MediaXeber.az

Ermənilər 286 kitabxana, 237 mədəniyyət evi, 19 muzeyi tamamilə dağıdıblar - RƏSMİ

43 Baxış
Ermənilər 286 kitabxana, 237 mədəniyyət evi, 19 muzeyi tamamilə dağıdıblar  - RƏSMİ

“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri tərəfindən tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə abidələrin və mədəniyyət müəssələrinin monitorinqlərinə başlanılıb.

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, indiyədək aparılmış monitorinqlər zamanı dövlət qeydiyyatında olan 312 tarix- mədəniyyət abidəsinin monitorinqi həyata keçirilib. Bundan əlavə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 106 obyekt (yeni aşkar olunmuş abidə) aşkar edilib.

Həmçinin aparılan monitorinqlər zamanı 571 mədəniyyət müəssisəsi aşkar edilib ki, onlardan 286-sı kitabxana, 237-si mədəniyyət evi və klub müəssisəsi, 19-u muzey, 24-ü uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereyadır. Müəssisələrin hamısı, demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir.

Beynəlxalq təşkilatların, o cümlədən BMT-nin ixtisaslaşmış müəssisələrinin son 30 ildə həyata keçirməli olduğu faktaraşdırıcı missiyalar təşkil edilmədiyinə görə inventarlaşdırma prosesi boşluğu doldurmalı olub. Hazırkı monitorinq Ermənistan Respublikasının 30 illik işğalı nəticəsində tarix-mədəniyyət abidələrinə qarşı törətdiyi qanunsuz hərəkətləri həmin ərazilərin hansı vəziyyətdə təhvil alındığını müəyyənləşdirməyə imkan verib.

Təəssüflə qeyd etməliyik ki, işğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılıb, eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli mənəvi dəyərləri təhqir edilib.

Burada, Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Horadiz kəndindəki iki məscid, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri xüsusilə qeyd olunmalıdır.

Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbə tamamilə məhv edilib.

Ağdam şəhərində yerləşən Pənahəli xanın (XIX əsr) və Mehdiqulu xanın türbələrinin dağıntılara məruz qoyulduğu, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan vurulduğu müəyyən olunub. İbrahimxəlil xanın türbəsi (XIX əsr) isə tamamilə dağıdılıb.

Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olub. Ermənistan Respublikası xalqımıza məxsus məscidlərin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. İşğal olunmuş ərazilərdə yerləşən zəngin mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik, unikal abidələrə bu cür münasibət dünya irsinə qarşı yönəlmiş təhdiddir.

Dini ibadət yerlərinin dağıdılması və donuzların saxlanıldığı yer kimi istifadə olunması erməni vandalizminin bariz nümunəsidir və bu abidələrin timsalında dünya və ölkəmizin mədəni irsinə münasibət beynəlxalq təşkilatlar, xarici dövlətlərin qınağına səbəb olmalıdır. Bu hal Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir.

Təcavüzkar Ermənistan rəhbərliyinin təşkilatçılığı ilə Xocavənd rayonunda yerləşən Azıx mağarası, Ağdam rayonunda yerləşən Şahbulaq qəsrinin yaxınlığında xarici ölkələrdən olan mütəxəssislərin də daxil edildiyi saxta arxeoloji ekspedisiyalar tərəfindən qanunsuz qazıntı işləri təşkil olunub. Eyni zamanda Ermənistan tərəfi daha bir təxribata əl ataraq Şuşa şəhərindəki Yuxarı Gövhər ağa məscidində “bərpa” işləri adı altında abidənin tarixini saxtalaşdırmaqla məşğul olmuş, xalqımıza məxsus bu tarixi tikilinin fars məscidi olmasını iddia edib. Məqsəd isə iki qonşu və dost xalqı bir-birinə qarşı qoymaq idi.

Ermənistan tərəfinin vandalizmi yalnız müsəlman tarixi dini-memarlıq abidələrinə deyil, həmçinin xristian tarixi-dini abidələrinə münasibətdə də özünü göstərib. Belə ki, Kəlbəcər rayonunda yerləşən Xudavəng və Gəncəsər monastırları da daxil olmaqla Qafqaz Albaniyasına aid bir çox məbədlər mənimsənilərək vandalizmə məruz qalıb. Xudavəng monastırına aid Arzu xatun kilsəsinin şərq divarındakı, Xudavəng monastırının incisi hesab olunan freska xüsusi üsullarla kəsilərək götürülüb. Gəncəsər monastırında aparılmış qanunsuz təmir işləri nəticəsində onun əzəli görkəminə zərər dəyib.

Ermənistan Respublikası tərəfindən memarlıq və arxeoloji abidələrlə yanaşı bağ-park, monumental və xatirə abidələri də dağıdılıb. Belə ki, Qubadlı, Füzuli və Ağdam şəhərlərində vaxtilə yerləşmiş 1941-1945-ci il müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidələri tamamilə məhv edilib. Füzuli şəhərində Məhəmməd Füzulinin heykəli, Laçın rayonunun Güləbird kəndində Sarı Aşığın xatirə muzeyi, Molla Pənah Vaqifin Şuşa şəhərində yerləşən büstü, şairə Natəvanın Ağdam şəhərində yerləşən qəbirüstü abidəsi dağıdılıb.

Ermənistan tərəfinin mədəniyyət obyektlərinə qarşı bu cür vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"nın, "Arxeoloji irsin qorunması haqqında" Avropa Konvensiyasının, “Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya”nın müddəalarını kobud şəkildə pozub.

Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına məxsus tarix və mədəniyyət abidələrinin dağıdılması, mənimsənilməsi və öz tarixi təyinatına uyğun olmayan şəkildə istifadəsinə görə məsuliyyətə cəlb olunacağına və layiqli cəzalarını alacaqlarına tam əminik.

Hüseyn Zaura əsəbiləşib, efiri tərk etdi  - VİDEOHüseyn Zaura əsəbiləşib, efiri tərk etdi - VİDEO Gülayla Kamil gizli boşandı - FOTOSƏNƏD -  EKSKLÜZİVGülayla Kamil gizli boşandı - FOTOSƏNƏD - EKSKLÜZİV Huseyn yenidən Zaurun verilişinə qayıtdı  - VİDEOHuseyn yenidən Zaurun verilişinə qayıtdı - VİDEO Əli Mirəliyevin ölüm   xəbəri yayıldıƏli Mirəliyevin ölüm xəbəri yayıldı Düşmən texnikalari məhv edildi -  Son dəqiqə - VideoDüşmən texnikalari məhv edildi - Son dəqiqə - Video Əməkdar artist də əsgər oldu - Ağdamda xidmət edir -  FOTOƏməkdar artist də əsgər oldu - Ağdamda xidmət edir - FOTO Məşhur ifaçıda xərçəng aşkarlandı -  FOTOMəşhur ifaçıda xərçəng aşkarlandı - FOTO Bu da aşıq Zülfiyyənin Tovuzdakı DƏBDƏBƏLİ EVİ - VİDEO Bu da aşıq Zülfiyyənin Tovuzdakı DƏBDƏBƏLİ EVİ - VİDEO Lalə Azərtaş ATV-dən gözyaşları ilə ayrıldı   - FOTO Lalə Azərtaş ATV-dən gözyaşları ilə ayrıldı - FOTO Mətanət İsgəndərli Diana Əhədpurun Bodrumdakı villasında  - VİDEOMətanət İsgəndərli Diana Əhədpurun Bodrumdakı villasında - VİDEO Rəqqasə Fatimə başını bağladı -  FOTOLARRəqqasə Fatimə başını bağladı - FOTOLAR Nura Suri 18+ fotoları ilə diqqət çəkdi -  FOTONura Suri 18+ fotoları ilə diqqət çəkdi - FOTO  51 yaşlı Cenifer Lopezin təəccübləndirən  FOTOSU 51 yaşlı Cenifer Lopezin təəccübləndirən FOTOSU Jerar Depardye dini məzhəbini dəyişdi Jerar Depardye dini məzhəbini dəyişdi Məşhur müğənni xəstəxanaya yerləşdirildi Məşhur müğənni xəstəxanaya yerləşdirildi Rihanna DÖYÜLDÜ - VƏZİYYƏTİ...  - FOTO Rihanna DÖYÜLDÜ - VƏZİYYƏTİ... - FOTO Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərdə arxeloji qazıntıların aparılması ilə bağlı  cinayət işi başlanıbErmənistan tərəfindən işğaldan azad edilmiş ərazilərdə arxeloji qazıntıların aparılması ilə bağlı cinayət işi başlanıb Prezident İlham Əliyev  "Dostluq” ordeni ilə təltif etdiPrezident İlham Əliyev "Dostluq” ordeni ilə təltif etdi Afət Fərmanqızı: “Nəsimidən oxudum, maşın aldım, Nizamidən də oxuyub təyyarə alacam” - VİDEO Afət Fərmanqızı: “Nəsimidən oxudum, maşın aldım, Nizamidən də oxuyub təyyarə alacam” - VİDEO 1 stəkan su içib, 2 milyon alacaq 1 stəkan su içib, 2 milyon alacaq