MediaXeber.az

Paşinyan Azərbaycanın Ermənistanı diplomatik müstəvidə də dalana dirədiyini etiraf edib

39 Baxış
Paşinyan Azərbaycanın Ermənistanı diplomatik müstəvidə də dalana dirədiyini etiraf edib

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi hələ 2020-ci ilin payızında döyüş əməliyyatları başlayana qədər dalana dirənmişdi”.

Mediaxəbər.az-ın APA-ya istinadən xəbər verir ki, Ermənistan Nazirlər Kabinetinin məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vilnüsdə erməni icması ilə görüşdə deyib.

“Proses o yerə çatmışdı ki, erməni tərəfi Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu qaytarmalı, Qarabağ isə heç bir, o cümlədən aralıq statusa belə malik olmamalı idi.

Qarabağ məsələsinin arxitekturası 1998-1999-cu ildə başa çatmışdı. İlk növbədə, Qarabağ danışıqlar prosesindən çıxmış, bununla da, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş yeganə statusundan məhrum olmuşdu”, - deyə o bildirib.

Paşinyanın sözlərinə görə, bu, Ermənistanın təşəbbüsü ilə (həmin vaxt Ermənistanın prezidenti Robert Koçaryan idi – red.) olmuşdu: “Bunu təkcə mən demirəm, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bəyan edib. İkincisi, Ermənistan 1999-cu ildə İstanbul xartiyasına səs verib. Bu xartiya isə milli azlıqların siyasi, etnik və mədəni hüquqlarının ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutur”.

O, bir vaxtlar Qarabağ üzrə aparılan danışıqlar prosesinin “feyk” olduğunu vurğulayıb.

“Müharibə niyə əvvəl yox, 2020-ci ildə başladı? Biz yada salmalıyıq ki, 2016-cı ildə bu zəng artıq çalınmışdı. Hələ 2016-cı ilin yanvarında Minsk qrupunun həmsədrləri Ermənistandan tələb edirdilər ki, biz Dağlıq Qarabağa aralıq status verilmə tələbindən əl çəkək. Ermənistan təbii ki, bununla razılaşmadı və 2016-cı ilin aprelində döyüş əməliyyatları baş verdi”.

N. Paşinyan qeyd edib ki, döyüş əməliyyatlarının qarşısını yalnız Dağlıq Qarabağ ətrafındakı rayonları heç bir ön şərt irəli sürmədən qaytarmaqla almaq olardı.

N. Paşinyanın dediklərindən məlum olur ki, Azərbaycan bu illər ərzində prinsipiallıq nümayiş etdirərək, Ermənistanı həm də danışıqlar prosesində, diplomatik müstəvidə məğlubiyyətə uğradıb.



“Azərbaycana axan çayları zəhərləmək, Sərsəng su anbarını partlatmaq lazımdır” -  Erməni politoloq“Azərbaycana axan çayları zəhərləmək, Sərsəng su anbarını partlatmaq lazımdır” - Erməni politoloq Böyük uğur olsa da, aydın olmayan müddəalar var İqbal Ağazadə: İqbal Ağazadə: Böyük uğur olsa da, aydın olmayan müddəalar var Zahid Orucdan şok: Bu istiqamətdə hücum etsək… -  VİDEOZahid Orucdan şok: Bu istiqamətdə hücum etsək… - VİDEO Naxçıvana "erməni ərazisi" dedi, Əliyev cavabını verdi Naxçıvana "erməni ərazisi" dedi, Əliyev cavabını verdi “Türkiyə bu plana razı olmayacaq”   – Şok Qarabağda Xəyanət iddiası“Türkiyə bu plana razı olmayacaq” – Şok Qarabağda Xəyanət iddiası Azərbaycanda 63 yaşlı qadın ana oldu  - adını ZƏFƏR qoydularAzərbaycanda 63 yaşlı qadın ana oldu - adını ZƏFƏR qoydular “Bizi Qarabağla müqayisə etmə...” Fələstinin Rusiyadakı səfiri Ərdoğana irad bildirdi: Fələstinin Rusiyadakı səfiri Ərdoğana irad bildirdi: “Bizi Qarabağla müqayisə etmə...” Paşinyan Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gətirilməsinə  razılıq verdi - SON DƏQİQƏ!Paşinyan Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gətirilməsinə razılıq verdi - SON DƏQİQƏ! Azərbaycan-Rusiya ilə “Qafqaz-2020” birgə təlimlərindən  imtina edib- RƏSMİAzərbaycan-Rusiya ilə “Qafqaz-2020” birgə təlimlərindən imtina edib- RƏSMİ Rusiya XİN Dağlıq Qarabağla bağlı bəyanat yayıb  - SON DƏQİQƏRusiya XİN Dağlıq Qarabağla bağlı bəyanat yayıb - SON DƏQİQƏ Prezident Elşad Mirbəşirə yeni vəzifə verdi -  FOTOPrezident Elşad Mirbəşirə yeni vəzifə verdi - FOTO Konqres Rusiyaya qarşı sanksiya tətbiq edilməsini istəyir  - SON DƏQİQƏKonqres Rusiyaya qarşı sanksiya tətbiq edilməsini istəyir - SON DƏQİQƏ İlham Əliyev generalı təltif etdi  - FOTO - SƏRƏNCAMİlham Əliyev generalı təltif etdi - FOTO - SƏRƏNCAM Rusiya Türkiyəyə dəstək üçün gəmilərini göndərir? Rusiya Türkiyəyə dəstək üçün gəmilərini göndərir? Nikol Paşinyan Tavuşda: "Qalib gəlmiş xalq, qalib kimi yaşamalıdır"   - FOTOLARNikol Paşinyan Tavuşda: "Qalib gəlmiş xalq, qalib kimi yaşamalıdır" - FOTOLAR Rusiya xarici işlər naziri Lavrov Azərbaycana bu təkliflə gəlib  - İddiaRusiya xarici işlər naziri Lavrov Azərbaycana bu təkliflə gəlib - İddia Ukrayna Rusiya ilə əlaqələri kəsir Ukrayna Rusiya ilə əlaqələri kəsir Sabiq millət vəkili naziri dövlətə xəyanətdə   İttiham etdi Sabiq millət vəkili naziri dövlətə xəyanətdə İttiham etdi XİN: “Dağlıq Qarabağla bağlı Rusiyanın fəal roluna ümid bəsləyirik” XİN: “Dağlıq Qarabağla bağlı Rusiyanın fəal roluna ümid bəsləyirik” İrəvanın işğal planı: Bakı ağır zərbə vuracaq?   - Polkovnikİrəvanın işğal planı: Bakı ağır zərbə vuracaq? - Polkovnik