Norveçdə fəaliyyət göstərən Zyrus Engineering atelyesi bu günə qədər yalnız iki başa çatmış layihə ilə öyünə bilər: bunlar Lamborghini Super Trofeo LP 640-2 superkarının əsasında yaradılan Zyrus LP1200 R modeli və Porsche Taycan üçün hazırlanmış karbon kuzov dəstidir. İndi atelyenin portfoliosunda üçüncü layihə peyda olub - 1200 at qüvvəli Zyrus LP1200 Strada superkarı.
Mediaxeber.az autograph.az-a istinadən bildirir ki, Zyrus LP1200 Strada modeli Lamborghini Huracan LP640-4 Performante modelinin əsasında yaradılıb. Donor avtomobili 640 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən 5,2-litrlik V10 mühərriki, yeddi pilləli "robot" və tam ötürmə ilə təchiz edilib.
Atelye mütəxəssisləri superkarı trek günü avtomobilinə çevirmək üçün 600-dən çox komponenti dəyişdirilməli olublar. Bundan başqa, avtomobil düymə vasitəsilə mühərrikin iki güc variantı arasında keçid etmək imkanına sahib olub. Şəhər rejimində mühərrik 900, trek rejimində isə 1200 at qüvvəsi hasil edir.
LP1200 Strada modeli iki turbokompressoru, istiyə davamlı inkoneldən hazırlanmış buraxılış kollektorunu, titandan buraxılış sistemini və tamamilə yeni kuzov dəstini alıb. Yeniliklərin əksəriyyəti Zyrus LP1200 R trek avtomobilindən götürülüb.
Norveçlilər ön bamperə iri kanardlar quraşdırıb, ön qanadlarda isə havalandırma kəsikləri açıblar. Arxa hissədə iri diffuzor və iki iş səthi olan nəhəng antiqanad quraşdırılıb. 200 km/saat sürətində avtomobilin yeni aerodinamik elementləri iki tondan çox yerəbasma gücü hasil edir. Qeyd etmək lazımdır ki, LP1200 modelinin çəkisi 1427 kiloqramdır.
Superkarın başlanğıc qiyməti 595.000 avro təşkil edir. Bu məbləğə trekdə keçirilən tanışlıq sessiyası da daxildir. Sessiyada Zyrus Engineering komandası da iştirak edəcək və lazım olduqda avtomobilin tənzimləməsinə köməklik göstərəcəkdir. Eyni zamanda, atelye mühəndisləri layihənin texniki nüansları barədə də müştəriyə məlumat verəcəklər
Nikol Paşinyan: “Biz üçtərəfli razılaşmanı cırıb ata bilərik, ancaq bununla heç nə dəyişməyəcək”
Azərbaycan Rusiya helikopterinin vurulması ilə əlaqədar üzr istəyib
Vaqif Əsədov: “Qarabağda xidmət edəcəm”
Ermənilər əsir götürdükləri azərbaycanlı əsgərə işgəncə verir - VİDEO
"Rusiya sülhməramlılarına qarşı mübarizə aparmağa hazırıq" - Ermənistan silahlı dəstələri
Paşinyandan növbəti etiraflar: “Bu, bizim üçün böyük uğursuzluq, fəlakət və matəmdir...”
Maşın bazarında 3500 manata avtomobil - FOTO
Laçında Azərbaycan Himni oxundu - VİDEO
İlham Əliyev yaralı hərbçilərimizə səsləndi: “Maskanı çıxarın, hamı sizi görsün” - VİDEO
Rusiya sülhməramlıları Xankəndiyə daxil olub
Şuşadan döyüş görüntüləri - VİDEO
Ermənilər Laçını da evləri yandıraraq tərk edirlər - FOTOLAR
İlham Əliyev: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olunub”
Azərbaycanda hərbi vəziyyət ləğv olunur
İlham Əliyev: “Ermənilər görəcəklər ki, Azərbaycan rəhbərliyi altında yaxşı yaşayacaqlar”
Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib
Prezidentin Cəbrayılda idarə etdiyi zirehli avtomobilin TEXNİKİ GÖSTƏRİCİLƏRİ
Polis əməliyyat zamanı unikal avtomobil kolleksiyası aşkarladı - ŞOK əməliyyat
Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdi - DİQQƏT
Xüsusi Təyinatlı Qüvvələrin zabiti: “Bilirdilər ki, Daşaltı alınsa, Şuşa bizim olacaq” - MÜSAHİBƏ