MediaXeber.az

İstanbul derbisi: "Fənərbağça" "Qalatasaray"a qarşı

25 Baxış
İstanbul derbisi: "Fənərbağça" "Qalatasaray"a qarşı

Bu gün Türkiyə Super Liqasında "Fənərbağça" və "Qalatasaray" komandaları arasında İstanbul derbisi keçiriləcək.

Mediaxeber.az-ın məlumatına görə, XXIII tura təsadüf edəcək qarşılaşma "Ülker stadionu"nda oynanılacaq və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Prinsipial matçı FIFA referisi Cüneyt Çakır idarə edəcək.

Superliqada keçirdiyi son 9 oyunun 8-də qələbə qazanıb, yalnız 1-də heç-heçə edən "sarı-lacivərdlilər" 48 xalla turnir cədvəlinə başçılıq edir. Rəqibindən 3 xal az toplayan "sarı-qırmızılılar" isə "Beşiktaş"la 2-3-cü yerləri bölüşdürür.

Komandalar 112 illik rəqabətdə 393-cü dəfə üz-üzə gələcəklər. Əvvəlki görüşlərin 147-də "bülbüllər", 122-də "aslanlar" qalib gəlib. 123 qarşılaşma isə heç-heçə başa çatıb.

Meydan sahibləri derbiyə ciddi itkilərlə çıxacaq. Müdafiəçi Marsel Tisseran, yarımmüdafiəçilər Dimitris Pelkas, İrfan Can Kahveci və Qustavo zədəli olduqları üçün oynaya bilməyəcəklər. Qonaqların heyətində isə Sofyan Fequli eyni səbəbdən görüşü buraxacaq. Həmçinin yeni transfer Jedson Fernandeş karantində olduğundan meydana çıxmayacaq.

Bu, "Fənərbağça"nın dünyaca məşhur futbolçusu Mesut Özilin yeni komandasında ilk derbi matçı kimi də əlamətdar ola bilər.

Türkiyə Super Liqası

XXIII tur

20:00. "Fənərbağça" - "Qalatasaray"

Baş hakim: Cüneyt Çakır

İstanbul, "Ülker stadionu".

"Sabah"ın futbolçusu millidən kənarlaşdırıldı  "Sabah"ın futbolçusu millidən kənarlaşdırıldı UEFA Mxitaryanı cəzalandırıb  – VİDEOUEFA Mxitaryanı cəzalandırıb – VİDEO Millimizin 2 futbolçusu   koronavirusa yoluxdu Millimizin 2 futbolçusu koronavirusa yoluxdu MMA idmançısı Moskvada döyüldü  MMA idmançısı Moskvada döyüldü Teymur Rəcəbov Levon Aronyanla oynayacaq Teymur Rəcəbov Levon Aronyanla oynayacaq Azərbaycanda oynayan legioner qapıçı millidə rekorda imza atıb Azərbaycanda oynayan legioner qapıçı millidə rekorda imza atıb UEFA Millətlər Liqasında V tura start veriləcək UEFA Millətlər Liqasında V tura start veriləcək Arda Turan koronavirusa yoluxub Arda Turan koronavirusa yoluxub Arsen Venger "Barselona"nın təklifini rədd etdi Arsen Venger "Barselona"nın təklifini rədd etdi Cəbhədən qayıtdı, bu gün döyüşə çıxır -  VİDEOCəbhədən qayıtdı, bu gün döyüşə çıxır - VİDEO Millimizin futbolçuları qohum oldular   - FOTOMillimizin futbolçuları qohum oldular - FOTO Azərbaycanda oynayıb, Ermənistanda karyeralarını davam etdirənlər -  ADLARAzərbaycanda oynayıb, Ermənistanda karyeralarını davam etdirənlər - ADLAR Qarabağ Şerifə qalib gəldi -   növbəti mərhələyə yüksəldiQarabağ Şerifə qalib gəldi - növbəti mərhələyə yüksəldi PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq" PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq" “Neftçi”yə rəqib olan “Qalatasaray”ın hücumçusu jurnalistləri təhqir etdi  - FOTO “Neftçi”yə rəqib olan “Qalatasaray”ın hücumçusu jurnalistləri təhqir etdi - FOTO "Barselona"ya türk futbolçu gəlir "Barselona"ya türk futbolçu gəlir Maradonanın oğlu reanimasiyaya  yerləşdirilibMaradonanın oğlu reanimasiyaya yerləşdirilib Millimizin rəqibi Bakıya bu heyətlə gəlir - SİYAHI Millimizin rəqibi Bakıya bu heyətlə gəlir - SİYAHI FIFA dopinqə görə 20 aylıq cəza verdi FIFA dopinqə görə 20 aylıq cəza verdi Beşiktaşdan Balotelli həmləsi Beşiktaşdan Balotelli həmləsi