MediaXeber.az

MTN generallarının həbs edilməsinin səbəbləri açıqlandı

44 Baxış
MTN generallarının həbs edilməsinin səbəbləri açıqlandı

Azərbaycan Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə məruz qalmalarına dair ayrı-ayrı şəxslərin müraciətləri ilə əlaqədar əvvəllər başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Mediaxeber.az-a bildirilib ki, istintaqla Şixəliyev Mövlan Məmmədismayıl oğlunun MTN-in İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmasına, vəzifə səlahiyyətlərindən sui istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə-qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib:

"Həmçinin, istintaqla həmin Nazirliyin Hərbi əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Şirinov Nizami Talış oğlunun qeyd olunan vəzifədə işlədiyi müddətdə müxtəlif şəxslərdən MTN-nin Akademiyasına qəbul etdirmək, xidmət yerini dəyişdirmək, habelə tabeliyində olan əməkdaşın işdən çıxarılması üçün müvafiq tədbirlərin görülməməsi, xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 3 halda külli miqdarda rüşvət tələb edərək almasına, 3 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə-qorxu ilə tələb edərək ələ keçirməsinə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Mövlan Şıxəlıyev və Nizami Şirinov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlara Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), 341.2.1, 341.2.3 (ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui istifadə etmə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilmiş və barələrində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Emin Ağalarov nişanlandı - Görün kimin qızı ilə  \FOTOLAR\VİDEOEmin Ağalarov nişanlandı - Görün kimin qızı ilə \FOTOLAR\VİDEO Füzulidə qandonduran erməni vəhşiliyi  – 27 il ayağı qandallı zirzəmidə saxlayıblar – FOTOFüzulidə qandonduran erməni vəhşiliyi – 27 il ayağı qandallı zirzəmidə saxlayıblar – FOTO Şuşa BİZİMDİR -   ŞUŞA AZƏRBAYCANDIRŞuşa BİZİMDİR - ŞUŞA AZƏRBAYCANDIR Amin Musayev və Bayram Kərimov sağdırlar  - BQXKAmin Musayev və Bayram Kərimov sağdırlar - BQXK Ermənistanda etirazlar başladı  - SON DƏQİQƏ – CanlıErmənistanda etirazlar başladı - SON DƏQİQƏ – Canlı Bir neçə şəhər və kənd azad edilib Prezident İlham Əliyev: – Prezident İlham Əliyev: – Bir neçə şəhər və kənd azad edilib O Mersedes mənim arzumdur deyən əsgərimizə hədiyyə  – Mersedes Benz O Mersedes mənim arzumdur deyən əsgərimizə hədiyyə – Mersedes Benz Bu da Sevil Əliyevanın xaricdə yaşayan qızı Zərifə   - FOTOBu da Sevil Əliyevanın xaricdə yaşayan qızı Zərifə - FOTO Prezident İlham Əliyev yeni tvit yazdı  - yeni işğaldan azad olunan ərazilərPrezident İlham Əliyev yeni tvit yazdı - yeni işğaldan azad olunan ərazilər Şuşadan xəbər var – Qeyri Rəsmi – VİDEOŞuşadan xəbər var– Qeyri Rəsmi – VİDEO Ordumuz yeni əraziləri işğaldan azad etdi  – İlham ƏliyevOrdumuz yeni əraziləri işğaldan azad etdi – İlham Əliyev Qarabağda yalnız rus sülhməramlıları olacaq Mariya Zaxarova: Mariya Zaxarova: Qarabağda yalnız rus sülhməramlıları olacaq Azərbaycan prezidenti İlham Əliyevin açıqlamalarında və əxlaqında problemlər hiss edirəm Nikol Paşinyan: Nikol Paşinyan: Azərbaycan prezidenti İlham Əliyevin açıqlamalarında və əxlaqında problemlər hiss edirəm Şad xəbərlər gəlməyə davam edir  Prezident İlham ƏliyevŞad xəbərlər gəlməyə davam edir Prezident İlham Əliyev İlham Əliyev xalqa müraciət edib  - SON DƏQİQƏİlham Əliyev xalqa müraciət edib - SON DƏQİQƏ Şuşanı işğaldan azad edən zabitlərdən biri:  “Elə döyüşlər olurdu ki, sağ çıxacağımıza ümid etmirdik” - VİDEOŞuşanı işğaldan azad edən zabitlərdən biri: “Elə döyüşlər olurdu ki, sağ çıxacağımıza ümid etmirdik” - VİDEO Operativ Qərargah məlumat yaydı -  SON DƏQİQƏOperativ Qərargah məlumat yaydı - SON DƏQİQƏ Ömürlük məhkumlar da əfv oluna bilər –  SAYLARI AÇIQLANDIÖmürlük məhkumlar da əfv oluna bilər – SAYLARI AÇIQLANDI  - Prezident yeni tvit paylaşdı SON DƏQİQƏ - FOTOSON DƏQİQƏ - FOTO - Prezident yeni tvit paylaşdı Azərbaycan Ordusunda əməliyyat-taktiki təlimləri keçiriləcək  – DAĞLARDA VƏ MEŞƏLƏRDƏAzərbaycan Ordusunda əməliyyat-taktiki təlimləri keçiriləcək – DAĞLARDA VƏ MEŞƏLƏRDƏ