MediaXeber.az

İran hər il 15 azərbaycanlı tələbəyə təhsil təqaüdü ayıracaq

30 Baxış
İran hər il 15 azərbaycanlı tələbəyə təhsil   təqaüdü ayıracaq
İranın Elm, Tədqiqat və Texnologiyalar Nazirliyi hər il 15 Azərbaycan vətəndaşı olan tələbəyə təhsil təqaüdü ayıracaq.


Mediaxeber.az yazır ki, bubarədə İranın Elm, Tədqiqat və Texnologiyalar Nazirliyinin məlumatında deyilir. Bundan əlavə, məlumatda həmçinin İranla Azərbaycan arasında elmi-tədqiqat və universitetlərarası əməkdaşlıqların genişləndirilməsi çərçivəsində Təhsil təqaüdünü almaq üçün tələb olunan əsas şərt və sənədlər barədə də söz açılır.

Ümumi şərtlərə əsasən bakalavr pilləsi üzrə ən yüksək yaş həddi 22, magistraturada təhsil almaq istəyənlər üçün 26, doktoranturaya qəbul üçün isə 31 yaş müəyyənləşdirilib. Yer tutmaq istəyənlər üçün bilik səviyyəsi ilə bağlı da şərtlər müəyyən olunub. 20 ballıq qiymətləndirmə sistemi əsasında aparılacaq sınaq imtahanında bakalavr pilləsi üçün 14, humanitar, incəsənət və kənd təsərrüfatı ixtisasları üzrə magistratura pilləsi üçün 15, ümumi doktorantura üçünsə 16 bal nəzərdə tutulub.

Texnologiyalar və əsas ixtisas qrupları üzrə magistraturaya qəbul üçün tələb olunan bal 14, eyni qrup üzrə doktoranturaya qəbul isə 16 baldır.

Təhsil təqaüdündən yararlanmaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

Əvvəlki təhsil pilləsinə aid təhsil sənədinin və fənlər üzrə qiymət cədvəlinin surəti, bu sənədlərin təsdiqlənmiş tərcüməsi; Pasportun surəti (etibarlılıq müddəti 6 aydan artıq olmalıdır); Sağlamlıq haqqında arayış; İki ədəd fotoşəkil; Müəllimlər tərəfindən gələcək təhsil üçün yazılmış üç ədəd xasiyyətnamə; Müraciət edən şəxsin xarici tələbələrin qeydiyyatı saytında qeydiyyatdan keçməsini göstərən qeydiyyat kodu.

Digər məlumatlar:

Təhsil təqaüdü bütün xarici tələbələrin təhsil haqqından azad olunması formasında olacaq. Yalnız fars dili və ədəbiyyatı, İranşünaslıq ixtisasları üzrə təhsil almaq istəyən tələbələr təhsil təqaüdündən tam şəkildə yaralana biləcəklər və onlara təhsil almaları üçün əlavə maliyyə dəstəyi veriləcək.

Xarici tələbələrə edilən güzəştlər tələbələrin təhsilhaqqından azad olunmasından, subay tələbələr üçün nəzərdə tutulmuş yataqxanalardan istifadə etməsindən və tibbi sığorta xidmətindən yararlanmasından ibarət olacaq. Əlavə olaraq, əcnəbi tələbələr də iranlı tələbələr kimi, subsidiya qismində verilən yeməklə təmin ediləcəklər. Digər xərcləri isə əcnəbi tələbələrin özləri təmin etməlidilər.

Əcnəbi tələbələrin İrana gəlib-getmələri üçün onların bilet və yol xərcləri də özləri tərəfindən təmin edilməlidir.

Müraciət edən əcnəbi tələbələrin təhsil almaq istədiyi təhsil müəssisələri İranın Elm, Tədqiqat və Texnologiyalar Nazirliyinin nəzdində tələbələrin bölgüsü üzrə fəaliyyət göstərən xüsusi komitə tərəfindən müəyyənləşdirilir.
İran ordusu bombalanır Generallar həlak oldu - SON DƏQİQƏ! İran ordusu bombalanır Generallar həlak oldu -SON DƏQİQƏ! Ukrayna hücuma keçib - SON DƏQİQƏ Ukrayna hücuma keçib - SON DƏQİQƏ Türkiye istehsalı olan KORAL Libyada Vaqner qüvvələrinə aid   MİG-29 qırıcı təyyarəni düşürdü- SON DƏQİQƏ!Türkiye istehsalı olan KORAL Libyada Vaqner qüvvələrinə aid MİG-29 qırıcı təyyarəni düşürdü- SON DƏQİQƏ! Türkiyə və Rusiya arasında Dağlıq Qarabağ problemi ətrafında  gərginlikTürkiyə və Rusiya arasında Dağlıq Qarabağ problemi ətrafında gərginlik İran MÜHARİBƏ ELANI VERDİ: ABŞ mövqelərini vuracağıq İran MÜHARİBƏ ELANI VERDİ: ABŞ mövqelərini vuracağıq Britaniyada son sutkada 816 nəfər koronavirusa yoluxub Britaniyada son sutkada 816 nəfər koronavirusa yoluxub Lukaşenkodan şok müraciət: Bu baş versə,   Rusiya çökəcək!Lukaşenkodan şok müraciət: Bu baş versə, Rusiya çökəcək! ABŞ Rusiyaya raket zərbəsi endirib  - RƏSMİABŞ Rusiyaya raket zərbəsi endirib - RƏSMİ Türkiyə nüvə silahı əldə edib? –   Sensasion baxışTürkiyə nüvə silahı əldə edib? – Sensasion baxış İki ölkə arasında GƏRGİNLİK:   Səfir Xarici işlər Nazirliyinə çağırıldıİki ölkə arasında GƏRGİNLİK: Səfir Xarici işlər Nazirliyinə çağırıldı Fransalı jurnalist:  "Şuşa döyüşü" ən şiddətli məqamına çatmaqdadırFransalı jurnalist: "Şuşa döyüşü" ən şiddətli məqamına çatmaqdadır Trampa əmr verir, Putini fikrindan daşındırır...  - Dünyanı idarə edən o şəxs kimdir? - FOTOTrampa əmr verir, Putini fikrindan daşındırır... - Dünyanı idarə edən o şəxs kimdir? - FOTO Türkiyə ABŞ-dan Ermənistana uçan təyyarələrə qadağa qoydu –  Son dəqiqəTürkiyə ABŞ-dan Ermənistana uçan təyyarələrə qadağa qoydu – Son dəqiqə Rus ordusu 9 ölkə ilə birgə hərəkətə keçir:   Xəzər dənizi və cənubda...Rus ordusu 9 ölkə ilə birgə hərəkətə keçir: Xəzər dənizi və cənubda... Ermənistan Türkiyə ordusu ilə döyüşə girir   - TəfərrüatErmənistan Türkiyə ordusu ilə döyüşə girir - Təfərrüat 150 min kamera görüntüsü ələ keçirilib ABŞ-da görünməmiş haker hücumu: ABŞ-da görünməmiş haker hücumu: 150 min kamera görüntüsü ələ keçirilib Ölkə fəlakət astanasında -  Milyonlarla insan ölə bilərÖlkə fəlakət astanasında - Milyonlarla insan ölə bilər Azərbaycanda baş verən hadisələrin arxasında Fransa durub Erdoğan: Erdoğan: Azərbaycanda baş verən hadisələrin arxasında Fransa durub Türkiyəni dəhşətə salan keçmiş ər vəhşəti  – FOTO – VİDEOTürkiyəni dəhşətə salan keçmiş ər vəhşəti – FOTO – VİDEO ABŞ-da göy üzü qan rənginə boyandı  - VİDEOABŞ-da göy üzü qan rənginə boyandı - VİDEO