Bakı-Sumqayıt yolunda qəza baş verib.
Mediaxeber.az- ın verdiyi xəbərə görə, yolda iki "TIR" markalı yük maşını toqquşub. Qəzaya görə yolda tıxac yaranıb. Əraziyə yol patrul xidmətinin əməkdaşları və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub.
Hal-hazırda həmin istiqamətdə hərəkət demək olar ki, dayanıb.
Faktla bağlı araşdırma aparılır