MediaXeber.az

Aysel Ələkbərzadə – Oteldə boğulan psixologiya...

500 Baxış
Oteldə boğulan psixologiya... Aysel Ələkbərzadə –
Yanvarın 17 – si sosial şəbəkədə gəzinərkən belə bir xəbərə rast gəldim. “ Sumqayıtda ər oteldə arvadını boğaraq öldürüb”.

Gələn rəylər isə təxmin etdiyim kimi idi. Hər kəs qadını əxlaqsız elan edib, kişiyə qətl üçün haqq qazandırmağa çalışırdı. Hətta şaiələr də işıq sürətində yayılmağa başladı.

Kimisi dedi ki, qadın ora sevgilisiylə gedib, ər də bunu bilib, otelə gəlib, sevgili qaçıb və o qadını öldürüb, kimisi də dedi ki, ailəvi problemlərə görə öldürüb. Hətta məsələyə

Sherlock Holmeslik edənlər də var idi. Onlar heç bir detayı yaddan çıxartmırdılar. Və son qənaətləri bu oldu ki, “ yaxşı ailə otelə getməz, oturardınız xarabanızda”. Yəni bu hadisə evdə baş versəydi bu gözəl qəlbli insanlar bəlkə də qadına bir az haqq verə bilərdilər. Lakin bir qadın otelə gedibsə, artıq o başına gələcək hər şeyin günahkarıdır.

Onu zorlaya, tikələyə, boğa, asa, kəsə bilərsiniz. Çünki normal qadın əriylə belə otelə getməz. Məncə də, normal qadın əriylə seks də etməməlidir. Hətta dəmir tuman geyinib, Müqəddəs Məryəm kimi uşaq dünyaya gətirməlidir. Çünki Azərbaycan xalqı yekdilliklə qərar verib ki, otel, seks və belə şeylər əxlaqsızlıqdır. Yaxşı ki ölkədəki hamilələri daş – qalaq etmirlər, ya da özlərinə soxub öldürmürlər... Çünki təəssüfki hamımız seksdən yaranıb, vaginadan çıxmışıq... Hə, vaginadan çıxmayanlar, kesrlə dünyaya gələnlər də var. Demək onlar bizdən daha əxlaqlıdırlar... Bravo... Həyata 1 : 0 öndə gəlmək buna deyirəm...

Bəs kimsə özünə sual verdi ki, biz nə zaman bu hala düşdük, xalq olaraq psixologiyamız bu qədər qəddarlaşdı? Atalar sözlərindən biri “ yaxşı at özünə qamçı vurdurmaz”, digəri “ qızını döyməyən dizini döyər” olan ölkənin psixologiyası danışmağa və dərk etməyə başladığı andan bəri pozulur. Məsələn hamımız “cinayətkar”, “oğru”, “qumarbaz” sözlərini bilir və bu əməlləri törədən şəxslərə birmənalı yanaşmırıq. Lakin heç kim məsələnin kökünə varmır. Axı bu uşaq doğulanda alnında “sən 5 nəfər öldürüb cinayətkar olacaqsan”, “ sən qumarda yoldaşını satacaqsan” yazılmamışdı... Onlar da, biz də - hamımız məsum uşaqlar idik, hətta Hitler də...

“Uşaq ailənin güzgüsüdür”... Bu məsəli hamı eşidib. Doğrudur, hər cinayətkarın ailəsində cinayətkar olmaya bilər, hətta o uşaq həkim, müəllim ailəsindən çıxmış ola bilər. Lakin valideynin yaxşı , cəmiyyət tərəfindən alqışlanan bir peşəyə sahib olması heç də o demək deyil ki, o yaxşı valideyn ola bilər. Hətta müəllimlərimizin çoxu yaxşı pedaqoq ola bilmir, həkimlərimiz pasientlə düzgün danışa bilmir, indi görün onlar evdə uşaqlarına nələr edirlər...

Ümumiyyətlə, Azərbaycan mentalitetində oğlanlar çox sərbəst, qızlar isə qul kimi böyüdülür. Eyni yaşda olan qız və oğlan yemək yedikdən sonra ana göz – qaş edir ki, oğlanın da qabını bacısı yusun. Hətta oğlana qız üstündə bir sahiblik “hədiyyəsi” verirlər. Oğlan görür ki, nə edirsə etsin, qadından azaddır və onu rahatca əzə bilər.

Psixopatlar da məhz belə ailələrdən çıxır. Narsist düşüncə, oğul övlada sahib olmaq, onun penisiylə fəxr etmək gələcəyin cinayətkarlarını, oğru və qumarbazlarını yaradır. Qızlara eyni dərəcədə imtiyazların verilməməsi isə onları qurban psixologiyasına salır. Azərbaycanda qadınlar azad olmaqdan qorxurlar. Uşaqlıqdan başlarında “sahib”lə yetişdirildikləri üçün həyatlarında kişi olmasa heç nəyə nail ola bilməyəcəklərini düşünürlər. Çox az halda qadın belə bir uşaqlıq travmalarından sonra öz ayağında durub, mental dəyərlərə qarşı çıxa bilir. Qadınlarımız mənə “bala fil” hadisəsini xatırladır. Uşaqlıqdan gücü çatmayacaq zəncirə vurulan bala fil o zənciri qıra bilmir, ayağında o zəncirlə böyüyür. Böyük olduğu üçün istəsə zənciri qırıb, qaça bilər. Lakin qorxur və öyrəşdiyi kimi yaşamağa davam edir...

Azərbaycandakı kişi hegomoniyası da ailədən gəlir. Oğlanlar hər şeyi rahat danışa, istədikləri yerə gedə bildikləri halda, bəzi ailələrdə qızlar nə desə də “ağzının üstündən vurulur”. Beləcə həm oğlanın, həm də qızın psixologiyası alt – üst olur... Sonrakı mərhələdə isə qız “ərə verilir”. Bu sözə özü də etiraz etmir, çünki o mal olduğunu qəbullanıb. Gəlinliklə çıxanda isə “ bu evə ancaq kəfənlə qayıt” -, deyilir. Bunu eşidən kürəkən isə qaynana və qaynatasının istəyini yerinə yetirir... Qadınlar ərləri tərəfindən qətl edilərək “ata ocağı”na göndərilirlər. Çox zaman isə öz valideynləri belə onların cəsədlərini qəbul etmir... Valideynlər öz yaşadıqları psixoloji şiddəti uşaqlarına da uyğulayırlar....

Lakin dindirəndə hamı mənə etiraz edir ki, “ Azərbaycanda qadınlar azaddır, nə edirik ki qadınlara?”. Sualın düzü “ qadınlara nə etmirik?” olmalıdır. Eyni övlad imtiyazları, bərabər təhsil hüququ, azad seçim, ifadə özgürlüyü vermirsiniz. Qorxaq böyüdüb, öz istəklərini həyata keçirmək üçün yalan danışmağa məcbur edirsiniz. Ancaq şərt qoyur və ətindən, dərisindən istifadə edirsiniz. Hətta bir yerdə çox səssizlik olanda içəri girib “ nə olub, kiminsə qızı olub?”-, deyə məsxərə edirsiniz. Sizin üçün qız uşağına sahib olmaq fəlakət, oğlan uşağının dünyaya gəlməsi isə toy – bayramdır. Qız doğulandan əziz analarımız “ bunu kim alacaq ?” qorxusuyla cehiz yığmağa başlayır... Oğlanlar üçün isə yaxşı təhsil, ev almaq barədə düşünür, sonra isə “ halal süd əmmiş, əli kişi əlinə dəyməmiş, bammmbakirə” qız axtarırsınız... Sanki dünyadakı tək missiyamız evlənib, çoxalmaqmış kimi... Belə gözəl bir cümlə oxumuşdum, “ Prezervativin icadı dünyada tərs evrimə yol açdı. Ağıllı adamlar prezervativ istifadə edib azalmağa başladıqca, psixologiyası yerində olmayanlar artdı”....

Və təəssüfki həmin ailənin uşaqlarının çox faizi də öz valideynləri kimi valideyn olacaqlar... Ya da ərləri tərəfindən öldürülüb torpaq altına gedəcəklər...

Və bu cahiliyyət dönəmi mentalitet tam baltalanana , kişi hegomonluğu son tapana qədər davam edəcək.

Hələ sosial şəbəkələrə girib psixologiyamızı boğan yazılarla və şərhlərlə çox rastlaşacayıq...
“ Gombul” seks işçiləri.... Aysel Ələkbərzadə – Aysel Ələkbərzadə – “ Gombul” seks işçiləri.... Oteldə boğulan psixologiya... Aysel Ələkbərzadə – Aysel Ələkbərzadə – Oteldə boğulan psixologiya... Azadlığım və sevgililərim...  – Aysel ƏləkbərzadəAzadlığım və sevgililərim... – Aysel Ələkbərzadə Sən demə Tac yox, qorxu öldürürmüş Laləzər Abbasova - Laləzər Abbasova - Sən demə Tac yox, qorxu öldürürmüş Sadiq Xəyanətkarlar...  –  Aysel ƏləkbərzadəSadiq Xəyanətkarlar... – Aysel Ələkbərzadə Şizofrendən gələn məktub...  - Aysel Ələkbərzadə yazır...Şizofrendən gələn məktub... - Aysel Ələkbərzadə yazır... Gəlin, Nizamini Afətlərdən qoruyaq!  Xəyalə Rəis - Xəyalə Rəis - Gəlin, Nizamini Afətlərdən qoruyaq!  Bakıdan kənarda həyat  - Alisa Poliker Abelson yazır... Bakıdan kənarda həyat - Alisa Poliker Abelson yazır... Tarix yazan igidlərimizlə Göyçay gənclərinin görüşü - Ekskuliziv Tarix yazan igidlərimizlə Göyçay gənclərinin görüşü- Ekskuliziv İnsanlara verilən ləqəblər...  - Aysel Hacızadə yazırİnsanlara verilən ləqəblər... - Aysel Hacızadə yazır Şəhid Fərid Nadirov  - Qısa məlumatŞəhid Fərid Nadirov - Qısa məlumat Taryel Abdullayev yazır...  - Əxlaq insan öldürür...Taryel Abdullayev yazır... - Əxlaq insan öldürür...