MediaXeber.az

Aysel Ələkbərzadə – “ Gombul” seks işçiləri....

1202 Baxış
“ Gombul” seks işçiləri.... Aysel Ələkbərzadə –

Azərbaycanda son illər turizm sahəsi “ birdən – birə” inkişaf etməyə başladı... Kimiləri hesab etdilər ki, turistlər ölkəmizə “gəzməli – görməli” yerlər üçün gəlirlər... Doğrudur, onlar “görməyə” gəlirdilər. Amma başqa bir şeyi... Bu şey onların – xüsusilə ərəblərin öz ölkələrində edə bilmədiyi azadlıq və özbaşınalıq idi... Ərəb turistləri Azərbaycanda seks turizminin inkişafına və seks işçilərimizin daha Dubaya getmək ehtiyacının olmamasına səbəb oldu... İndi bütün gəlir ölkəyə qalırdı.. Seks işçilərimiz sayəsində otellər, klublar, taksilər, restoran və kafelər, mallar gözəl pul əldə etməyə başladılar. Reallıq budur ki, ordakı pul əldə edən insanların hamısı bunun əsl səbəbini bilir, lakin qəbul etmək istəmirdilər. Hər kəsin qeyrəti götürməz axı... seks turizminin bir parçası olmağı. Buna görə də əsl qəhrəmanları – seks işçilərini heç zaman qəbul etmədilər. Hətta onları xor görüb, təhqir edirdilər. Bizim millətimiz “ seks işçisi” sözünü qətiyyən qəbul etmir. Onlar üçün iş, peşə müqəddəs anlam daşıyır. Müəllim biliyini satırsa, fəhlə fiziki güclə pul qazanırsa onlar işçidirlər və leqal yolla pullarını qazanırlar. Lakin seks işçiləri nəinki bədənləriylə xidmət edib öz peşələrini leqallaşdıra bilmirlər, hətta döyülür, söyülür, bəzən öldürülürlər... Gözəl millətim elə başa düşür ki, seks işçiliyi leqallaşsa, ölkədəki bütün qızlar buna can atacaq, əxlaq əldən gedəcək. Buna görə də ömürlərini “fahişələri lənətləməyə” və aradan qaldırmağa həsr edirlər. Ölkədə hamı onlara nifrət edir, lakin kimsə onların seçim və həyatları, psixoloji durumlarıyla maraqlanmır.

Müsahibim A. N ( seks işçisi ) qeyd edir ki, onsuzda 300 manat aylıq maaş aldığı işlərdə də müdir ondan “daha çoxunu” tələb edirdi. İndi ən azından gününə 300 manat qazanır və öz müştərisini özü seçir... Azərbaycanda seks işçiliyinin leqallaşmasına elə ilk olaraq bu işlə məşğul olanlar qarşıdırlar. Çünki onlar elə başa düşür ki, bu peşə leqallaşsa, onlar hamıya ifşa olunacaqlar... Ona görə ki, özləri bu işdə olmalarına baxmayaraq, hər zaman işlərinə lənətlər yağdırıblar və bu işlə məşğul olduqlarını inkar ediblər. Onların bu peşədə çalışdığını bilən insanlara isə müxtəlif bəhanələr gətiriblər...


Bəs seks işçiliyinin leqallaşması bizə nə qazandıracaq? İlk olaraq hamının ağlına gələn QİÇS, Hepatit, Sfilis kimi xəstəliklərin qarşısının alınmasıdır. Mən buna qatılıram. Amma mənim ilk ağlıma gələn müştərinin təhlükəsizliyi qədər bu peşəni icra edənin də güvəndə olmasıdır. Seks işçiliyi leqal deyil deyə ildə yüzlərlə qadın və ya transqadın ( LGBT fərdləri ) döyülür, söyülür, hətta öldürülür. Çox zaman isə onlara təcavüz olunur, pulları verilmir, aşağılanırlar. Lakin onlar polisə müraciət edə bilmirlər. Doğrudur, Azərbaycanda qaydalar seks işçilərinə görə daha yumuşaqdır ( 100 azn cərimə ) , lakin bu qadınlar yenə də polisə gedib dərdini danışmaqdan qorxurlar. Çünki hamının onlara fərqli gözlə baxdığını və polislərin onları aşağılaya biləcəyini düşünürlər... Lakin onların işi leqallaşsa, hər 3 aydan bir sağlamlıq yoxlanışından keçsələr, bilgiləndirilsələr, vergi ödəsələr, digər peşə sahiblərilə eyni haqqa sahib olacaqlar. Vergi ödədikləri üçün də həm dövlətə güvənə, həm də qarşılıqlı kömək ala biləcəklər.

Hətta seks işçiliyinin leqal olduğu ölkələrdə belə bu məsələ tam aydınlığını tapmamışdır. Hər zaman seks işçilərinə zərər yetirilə bilir. Buna görə də seks işilərinə qarşı aqressiv olan Azərbaycan toplumunda mövcud vəziyyəti nəzərə alaraq, belə qanun və leqallaşmanın nə qədər mümkün olub – olmaması sual altındadır. Hər il yüzlərlə seks işçisi atasının kim olduğunu belə bilmədiyi uşaqları dünyaya gətirir. Bu hal bu peşədə maarifləndirilmənin, prezervativdən istifadə qaydalarının öyrədilməsi gərəkdiyinin vacibatlığını doğrulayır. Seks işçiləri çox hallarda bir kişi tərəfindən istismar edilir. Belə ki, cəmiyyətdə özünə yer tapa bilməyən və “mən əxıaqsızam, kimsə məni istəməz” -, deyə düşünən seks işçisi ona ilk nəvaziş göstərən oğlanın “qollarına yıxılır”. Qadının zəif tərəfini tapan kişi isə onu həm fiziki və psixoloji, həm də maddi istismar edir... Qadın isə qorxusundan səs çıxarmır. Bu kişilər bir növ onların “paparoza”sına çevrilir. Lakin soruşsanız, belə kişilər qeyrətin, insan haqlarının vacibliyindən sizə dastan söyləyərlər və “paparoza” olduqlarını heç zaman qəbul etməzlər... Müsahibim Seva ( ad şərtidir) qeyd edir ki, onun “sevgilisi” müştəriləri tapır, pulun yüksək faizini mənimsəyir. Bu da yetməzmiş kimi gecələr , yəni Seva müştəridən evə gəldikdən sonra onu döyür. Səbəbi isə Sevanı “qısqanmasıdır”..... Seva isə canını ondan qurtara bilmir. Çünki oğlanı tərk edərsə, öldürülməkdən qorxur. Yəni Seva bir növ seks işçiliyinə məcbur edilir.... Başqa şansı yoxdur, ya da o elə düşünür....

Əgər ölkədə bu iş leqallaşsaydı, Seva və sevakimilər hüquqi yardımla bərabər, heç kimdən çəkinmədən psixoloji yardım da ala bilərdilər... Və kim bilir, bəlkə çoxu başqa sahələrə yönələrdi...

Bu və bunun qədər yaza biləcəyim digər faktlara baxmayaraq gözəl xalqımız belə bir leqallaşmanın olmasını istəməz. Bu hal mənə Gi de Mopassanın “ Gombul” əsərini xatırladır. Əsərdəki seks işçisi fransızdır və dolu bir xanım olduğu üçün ləqəbi “ Gombul”dur. Gombul vətənpərvər, insansevərdir. Əsərdə öz həmvətənlərini qorumaq üçün alman zabitiylə cinsi əlaqəyə girir, öz həmvətənləriylə yeməyini bölür. Lakin əsərin sonunda həmin kömək etdiyi, çörəyini bölüb, həyatını xilas etdiyi insanlar ona yenə yuxarıdan – aşağı, “kirlənmiş” kimi baxırlar, hətta yeməklərini də onunla bölmürlər. Bu hekayə mənə indiki Azərbaycanı xatırladır. Seks işçilərimiz turizmə töhvə verir, insanlara pul qazanmaq üçün imkan yaradırlar... amma ən kiçik haqları belə tanınmır. Onlar hər zaman cadugərlər kimi ağaca bağlanıb yandırılmaq qorxusuyla üzbəüzdürlər... İstər öz həmcinsləri, istərsə də yanına gələn kişilər tərəfindən...

Aysel Ələkbərzadə

“ Gombul” seks işçiləri.... Aysel Ələkbərzadə – Aysel Ələkbərzadə – “ Gombul” seks işçiləri.... Oteldə boğulan psixologiya... Aysel Ələkbərzadə – Aysel Ələkbərzadə – Oteldə boğulan psixologiya... Azadlığım və sevgililərim...  – Aysel ƏləkbərzadəAzadlığım və sevgililərim... – Aysel Ələkbərzadə Sən demə Tac yox, qorxu öldürürmüş Laləzər Abbasova - Laləzər Abbasova - Sən demə Tac yox, qorxu öldürürmüş Sadiq Xəyanətkarlar...  –  Aysel ƏləkbərzadəSadiq Xəyanətkarlar... – Aysel Ələkbərzadə Şizofrendən gələn məktub...  - Aysel Ələkbərzadə yazır...Şizofrendən gələn məktub... - Aysel Ələkbərzadə yazır... Gəlin, Nizamini Afətlərdən qoruyaq!  Xəyalə Rəis - Xəyalə Rəis - Gəlin, Nizamini Afətlərdən qoruyaq!  Bakıdan kənarda həyat  - Alisa Poliker Abelson yazır... Bakıdan kənarda həyat - Alisa Poliker Abelson yazır... Tarix yazan igidlərimizlə Göyçay gənclərinin görüşü - Ekskuliziv Tarix yazan igidlərimizlə Göyçay gənclərinin görüşü- Ekskuliziv İnsanlara verilən ləqəblər...  - Aysel Hacızadə yazırİnsanlara verilən ləqəblər... - Aysel Hacızadə yazır Şəhid Fərid Nadirov  - Qısa məlumatŞəhid Fərid Nadirov - Qısa məlumat Taryel Abdullayev yazır...  - Əxlaq insan öldürür...Taryel Abdullayev yazır... - Əxlaq insan öldürür...