MediaXeber.az

XİN: Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoyulmalıdır

32 Baxış
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoyulmalıdır XİN:

"10 noyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında bütün hərbi fəaliyyətlərin dayandırılmasını özündə ehtiva edən birgə bəyanatın imzalanmasından sonra Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq insan hüquqlarının əsas prinsiplərinə zidd olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində hərbi xidmət üçün göndərilməsi hallarına rast gəlinir".

Mediaxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə göndərilməsi halları ilə bağlı yaydığı məlumatda bildirilir.

Qeyd olunub ki, Ermənistanda fəaliyyət göstərən beynəlxalq media agentliklərinin məlumatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin aldadılaraq və ya zorla məcbur edilərək Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hərbi fəaliyyətlərə cəlb edildiyi, bunun həm hərbçilərin həm də onların ailələrinin etirazına səbəb olduğu bildirilir: "Məlumatlarda hərbçilərin valideynlərinin açıq şəkildə öz övladlarını Azərbaycan ərazisində hərbi xidmətə cəlb olunmasına etiraz etdikləri, Ermənistan hərbçilərinin “Laçın dəhlizi”ndən gizli şəkildə keçirilərək Azərbaycan Respublikasının ərazilərinə zorla yerləşdirilməklə onların həyatlarının risk altına qoyulduğu, onların işgəncə və qeyri-insani rəftara məruz qaldıqları öz əksini tapır".

XİN bu xüsusda bildirir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycanın razılığı olmadan hər hansı bir formada yerləşdirilməsi beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığının, eləcə də Ermənistanın özünün də tərəfdar çıxdığı digər beynəlxalq sənədlərin müddəalarınının açıq şəkildə pozuntusudur:

"Ermənistan hərbçilərinin hazırda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi Azərbaycan Respublikasının ərazilərinə qanunsuz şəkildə göndərilməsi eyni zamanda, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr tarixli birgə bəyanatının kobud şəkildə pozuntusudur.

Xatırladırıq ki, 10 noyabr birgə bəyanatı Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan Respublikasının ərazilərinə yerləşdirilməsinə paralel olaraq

Ermənistan silahlı qüvvələrinin həmin ərazilərdən çıxarılmasını nəzərdə tutur. Həmçinin bəyanatda “Laçın dəhlizi” üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verilir. Bu dəhlizinin hərbi məqsədlər üçün istifadə olunması, xüsusilə gizli şəkildə, mülki formada və mülki nəqliyyat vasitələrində gizlədilməklə şəxsi heyətin ərazilərimizə yeridilməsi “Laçın dəhlizi” üzrə hərəkət rejiminin kobud şəkildə pozuntusudur. Bu, sülhməramlı kontingentin nəzarət mexanizmlərinin pozulması olmaqla, kontingentin bölgədə vəziyyətin sabitləşdirilməsi səylərinə zərbə vurur".

Məlumatda vurğulanır ki, Ermənistanın bu addımları həmin bəyanatla regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması, sülh və sabitliyin təmin edilməsini nəzərdə tutan tədbirləri ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir:

"Qeyd etmək istərdik ki, məhz Ermənistan tərəfindən öz silahlı qüvvələrini üçtərəfli bəyanatın qüvvəyə minməsindən sonra ötən ilin noyabr ayının sonlarında qanunsuz şəkildə Azərbaycan ərazisində yerləşdirməsi bölgədə hərbi gərginliyə səbəb olmuşdur. Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı hücumlar təşkil edən Ermənistanın diversiya qrupu anti-terror əməliyyatı nəticəsində zərərsizləşdirilmiş, 62 nəfərdən ibarət qrup saxlanılaraq Azərbaycanın istintaq orqanlarına təhvil verilmişdir. Silahlı şəxslərin qanunsuz şəkildə Azərbaycan Respublikasının ərazilərinə daxil olması onların mənsub olduğu ölkə üçün beynəlxalq hüquqi məsuliyyət doğurmaqla yanaşı, həmin şəxslər üçün Azərbaycan Respublikasının milli qanunvericiliyinə uyğun olaraq fərdi cinayət məsuliyyəti yaradır.

Ermənistan hərbçilərinin digər ölkənin - Azərbaycan Respublikasının ərazilərində qanunsuz hərbi məqsədlər üçün istifadəyə, xüsusilə aldatma və zorla məcbur etmə vasitəsilə cəlb edilməsi, həm də beynəlxalq insan hüquqları hüququnun, habelə Ermənistanın da üzv olduğu Avropa Şurası və ATƏT kimi regional təşkilatlar çərçivəsində qəbul edilmiş müvafiq sənədlərdə təsbit edilmiş müddəaların ciddi şəkildə pozulmasıdır.

Azərbaycan tərəfi Ermənistandan özünün silahlı qüvvələrini qanunsuz şəkildə Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb edir və beynəlxalq ictimaiyyəti Ermənistanın bu cür təxribatçı hərəkət və fəaliyyətlərə son qoyması üçün zəruri tədbirlər görməyə çağırır.

Eyni zamanda, insan hüquqlarının müdafiəsi mandatı olan təşkilatların Ermənistanın öz silahlı qüvvələrinin nümayəndələrinin insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, onların həyat və sağlamlıqlarını legitim müdafiə ehtiyacı olmadan təhlükə altında qoyan bu hərəkətlərini qətiyyətlə pisləməsi və bu ölkəni qeyd edilən fəaliyyətlərdən çəkindirmək üçün tədbirlər görməsi vacibdir.

Azərbaycan tərəfi bir daha bəyan edir ki, bölgədə sülh və sabitliyin, rifah və dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün Ermənistan beynəlxalq hüquqdan, eləcə də 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanmış birgə bəyanatlardan irəli gələn bütün öhdəliklərinin tam şəkildə və vicdanla icra edilməsinin alternativi yoxdur", - deyə Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur .

“Azərbaycana axan çayları zəhərləmək, Sərsəng su anbarını partlatmaq lazımdır” -  Erməni politoloq“Azərbaycana axan çayları zəhərləmək, Sərsəng su anbarını partlatmaq lazımdır” - Erməni politoloq Böyük uğur olsa da, aydın olmayan müddəalar var İqbal Ağazadə: İqbal Ağazadə: Böyük uğur olsa da, aydın olmayan müddəalar var Zahid Orucdan şok: Bu istiqamətdə hücum etsək… -  VİDEOZahid Orucdan şok: Bu istiqamətdə hücum etsək… - VİDEO Naxçıvana "erməni ərazisi" dedi, Əliyev cavabını verdi Naxçıvana "erməni ərazisi" dedi, Əliyev cavabını verdi “Türkiyə bu plana razı olmayacaq”   – Şok Qarabağda Xəyanət iddiası“Türkiyə bu plana razı olmayacaq” – Şok Qarabağda Xəyanət iddiası Azərbaycanda 63 yaşlı qadın ana oldu  - adını ZƏFƏR qoydularAzərbaycanda 63 yaşlı qadın ana oldu - adını ZƏFƏR qoydular Paşinyan Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gətirilməsinə  razılıq verdi - SON DƏQİQƏ!Paşinyan Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gətirilməsinə razılıq verdi - SON DƏQİQƏ! Azərbaycan-Rusiya ilə “Qafqaz-2020” birgə təlimlərindən  imtina edib- RƏSMİAzərbaycan-Rusiya ilə “Qafqaz-2020” birgə təlimlərindən imtina edib- RƏSMİ Rusiya XİN Dağlıq Qarabağla bağlı bəyanat yayıb  - SON DƏQİQƏRusiya XİN Dağlıq Qarabağla bağlı bəyanat yayıb - SON DƏQİQƏ Konqres Rusiyaya qarşı sanksiya tətbiq edilməsini istəyir  - SON DƏQİQƏKonqres Rusiyaya qarşı sanksiya tətbiq edilməsini istəyir - SON DƏQİQƏ Prezident Elşad Mirbəşirə yeni vəzifə verdi -  FOTOPrezident Elşad Mirbəşirə yeni vəzifə verdi - FOTO İlham Əliyev generalı təltif etdi  - FOTO - SƏRƏNCAMİlham Əliyev generalı təltif etdi - FOTO - SƏRƏNCAM Rusiya Türkiyəyə dəstək üçün gəmilərini göndərir? Rusiya Türkiyəyə dəstək üçün gəmilərini göndərir? Nikol Paşinyan Tavuşda: "Qalib gəlmiş xalq, qalib kimi yaşamalıdır"   - FOTOLARNikol Paşinyan Tavuşda: "Qalib gəlmiş xalq, qalib kimi yaşamalıdır" - FOTOLAR XİN: “Dağlıq Qarabağla bağlı Rusiyanın fəal roluna ümid bəsləyirik” XİN: “Dağlıq Qarabağla bağlı Rusiyanın fəal roluna ümid bəsləyirik” Sabiq millət vəkili naziri dövlətə xəyanətdə   İttiham etdi Sabiq millət vəkili naziri dövlətə xəyanətdə İttiham etdi Rusiya xarici işlər naziri Lavrov Azərbaycana bu təkliflə gəlib  - İddiaRusiya xarici işlər naziri Lavrov Azərbaycana bu təkliflə gəlib - İddia İrəvanın işğal planı: Bakı ağır zərbə vuracaq?   - Polkovnikİrəvanın işğal planı: Bakı ağır zərbə vuracaq? - Polkovnik ABŞ Qarabağda humanitar atəşkəs elan etdi- səhər saat 08.00-dan (FOTO)ABŞ Qarabağda humanitar atəşkəs elan etdi-səhər saat 08.00-dan (FOTO) Fransa Prezidenti Emmanuel Makron   İlham Əliyevə zəng edibFransa Prezidenti Emmanuel Makron İlham Əliyevə zəng edib