“Fransanın Dağlıq Qarabağın müstəqilliyini birtərəfli qaydada tanıması heç kimin xeyrinə olmazdı”.
“Avtoxeber.az” “TASS”a istinadən bildirir ki, bu sözləri Fransa Xarici İşlər Nazirliyinin Dövlət Katibi Jan-Batist Lemuan deyib.
“Bu, nə Ermənistanın, nə Dağlıq Qarabağın, nə Fransanın, nə Avropa tərəfdaşlarının, nə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin maraqlarına uyğun deyil”, - deyə siyasətçi qeyd edib. Onun sözlərinə görə, bu, “Fransa hökumətinin siyasəti deyil, Ermənistanın siyasəti deyil, tərəfdaş siyasəti deyil”.
O xatırladıb ki, heç bir dövlət, o cümlədən Ermənistan Dağlıq Qarabağın “müstəqilliyini” tanımayıb. “Fransa yalnız tərəflərin hər birinin ona güvəndiyi zaman vasitəçilik edə bilər. Bu məsələyə belə bir addımın bütün nəticələrini dərk edərək həqiqət və məsuliyyət ruhunda yanaşmaq lazımdır. Qarabağ problemi birtərəfli jest nəticəsində deyil, yalnız tərəflərin dialoqu nəticəsində öz həllini tapa bilər”, - deyə Lemuan vurğulayıb.
“Bu gün tərəflər heç vaxt olmadığı kimi bu dialoqu davam etdirmək üçün Minsk Qrupu həmsədrlərinin dəstəyinə ehtiyac duyurlar”, - deyə diplomat əlavə edib.
Xatırladaq ki, ötən gün Fransa Senatı səs çoxluğu ilə hökumətdən qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərar qəbul edib. Qərar tövsiyə xarakteri daşıyır.
“Azərbaycana axan çayları zəhərləmək, Sərsəng su anbarını partlatmaq lazımdır” - Erməni politoloq
İqbal Ağazadə: Böyük uğur olsa da, aydın olmayan müddəalar var
Zahid Orucdan şok: Bu istiqamətdə hücum etsək… - VİDEO
Naxçıvana "erməni ərazisi" dedi, Əliyev cavabını verdi
“Türkiyə bu plana razı olmayacaq” – Şok Qarabağda Xəyanət iddiası
Azərbaycanda 63 yaşlı qadın ana oldu - adını ZƏFƏR qoydular
Paşinyan Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gətirilməsinə razılıq verdi - SON DƏQİQƏ!
Azərbaycan-Rusiya ilə “Qafqaz-2020” birgə təlimlərindən imtina edib- RƏSMİ
Rusiya XİN Dağlıq Qarabağla bağlı bəyanat yayıb - SON DƏQİQƏ
Konqres Rusiyaya qarşı sanksiya tətbiq edilməsini istəyir - SON DƏQİQƏ
Prezident Elşad Mirbəşirə yeni vəzifə verdi - FOTO
İlham Əliyev generalı təltif etdi - FOTO - SƏRƏNCAM
Rusiya Türkiyəyə dəstək üçün gəmilərini göndərir?
Nikol Paşinyan Tavuşda: "Qalib gəlmiş xalq, qalib kimi yaşamalıdır" - FOTOLAR
XİN: “Dağlıq Qarabağla bağlı Rusiyanın fəal roluna ümid bəsləyirik”
Sabiq millət vəkili naziri dövlətə xəyanətdə İttiham etdi
İrəvanın işğal planı: Bakı ağır zərbə vuracaq? - Polkovnik
Rusiya xarici işlər naziri Lavrov Azərbaycana bu təkliflə gəlib - İddia
ABŞ Qarabağda humanitar atəşkəs elan etdi-səhər saat 08.00-dan (FOTO)
Fransa Prezidenti Emmanuel Makron İlham Əliyevə zəng edib