MediaXeber.az

Macarıstan və Qazaxıstan xarici işlər nazirləri Türk Akademiyasını ziyarət ediblər

15 Baxış
Macarıstan və Qazaxıstan xarici işlər nazirləri Türk Akademiyasını ziyarət ediblər

Macarıstanın Xarici Ticarət və Xarici İşlər naziri Peter Siyarto və Qazaxıstan Baş nazirinin müavini - Xarici İşlər naziri Muxtar Tleuberdi Beynəlxalq Türk Akademiyasını ziyarət ediblər.

APA-nın məlumatına görə, Peter Siyjartonun başçılıq etdiyi Macarıstan nümayəndə heyəti öncə Akademiya nəzdindəki Türk Muzeyini və Türk Kitabxanasını gəzib, məşhur macar türkoloq Konqur Mandokinin qiymətli əlyazmaları ilə tanış olub. Həmçinin, tanınmış macar səyyahı Armin Vamberi şərəfinə təşkil olunan "Türk dünyasının macar alimi" adlı sərgiyə baxış keçirilib.

Akademiya prezidenti Darxan Kıdırəli 70 mindən artıq qiymətli əsərlərin toplandığı kitabxananın əhəmiyyətli bir hissəsinin məhz K.Mandokinin zəngin şəxsi kitabxanasının nadir nümunələrindən təşkil olunduğunu bildirib. O, təşkilatın layihələri haqqında qonaqlara geniş məlumat verib, Macarıstanın Türk Akademiyasının müşahidəçi üzvü kimi aktivliyindən razılıq ifadə edib.

Macarıstanın Xarici Ticarət və Xarici İşlər naziri Peter Siyarto öz növbəsində, qardaş ölkələrin ortaq dəyərlərinin öyrənilməsi, xalqların daha da yaxınlaşması istiqamətində görülən işlərə görə Akademiyaya təşəkkür edib və Türk Kitabxanasına macar dilində dəyərli əsərlər bağışlayıb. Nazir türkdilli dövlətlərdən olan tələbələrin Macarıstanda təhsil və tədqiqatlara maraq göstərməsinin çox sevindirici olduğunu, bununla bağlı Macarıstan hökumətinin təqdim etdiyi təqaüd proqramlarının genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Görüş zamanı tərəflər elm və təhsil sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər.

Sonra Beynəlxalq Türk Akademiyasının Macarıstanla bağlı hazırladığı bir sıra əsərlərin, o cümlədən əfsanəvi Hun hökmdarı Attila haqqında "Avropanın Kralı Attila" adlı əsərin təqdimatı olub. Akademiyanın dəstəyi ilə ingilis dilində nəşr olunan kitabın müəllifi tanınmış alim, Macarıstanın Monqolustandakı səfiri Borbala Obruşanskidir.

Tədbir çərçivəsində həmçinin tanınmış qazax şairi Cambıl Cabayevin macar dilində ilk şeirlər toplusunun, Armin Vamberiyə həsr olunan "Türk dünyasının macar alimi" kitabçasının, İştvan Konqur Mandokinin "Sındırılmaz köklər" və " İştvan Konqur Mandokinin biblioqrafiyası" kitablarının təqdimatı olub.

Görüşün sonunda Akademiyanın fəaliyyətinə dəstəyinə görə Peter Siyartoya Akademiyanın qızıl medalı təqdim olunub.

Xatırladaq ki, 2017-ci ildə Macarıstan Türk dünyası əməkdaşlıq qurumları arasında ilk olaraq Beynəlxalq Türk Akademiyasına müşahidəçi üzv qəbul olunub. Akademiya tərəfindən Macarıstan və Türk dünyasına inteqrasiyasına yönəlmiş bir sıra layihələr həyata keçirilib.


“Azərbaycana axan çayları zəhərləmək, Sərsəng su anbarını partlatmaq lazımdır” -  Erməni politoloq“Azərbaycana axan çayları zəhərləmək, Sərsəng su anbarını partlatmaq lazımdır” - Erməni politoloq Böyük uğur olsa da, aydın olmayan müddəalar var İqbal Ağazadə: İqbal Ağazadə: Böyük uğur olsa da, aydın olmayan müddəalar var Zahid Orucdan şok: Bu istiqamətdə hücum etsək… -  VİDEOZahid Orucdan şok: Bu istiqamətdə hücum etsək… - VİDEO Naxçıvana "erməni ərazisi" dedi, Əliyev cavabını verdi Naxçıvana "erməni ərazisi" dedi, Əliyev cavabını verdi “Türkiyə bu plana razı olmayacaq”   – Şok Qarabağda Xəyanət iddiası“Türkiyə bu plana razı olmayacaq” – Şok Qarabağda Xəyanət iddiası Azərbaycanda 63 yaşlı qadın ana oldu  - adını ZƏFƏR qoydularAzərbaycanda 63 yaşlı qadın ana oldu - adını ZƏFƏR qoydular Paşinyan Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gətirilməsinə  razılıq verdi - SON DƏQİQƏ!Paşinyan Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gətirilməsinə razılıq verdi - SON DƏQİQƏ! Azərbaycan-Rusiya ilə “Qafqaz-2020” birgə təlimlərindən  imtina edib- RƏSMİAzərbaycan-Rusiya ilə “Qafqaz-2020” birgə təlimlərindən imtina edib- RƏSMİ Rusiya XİN Dağlıq Qarabağla bağlı bəyanat yayıb  - SON DƏQİQƏRusiya XİN Dağlıq Qarabağla bağlı bəyanat yayıb - SON DƏQİQƏ Konqres Rusiyaya qarşı sanksiya tətbiq edilməsini istəyir  - SON DƏQİQƏKonqres Rusiyaya qarşı sanksiya tətbiq edilməsini istəyir - SON DƏQİQƏ Prezident Elşad Mirbəşirə yeni vəzifə verdi -  FOTOPrezident Elşad Mirbəşirə yeni vəzifə verdi - FOTO İlham Əliyev generalı təltif etdi  - FOTO - SƏRƏNCAMİlham Əliyev generalı təltif etdi - FOTO - SƏRƏNCAM Rusiya Türkiyəyə dəstək üçün gəmilərini göndərir? Rusiya Türkiyəyə dəstək üçün gəmilərini göndərir? Nikol Paşinyan Tavuşda: "Qalib gəlmiş xalq, qalib kimi yaşamalıdır"   - FOTOLARNikol Paşinyan Tavuşda: "Qalib gəlmiş xalq, qalib kimi yaşamalıdır" - FOTOLAR XİN: “Dağlıq Qarabağla bağlı Rusiyanın fəal roluna ümid bəsləyirik” XİN: “Dağlıq Qarabağla bağlı Rusiyanın fəal roluna ümid bəsləyirik” Sabiq millət vəkili naziri dövlətə xəyanətdə   İttiham etdi Sabiq millət vəkili naziri dövlətə xəyanətdə İttiham etdi Rusiya xarici işlər naziri Lavrov Azərbaycana bu təkliflə gəlib  - İddiaRusiya xarici işlər naziri Lavrov Azərbaycana bu təkliflə gəlib - İddia İrəvanın işğal planı: Bakı ağır zərbə vuracaq?   - Polkovnikİrəvanın işğal planı: Bakı ağır zərbə vuracaq? - Polkovnik ABŞ Qarabağda humanitar atəşkəs elan etdi- səhər saat 08.00-dan (FOTO)ABŞ Qarabağda humanitar atəşkəs elan etdi-səhər saat 08.00-dan (FOTO) Fransa Prezidenti Emmanuel Makron   İlham Əliyevə zəng edibFransa Prezidenti Emmanuel Makron İlham Əliyevə zəng edib