MediaXeber.az

“Neftçi” liderliyini darmadağınla qoruyub, “Zirə” Qəbələdə büdrəyib

25 Baxış
“Neftçi” liderliyini darmadağınla qoruyub,  “Zirə” Qəbələdə büdrəyib

Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.

Mediaxeber.az saytının məlumatına görə, ikinci oyun günündə 2 görüş baş tutub.

Günün ilk matçı Qəbələdə oynanılıb. Üçüncü pillədəki “Zirə” ilk “dördlüy”ə iddia edən “Qəbələ”nin qonağı olub. Bölgə təmsilçisi doğma arenasında qalib gələrək həm 4-cü pillədəki “Sumqayıt”a yaxınlaşmaq, həm də “Zirə” ilə xal fərqini azaltmaq niyyətində idi. "Qırmızı-qaralar" ilk hissədə hesabı açsa da, Merab Qiqauri qırmızı vərəqə aldığından, komanda bir saatdan çox azlıqda mübarizə aparmalı olub. Bakılılar isə məğlubiyyətdən son anda qurtula bilib. Yeni transfer Fakundo Melivilo debüt matçında əlavə olunmuş dəqiqələrdə komandasına 1 xal qazandırıb.

Tura “Bakcell Arena”da yekun vurulub. Çempionluğa oynayan “Neftçi” autsayderlər zonasından uzaqlaşmağa çalışan “Səbail”i sınağa çəkib. Bir gün əvvəl “Qarabağ” qələbə qazandığından, “ağ-qaralar” mütləq qalib gəlməli idi. Oyun gözlənildiyi kimi, flaqmanın üstünlüyü şəraitində keçib. Samir Abasovun kollektivi liderliyini darmadağınla qoruyub.

Həmçinin matçda hesabı açan Namiq Ələsgərov qollarının sayını 14-ə çatdıraraq, bombardirlər yarışında yenidən liderliyə yüksəlib.

Qeyd edək ki, turun dünən keçirilən oyunlarında “Qarabağ” “Sabah” üzərində qələbə qazanıb (2:0), “Sumqayıt”la “Keşlə” bərabərə qalıb (2:2).

"Sabah"ın futbolçusu millidən kənarlaşdırıldı  "Sabah"ın futbolçusu millidən kənarlaşdırıldı "Formula 1": İlk test yürüşündə ən yaxşı nəticəni "Maklaren" göstərdi "Formula 1": İlk test yürüşündə ən yaxşı nəticəni "Maklaren" göstərdi Arda Turan koronavirusa yoluxub Arda Turan koronavirusa yoluxub Teymur Rəcəbov Levon Aronyanla oynayacaq Teymur Rəcəbov Levon Aronyanla oynayacaq UEFA Mxitaryanı cəzalandırıb  – VİDEOUEFA Mxitaryanı cəzalandırıb – VİDEO Millimizin 2 futbolçusu   koronavirusa yoluxdu Millimizin 2 futbolçusu koronavirusa yoluxdu Azərbaycanda oynayan legioner qapıçı millidə rekorda imza atıb Azərbaycanda oynayan legioner qapıçı millidə rekorda imza atıb MMA idmançısı Moskvada döyüldü  MMA idmançısı Moskvada döyüldü UEFA Millətlər Liqasında V tura start veriləcək UEFA Millətlər Liqasında V tura start veriləcək Cəbhədən qayıtdı, bu gün döyüşə çıxır -  VİDEOCəbhədən qayıtdı, bu gün döyüşə çıxır - VİDEO Arsen Venger "Barselona"nın təklifini rədd etdi Arsen Venger "Barselona"nın təklifini rədd etdi Azərbaycanda oynayıb, Ermənistanda karyeralarını davam etdirənlər -  ADLARAzərbaycanda oynayıb, Ermənistanda karyeralarını davam etdirənlər - ADLAR Millimizin futbolçuları qohum oldular   - FOTOMillimizin futbolçuları qohum oldular - FOTO Rafael Ağayev uduzdu,  Firdovsi Fərzəliyev finala vəsiqə qazandıRafael Ağayev uduzdu, Firdovsi Fərzəliyev finala vəsiqə qazandı Qarabağ Şerifə qalib gəldi -   növbəti mərhələyə yüksəldiQarabağ Şerifə qalib gəldi - növbəti mərhələyə yüksəldi "Barselona"ya türk futbolçu gəlir "Barselona"ya türk futbolçu gəlir Maradonanın oğlu reanimasiyaya  yerləşdirilibMaradonanın oğlu reanimasiyaya yerləşdirilib PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq" PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq" İlk dəfə güləş üzrə fərdi Dünya Kuboku keçiriləcək İlk dəfə güləş üzrə fərdi Dünya Kuboku keçiriləcək “Neftçi”yə rəqib olan “Qalatasaray”ın hücumçusu jurnalistləri təhqir etdi  - FOTO “Neftçi”yə rəqib olan “Qalatasaray”ın hücumçusu jurnalistləri təhqir etdi - FOTO