MediaXeber.az

Erməni jurnalistin sualına Əliyevin tarixi cavabı

186 Baxış
Erməni jurnalistin sualına Əliyevin tarixi   cavabı

1999-cu il iyulun 1-də Bakıda Cenevrə Demokratiya Quruculuğu İnstitutunun “Medianın dəstəklənməsi” layihəsi çərçivəsində beynəlxalq konfrans keçirilir. İyulun 2-də konfransda iştirak edən Gürcüstan və Ermənistandan olan jurnalistlər ulu öndər Heydər Əliyev tərəfindən Prezident Sarayında qəbul edilirlər.

Mediaxeber.az qəbul zamanı Ermənistandan olan jurnalist Aris Kazinyanın sualına ümummilli lider Heydər Əliyevin tarixi cavabını Teleqraf.com-a istinadən təqdim edir:

Aris Kazinyan (Ermənistan): Cənab Prezident, rəsmi Bakının Ermənistan Respublikası barədə qavrayışının nədən ibarət olduğunu bilmək istərdim. Mən burada eşitdim və gördüm, praktik olaraq sizin müşaviriniz – hörmətli cənab Quluzadə (xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri Vəfa Quluzadə nəzərdə tutulur -red.) də erməni milli şüurunun Moskvanın təsiri altında formalaşdığını qeyd etdi. Bilmək istərdim, rəsmi Bakı Ermənistanı Rusiyanın Qafqazdakı marioneti hesab edirmi?

Heydər Əliyev: Bilirsinizmi, siz çox kəskin ifadələr işlədirsiniz. Nə eşitmisinizsə, onu eşitmisiz. Burada nəsə bir şey deyə bilmərəm, özümə rəva görmürəm. Ancaq fakt faktlığında qalır. Ermənistanda Rusiyanın silahlı qüvvələri, hərbi bazası yerləşir. Ermənistanda sərhəd xidməti əsasən rus sərhədçiləri tərəfindən, lakin təbii olaraq ermənilərin iştirakı ilə həyata keçirilir. Bu fakt öz-özlüyündə ölkənin suverenliyinin hansısa dərəcədə pozulduğunu göstərir. Əlbəttə, bu ölkənin öz işidir – buna icazə verə də bilər, verməyə də bilər. Məsələn, Moskvada bəzi səslər deyir ki, görürsünüzmü, Ermənistan Zaqafqaziyada bizim yeganə dayağımız və müttəfiqimizdir. Bizi, əlbəttə, məsələn, bəzən kiminsə bunun bir xristian ölkəsi olduğunu söyləməsi də incidir. Başa düşün, XX əsrin sonunda ölkələri inanclara görə bölmək, sadəcə cinayətdir. Təəssüf ki, biz Rusiyada belə səslər eşidirik. Bəs Ermənistan xristian ölkəsidir. Üstəlik bunu yüksək səviyyəli insanlar bəyan edir. Xalq xristianlığa etiqad edir. Düzdür, Azərbaycanda xalq İslama etiqad edir. Ancaq bunu biz yaratmadıq. Bizim əcdadlarımız hələ çox-çox əsrlər əvvəl bu dini qəbul ediblər. Və buna görə biz mütləq bir-birimizlə düşmənçilik etməli, inamsızlıqla davranmalı və ya hesab etməliyik ki, görürsünüz, Moskva Ermənistanı xristian ölkəsi adlandırır, Azərbaycan isə müsəlman ölkəsidir?

Buna görə də düşünürəm ki, fakt üzdədir. Ermənistan öz ərazisini həm S-300 raketləri, həm də MİQ-29 təyyarələri üçün təqdim etdi. O zaman ki, biz Zaqafqaziyada sülh əldə etmək, silahsızlaşdırmaya getmək istəyirik, Ermənistanın isə silahlandırılması gedir. Yeri gəlmişkən, mən Rusiya rəhbərlərindən soruşdum: Bu sizin nəyinizə lazımdır? Mən Rusiya Prezidentindən, digər insanlardan açıq şəkildə soruşdum: Nəyinizə lazımdır?

Əvvəlcə onlar bu sualdan yayındılar, sonra isə bunun NATO-ya qarşı olduğunu söyləməyə başladılar. Mən güldüm. Axı NATO Qərbdədir. Ermənistan ərazisindən NATO-ya qarşı nə etmək olar? Əgər Rusiya Ermənistanın – Rusiya bazasının NATO-ya qarşı olduğunu hesab edirsə, onda bunun nə olduğunu özünüz qiymətləndirin. Mənə də belə bildirildi. Buna görə də heç bir qiymətləndirmə vermək istəmirəm, sadəcə faktı deyirəm. Hər kəs nəticə çıxarmalıdır.

Jurnalist: Ancaq Türkiyə NATO üzvüdür.

Heydər Əliyev: Bilirsinizmi, bu mövzuda söhbəti inkişaf etdirmək istəmirəm. Rusiyanın Ermənistan ərazisi vasitəsilə özünü Türkiyə üzərindən NATO-dan müdafiə etməsi də gülüncdür. Bu, çox gülməlidir.

Rusiya Qara dəniz üzərindən Türkiyə ilə böyük sərhədə malikdir. Və Rusiyanın malik olduğu müasir silah növləri ilə NATO üzvü olaraq Türkiyəni atəşə tutmaq heç də çətin deyil. Əgər onların raketləri Amerika Birləşmiş Ştatlarına çatırsa, Türkiyəyə çatmaz? Ona görə də bu məntiqsizdir. Yenə təkrar edirəm, mən sadəcə faktı söyləyirəm və heç bir qiymətləndirmə aparmıram.

“Azərbaycana axan çayları zəhərləmək, Sərsəng su anbarını partlatmaq lazımdır” -  Erməni politoloq“Azərbaycana axan çayları zəhərləmək, Sərsəng su anbarını partlatmaq lazımdır” - Erməni politoloq Böyük uğur olsa da, aydın olmayan müddəalar var İqbal Ağazadə: İqbal Ağazadə: Böyük uğur olsa da, aydın olmayan müddəalar var Zahid Orucdan şok: Bu istiqamətdə hücum etsək… -  VİDEOZahid Orucdan şok: Bu istiqamətdə hücum etsək… - VİDEO Naxçıvana "erməni ərazisi" dedi, Əliyev cavabını verdi Naxçıvana "erməni ərazisi" dedi, Əliyev cavabını verdi “Türkiyə bu plana razı olmayacaq”   – Şok Qarabağda Xəyanət iddiası“Türkiyə bu plana razı olmayacaq” – Şok Qarabağda Xəyanət iddiası Azərbaycanda 63 yaşlı qadın ana oldu  - adını ZƏFƏR qoydularAzərbaycanda 63 yaşlı qadın ana oldu - adını ZƏFƏR qoydular Paşinyan Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gətirilməsinə  razılıq verdi - SON DƏQİQƏ!Paşinyan Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gətirilməsinə razılıq verdi - SON DƏQİQƏ! Azərbaycan-Rusiya ilə “Qafqaz-2020” birgə təlimlərindən  imtina edib- RƏSMİAzərbaycan-Rusiya ilə “Qafqaz-2020” birgə təlimlərindən imtina edib- RƏSMİ Rusiya XİN Dağlıq Qarabağla bağlı bəyanat yayıb  - SON DƏQİQƏRusiya XİN Dağlıq Qarabağla bağlı bəyanat yayıb - SON DƏQİQƏ Konqres Rusiyaya qarşı sanksiya tətbiq edilməsini istəyir  - SON DƏQİQƏKonqres Rusiyaya qarşı sanksiya tətbiq edilməsini istəyir - SON DƏQİQƏ Prezident Elşad Mirbəşirə yeni vəzifə verdi -  FOTOPrezident Elşad Mirbəşirə yeni vəzifə verdi - FOTO İlham Əliyev generalı təltif etdi  - FOTO - SƏRƏNCAMİlham Əliyev generalı təltif etdi - FOTO - SƏRƏNCAM Rusiya Türkiyəyə dəstək üçün gəmilərini göndərir? Rusiya Türkiyəyə dəstək üçün gəmilərini göndərir? Nikol Paşinyan Tavuşda: "Qalib gəlmiş xalq, qalib kimi yaşamalıdır"   - FOTOLARNikol Paşinyan Tavuşda: "Qalib gəlmiş xalq, qalib kimi yaşamalıdır" - FOTOLAR XİN: “Dağlıq Qarabağla bağlı Rusiyanın fəal roluna ümid bəsləyirik” XİN: “Dağlıq Qarabağla bağlı Rusiyanın fəal roluna ümid bəsləyirik” Sabiq millət vəkili naziri dövlətə xəyanətdə   İttiham etdi Sabiq millət vəkili naziri dövlətə xəyanətdə İttiham etdi Rusiya xarici işlər naziri Lavrov Azərbaycana bu təkliflə gəlib  - İddiaRusiya xarici işlər naziri Lavrov Azərbaycana bu təkliflə gəlib - İddia İrəvanın işğal planı: Bakı ağır zərbə vuracaq?   - Polkovnikİrəvanın işğal planı: Bakı ağır zərbə vuracaq? - Polkovnik ABŞ Qarabağda humanitar atəşkəs elan etdi- səhər saat 08.00-dan (FOTO)ABŞ Qarabağda humanitar atəşkəs elan etdi-səhər saat 08.00-dan (FOTO) Fransa Prezidenti Emmanuel Makron   İlham Əliyevə zəng edibFransa Prezidenti Emmanuel Makron İlham Əliyevə zəng edib