"Bu yerlər mənə Kəlbəcərimizi xatırladır. Zümrüd meşələri, gur çayları ilə. İnsanlarının qonaqpərvərliyi isə heç vaxt bizə məcburi köçkün olduğumuzu hiss etdirməyib. Nə vaxt darıxsam, evin yanındakı çayın kənarına gəlirəm, ürəyimin nisgilini axar sularla aydınladıram. Bu gün isə fərqli hisslər yaşayırıq. Qarabağımız, Kəlbəcərimiz artıq azaddır".
Bu fikirləri "Report"un Cənub Mərkəzinə hazırda Lənkəran rayonunda yaşayan 47 yaşlı kəlbəcərli məcburi köçkün Kənan Ələsgərov bildirib.
O, ailəsi ilə birlikdə Kəlbəcər rayonunun Yanşaq kəndindən köçkün düşüb və 14 ildir Lənkəranda məskunlaşıb: "Biz həmişə torpaqlarımıza qayıtmaq ümidi ilə yaşamışıq. Şükür Allaha, hər şey geridə qaldı. Bu gün buraxsalar, bir an belə yubanmadan gedərəm yurd-yuvamıza. Biz həmin torpaqlardakı tikinti-quruculuq işlərində iştirak etməliyik.
Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Vallah sevincimizi sözlə ifadə etmək çox çətindir".
K.Ələsgərov deyir ki, çoxuşaqlı ailənin ortancıl övladı olub. Kəlbəcərdən ayrılanda 20 yaşı varmış. Bir müddət Göygöl rayonunda yaşayıblar. Sonradan o Bakıya işləməyə gəlib və paytaxtda Lənkərandan olan qızla tanış olub. Onlar ailə həyatı qurublar. K.Ələsgərov Lənkəranda yaşamağa qərar verib.
Onun həyat yoldaşı Amilə Ələsgərova da sevincini bölüşüb: "İnşallah qayıdarıq. Ailə başçısı hardadırsa, həyat yoldaşı da onun yanında olmalıdır. Gedib yaşayarıq. Niyə də yaşamayaq ki?!”
Emin Ağalarov nişanlandı - Görün kimin qızı ilə \FOTOLAR\VİDEO
Füzulidə qandonduran erməni vəhşiliyi – 27 il ayağı qandallı zirzəmidə saxlayıblar – FOTO
Şuşa BİZİMDİR - ŞUŞA AZƏRBAYCANDIR
Amin Musayev və Bayram Kərimov sağdırlar - BQXK
Ermənistanda etirazlar başladı - SON DƏQİQƏ – Canlı
Prezident İlham Əliyev: – Bir neçə şəhər və kənd azad edilib
O Mersedes mənim arzumdur deyən əsgərimizə hədiyyə – Mersedes Benz
Bu da Sevil Əliyevanın xaricdə yaşayan qızı Zərifə - FOTO
Prezident İlham Əliyev yeni tvit yazdı - yeni işğaldan azad olunan ərazilər
Şuşadan xəbər var– Qeyri Rəsmi – VİDEO
Ordumuz yeni əraziləri işğaldan azad etdi – İlham Əliyev
Mariya Zaxarova: Qarabağda yalnız rus sülhməramlıları olacaq
Şad xəbərlər gəlməyə davam edir Prezident İlham Əliyev
İlham Əliyev xalqa müraciət edib - SON DƏQİQƏ
Şuşanı işğaldan azad edən zabitlərdən biri: “Elə döyüşlər olurdu ki, sağ çıxacağımıza ümid etmirdik” - VİDEO
Operativ Qərargah məlumat yaydı - SON DƏQİQƏ
SON DƏQİQƏ - FOTO - Prezident yeni tvit paylaşdı
Mayk Pompeo Qarabağ görüşünə dair TVİT yazdı – FOTO
Bu atəşkəs döyüşlərin bitdiyi anlamına gəlmir – XİN
İzvestiya qəzeti: Əhali Xankəndindən evakuasiya olunur – Video