüyə malikdir. Nəqliyyat vasitəsi polis və ordu qüvvələrinin taktiki missiyalarında istifadə olunmaq üçün layihələndirilib.
Şirkətin AZCAN-la birgə istehsal etdiyi Huron və Sentry zirehli avtomobilləri ilk dəfə 2016-cı ilin yazında Bakıda keçirilən ADEX 2016 sərgisində nümayiş olunub.

Avtomobil İsrailin İAİ və General Robotics şirkətləri tərəfindən işlənib hazırlanmış, məsafədən idarə olunan Pitbull döyüş modulu ilə təchiz edilib.

2016-cı ilin sonlarından fəaliyyətə başladığı elan edilən AZCAN birgə müəssisəsi həmin zirehli maşınların Bakıda birgə istehsalını təşkil edərək onları dünyanın bir çox ölkələrinə ixrac etməyi planlaşdırıb. Həmin maşınların Kanadada yığılan ilk partiyası Azərbaycan DİN-ə satılıb.

Bəzi məlumatlara görə, həmin avtomobillərin istehsalı üçün lazım olan polad da Azərbaycandan alınıb.



Nikol Paşinyan:  “Biz üçtərəfli razılaşmanı cırıb ata bilərik, ancaq bununla heç nə dəyişməyəcək”Nikol Paşinyan: “Biz üçtərəfli razılaşmanı cırıb ata bilərik, ancaq bununla heç nə dəyişməyəcək” Azərbaycan Rusiya helikopterinin vurulması ilə əlaqədar üzr istəyib Azərbaycan Rusiya helikopterinin vurulması ilə əlaqədar üzr istəyib  “Qarabağda xidmət edəcəm” Vaqif Əsədov:Vaqif Əsədov: “Qarabağda xidmət edəcəm” Ermənilər əsir götürdükləri azərbaycanlı əsgərə işgəncə verir -  VİDEOErmənilər əsir götürdükləri azərbaycanlı əsgərə işgəncə verir - VİDEO Ermənistan silahlı dəstələri "Rusiya sülhməramlılarına qarşı mübarizə aparmağa hazırıq" - "Rusiya sülhməramlılarına qarşı mübarizə aparmağa hazırıq" - Ermənistan silahlı dəstələri Paşinyandan növbəti etiraflar:  “Bu, bizim üçün böyük uğursuzluq, fəlakət və matəmdir...”Paşinyandan növbəti etiraflar: “Bu, bizim üçün böyük uğursuzluq, fəlakət və matəmdir...” Maşın bazarında 3500 manata avtomobil -  FOTOMaşın bazarında 3500 manata avtomobil - FOTO Laçında Azərbaycan Himni oxundu -  VİDEOLaçında Azərbaycan Himni oxundu - VİDEO İlham Əliyev yaralı hərbçilərimizə səsləndi:  “Maskanı çıxarın, hamı sizi görsün” - VİDEOİlham Əliyev yaralı hərbçilərimizə səsləndi: “Maskanı çıxarın, hamı sizi görsün” - VİDEO Rusiya sülhməramlıları Xankəndiyə daxil olub Rusiya sülhməramlıları Xankəndiyə daxil olub Şuşadan döyüş görüntüləri -  VİDEOŞuşadan döyüş görüntüləri - VİDEO Ermənilər Laçını da evləri yandıraraq tərk edirlər -  FOTOLARErmənilər Laçını da evləri yandıraraq tərk edirlər - FOTOLAR  “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olunub” İlham Əliyev: İlham Əliyev: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olunub” Azərbaycanda hərbi vəziyyət ləğv olunur Azərbaycanda hərbi vəziyyət ləğv olunur “Ermənilər görəcəklər ki, Azərbaycan rəhbərliyi altında yaxşı yaşayacaqlar” İlham Əliyev: İlham Əliyev: “Ermənilər görəcəklər ki, Azərbaycan rəhbərliyi altında yaxşı yaşayacaqlar” Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib Prezidentin Cəbrayılda idarə etdiyi zirehli avtomobilin  TEXNİKİ GÖSTƏRİCİLƏRİPrezidentin Cəbrayılda idarə etdiyi zirehli avtomobilin TEXNİKİ GÖSTƏRİCİLƏRİ Polis əməliyyat zamanı unikal avtomobil kolleksiyası aşkarladı -  ŞOK əməliyyatPolis əməliyyat zamanı unikal avtomobil kolleksiyası aşkarladı - ŞOK əməliyyat Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdi - DİQQƏT Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdi - DİQQƏT Xüsusi Təyinatlı Qüvvələrin zabiti: “Bilirdilər ki, Daşaltı alınsa, Şuşa bizim olacaq” -   MÜSAHİBƏ Xüsusi Təyinatlı Qüvvələrin zabiti: “Bilirdilər ki, Daşaltı alınsa, Şuşa bizim olacaq” - MÜSAHİBƏ