MediaXeber.az

Müddət 2022-ci ilin yanvarın 1-dək uzadıldı - DİQQƏT

35 Baxış
Müddət 2022-ci ilin yanvarın 1-dək uzadıldı  - DİQQƏT

Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılır.

Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.


Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılır.
Əvvəl bu müddət 2021-ci il yanvarın 1-dək müəyyən edilmişdi.

Qeyd edək ki, qanuna təklif edilən dəyişiklik aşağıdakıları nəzərdə tutur:
Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin (qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla) daha bir il - 1 yanvar 2022-ci ilədək uzadılması;

Yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsi.
Qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar isə aşağıdakılardır:
Vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar.
Bu yoxlamalar qanunda nəzərdə tutulmuş müddətdə aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Qərar verildi: Bu şəxslərə ayda 60 manat veriləcək - SON DƏQİQƏ!Qərar verildi: Bu şəxslərə ayda 60 manat veriləcək- SON DƏQİQƏ! Pensiya ilə bağlı - ŞAD XƏBƏRPensiya ilə bağlı -ŞAD XƏBƏR Pensiya və maaşların üzərinə faiz gələcək -  Şad xəbər!Pensiya və maaşların üzərinə faiz gələcək - Şad xəbər! SMS İcazə ilə bağlı Nazirlər Kabinetindən RƏSMİ AÇIQLAMA - Martın 15-dən... SMS İcazə ilə bağlı Nazirlər Kabinetindən RƏSMİ AÇIQLAMA - Martın 15-dən... Razi Nurullayev: Azərbaycanda işçilər qul kimi işlədilir Razi Nurullayev: Azərbaycanda işçilər qul kimi işlədilir 190 manatla bağlı -  AÇIQLAMA190 manatla bağlı - AÇIQLAMA Azərbaycanda koronavirusa 353 yeni yoluxma faktı qeydə alınıb Azərbaycanda koronavirusa 353 yeni yoluxma faktı qeydə alınıb “Yelo Bank” ön cəbhədə olan əsgərimizi məhkəməyə verdi -  FOTOLAR “Yelo Bank” ön cəbhədə olan əsgərimizi məhkəməyə verdi - FOTOLAR "Süni tənəffüs aparatına qoşulanların sayı çoxdur" -  Yaqut Qarayeva"Süni tənəffüs aparatına qoşulanların sayı çoxdur" - Yaqut Qarayeva Koronavirusla bağlı son statistika  Koronavirusla bağlı son statistika Toy və yasların keçirilməsi ilə bağlı  -  QƏRARToy və yasların keçirilməsi ilə bağlı - QƏRAR Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib Sumqayıtda mənzillərə istilik verilməsi niyə gecikir?  Sumqayıtda mənzillərə istilik verilməsi niyə gecikir? Aztəminatlı ailələrə şad xəbər -  4 milyard manat ayrıldıAztəminatlı ailələrə şad xəbər - 4 milyard manat ayrıldı Vaqif Əsədovdan sürücülərə  XƏBƏRDARLIQVaqif Əsədovdan sürücülərə XƏBƏRDARLIQ Sumqayıtda mənzillərə istilik verilməsi niyə gecikir?  Sumqayıtda mənzillərə istilik verilməsi niyə gecikir? Bu günə olan karonavirus yoluxmaları –   403 nəfərBu günə olan karonavirus yoluxmaları – 403 nəfər Komendant saatı nə vaxt ləğv olunacaq? Komendant saatı nə vaxt ləğv olunacaq? COVID-19-dan sonra tam sağalma müddəti və tövsiyələr açıqlandı COVID-19-dan sonra tam sağalma müddəti və tövsiyələr açıqlandı Bu şəxslərə 480 manat veriləcək -   ŞAD XƏBƏR!Bu şəxslərə 480 manat veriləcək - ŞAD XƏBƏR!