Nümayəndələr Palatasında Trampın impiçmenti üzrə müzakirələr başladı
29 Baxış
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri çərşənbə günü keçən iclasda Birləşmiş Ştatların hazırkı prezidenti Donald Trampın impiçmenti ilə əlaqədar müzakirələrə keçiblər.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Müzakirə gözlənildiyi kimi iki saat davam edəcək. Sonra Konqres üzvləri impiçment haqqında qətnaməyə səs verəcəklər. Sənəddə bir ittiham maddəsi - qiyama təhrikçilik var.