MediaXeber.az

Paytaxtda tramvay xətləri haranı əhatə edəcək? - XƏRİTƏ

29 Baxış
Paytaxtda tramvay xətləri haranı əhatə edəcək?  - XƏRİTƏ

Bakıda nəqliyyat infrastrukturu yenidən qurulur. Bu çərçivədə müxtəlif nəqliyyat növlərinin inkişafı planlaşdırılır.

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzTV-nin efirində Bakıda tramvay xətlərinin çəkilməsi ilə bağlı məsələnin gündəmdə olduğunu bildirib:

“2021-2030-cu illər üzrə “Dövlət Proqramı” çərçivəsində bu məsələ də gündəmdədir. 2030-cu ilə qədər bizim milli prioritetlərimiz təsdiq edilib. Məqsədimiz şəhər nəqliyyatını müasirləşdirməkdir. Orada bir bənd yaşıllaşdırma ilə bağlıdır.

Bu yolla həm də şəhərin ətraf mühitinin qorunmasını təmin etmiş olacağıq.

Bu çərçivədə müxtəlif nəqliyyat növlərini məşhurlaşdırmağa çalışırıq. Bu gün insanlar yalnız şəxsi nəqliyyat vasitələrindən, metro və avtobuslardan istifadə edirlər. Çox istərdik ki, paytaxtda tramvaylardan da istifadə olunsun. Bu istiqamətdə işlər gedir”, - deyə qurum rəsmisi bildirib.

Bəs Bakıda hansı ərazilərdə tramvay xətlərinin olması məqsədəuyğundur?

Bu və digər məqamlara aydınlıq gətirmək üçün nəqliyyat eksperti Ərşad Hüseynovla əlaqə saxladıq.

Ərşad Hüseynov BAKU.WS-ə açıqlamasında bildirdi ki, əgər Bakını müasir şəhər etmək istəyiriksə, orada tıxac olmasın, smart şəhər elementləri olsun, bu zaman ictimai nəqliyyat mükəmməl olmalıdır. Onun sözlərinə görə, bunun üçün ictimai nəqliyyatı çeşidli etmək lazımdır.


“Bakı kimi şəhərin böyük metro şəbəkəsi olmalıdır. Bu şəbəkənin 25 yox, 200 stansiyası olmalıdır. Burada avtobus və tramvay şəbəkəsi də mütləq olmalıdır.


Belə yanaşdıqda paytaxtın bütün ərazilərinə tramvay xətləri çəkilməlidir. Amma alqoritmin ikinci tərəfi var. Birinci növbədə o boyda tramvay xəttini çəkmək üçün böyük miqdarda investesiya lazımdır. İkinci növbədə də, şəhər küçələrini söküb, yenidən tikmək lazımdır.


Ona görə də, tramvay şəbəkəsini düzgün yerdən başlamaq lazımdır. Həmin ərazidə yenidənqurma işləri aparılmalıdır. O işləri görərkən hərəkətin iflic olmaması üçün qabaqlayıcı tədbirlər görülməlidir”, - deyə ekspert bildirib.


Ərşad Hüseynov deyir ki, əsas məqam digər işlər kimi tramvay xətlərini də göstərici xətrinə çəkmək olmaz:


“Tutaq ki, göstərici üçün 300 metr tramvay xətti yaratdıq. Bunu yaratmaq üçün konkret inkişaf strategiyası olmalıdır. Dəqiq hədəflər olmalıdır.


İnvestesiya tərəfi, həmin pulun geri qayıtma qabiliyyəti hesablanmalıdır. İşlər mərhələli şəkildə, 300 metrdən başlayıb, 500, 1000 metrə qədər uzadılmalıdır. Daha sonra bu xətlər 2000, 3000 metrə çatdırılmalıdır. Bununla da, tramvay xətti hörümçək toru kimi bütün əraziləri əhatə edəcək.


Bu işlər tədricən həyata keçirilərsə, bir çox küçələrdə, Fizulu, Səməd Vurğun küçələrində də tramvay xətti çəkmək imkanı yaranacaq”.


Bakıda tramvay xətlərini haradan çəkməyə başlamaq lazımdır?


Ərşad Hüseynov vurğulayıb ki, indiki dövrdə ən çətin məsələ Bakıda tramvay xətlərini öncə haradan başlamalı olduğunu müəyyən etməkdir. Ekspertin fikrincə, tramvay xətlərini ilk öncə şəhərin kənarından çəkməyə başlamaq lazımdır.


“Tramvay xətlərini ilk öncə Qaraçuxur, Günəşli, Bakıxanov qəsəblərindən başlamaq lazımdır. Oradan qəsəbəiçi şəbəkə yaratmaq lazımdır.

Həmin şəbəkəni gətirib “Əhmədli” və ya “Neftçilər” metrosu yaxınlığına gətirmək lazımdır. Həmin şəbəkə gəlib metro stansiyaları ilə birləşdisə, bu olacaq super layihə. Bu xətt üzrə işləyən tramvaylar sərnişinlərlə dolub-daşacaq.


Bundan başqa, Biləcəridən Binəqədiyə, Balaxanıya və oradan da hansısa yaxın metro stansiyasına uzanan tramvay xətti effektli olacaq.

Lakin Hansısa qəsəbənin bir ucundan digər ucuna işləyən tramvaylar boş işləyəcək. Əsas məqsəd kənd camaatı yaxınlıqdakı metroya gələ bilsin.


Yusif Səfərov küçəsi yeni təmri olunub. Bir neçə ilə həmin keçə yenə dağılacaq”.


Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov da məsələnin gündəmdə olduğunu bildirmişdi. Cavid Qurbanov açıqlamasında çəkiləcək tramvay xətlərinin sxeminin də müzakirə olunduğunu bildirmişdi:


“Vaxtilə Bakıda mövcud olmuş travmay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub. İndi bu xətləri yenidən yaratmaq çətindir. Odur ki, xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır.


Tramvay xətləri Bakının Əhmədli və Biləcəri, Abşeron rayonunun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev kimi qəsəbələrini əhatə edəcək”, - o qeyd edib.

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də bildirilib ki, şəhərdə mobilliyi artırmaq üçün müxtəlif ssenarilərə baxılır, ölçülür, qiymətləndirilir və tramvay potensial olaraq elə nəqliyyat növlərindən biri kimi qiymətləndirilir.


Hazırda tramvay xətlərinin çəkilməsi və ona nəzarət edilməsi hansı quruma həvalə olunması da müzakirə obyektidir.

Emin Ağalarov nişanlandı - Görün kimin qızı ilə  \FOTOLAR\VİDEOEmin Ağalarov nişanlandı - Görün kimin qızı ilə \FOTOLAR\VİDEO Füzulidə qandonduran erməni vəhşiliyi  – 27 il ayağı qandallı zirzəmidə saxlayıblar – FOTOFüzulidə qandonduran erməni vəhşiliyi – 27 il ayağı qandallı zirzəmidə saxlayıblar – FOTO Şuşa BİZİMDİR -   ŞUŞA AZƏRBAYCANDIRŞuşa BİZİMDİR - ŞUŞA AZƏRBAYCANDIR Amin Musayev və Bayram Kərimov sağdırlar  - BQXKAmin Musayev və Bayram Kərimov sağdırlar - BQXK Ermənistanda etirazlar başladı  - SON DƏQİQƏ – CanlıErmənistanda etirazlar başladı - SON DƏQİQƏ – Canlı Bir neçə şəhər və kənd azad edilib Prezident İlham Əliyev: – Prezident İlham Əliyev: – Bir neçə şəhər və kənd azad edilib O Mersedes mənim arzumdur deyən əsgərimizə hədiyyə  – Mersedes Benz O Mersedes mənim arzumdur deyən əsgərimizə hədiyyə – Mersedes Benz Bu da Sevil Əliyevanın xaricdə yaşayan qızı Zərifə   - FOTOBu da Sevil Əliyevanın xaricdə yaşayan qızı Zərifə - FOTO Prezident İlham Əliyev yeni tvit yazdı  - yeni işğaldan azad olunan ərazilərPrezident İlham Əliyev yeni tvit yazdı - yeni işğaldan azad olunan ərazilər Şuşadan xəbər var – Qeyri Rəsmi – VİDEOŞuşadan xəbər var– Qeyri Rəsmi – VİDEO Ordumuz yeni əraziləri işğaldan azad etdi  – İlham ƏliyevOrdumuz yeni əraziləri işğaldan azad etdi – İlham Əliyev Qarabağda yalnız rus sülhməramlıları olacaq Mariya Zaxarova: Mariya Zaxarova: Qarabağda yalnız rus sülhməramlıları olacaq Azərbaycan prezidenti İlham Əliyevin açıqlamalarında və əxlaqında problemlər hiss edirəm Nikol Paşinyan: Nikol Paşinyan: Azərbaycan prezidenti İlham Əliyevin açıqlamalarında və əxlaqında problemlər hiss edirəm Şad xəbərlər gəlməyə davam edir  Prezident İlham ƏliyevŞad xəbərlər gəlməyə davam edir Prezident İlham Əliyev İlham Əliyev xalqa müraciət edib  - SON DƏQİQƏİlham Əliyev xalqa müraciət edib - SON DƏQİQƏ Şuşanı işğaldan azad edən zabitlərdən biri:  “Elə döyüşlər olurdu ki, sağ çıxacağımıza ümid etmirdik” - VİDEOŞuşanı işğaldan azad edən zabitlərdən biri: “Elə döyüşlər olurdu ki, sağ çıxacağımıza ümid etmirdik” - VİDEO Operativ Qərargah məlumat yaydı -  SON DƏQİQƏOperativ Qərargah məlumat yaydı - SON DƏQİQƏ Ömürlük məhkumlar da əfv oluna bilər –  SAYLARI AÇIQLANDIÖmürlük məhkumlar da əfv oluna bilər – SAYLARI AÇIQLANDI  - Prezident yeni tvit paylaşdı SON DƏQİQƏ - FOTOSON DƏQİQƏ - FOTO - Prezident yeni tvit paylaşdı Azərbaycan Ordusunda əməliyyat-taktiki təlimləri keçiriləcək  – DAĞLARDA VƏ MEŞƏLƏRDƏAzərbaycan Ordusunda əməliyyat-taktiki təlimləri keçiriləcək – DAĞLARDA VƏ MEŞƏLƏRDƏ