Koronavirusdan sonra reabilitasiya davamlı olmalıdır, bədənin tam bərpası isə azı iki-üç ay çəkməlidir.
Avtoxeber.az xəbər verir ki, bu barədə Lenta.ru-ya Rusiyanın “Sber Zdorovye” xidmətinin tibbi direktoru Vladislav Məhəmməd Əli bildirib.
Onun sözlərinə görə, xəstəliyi xüsusən orta və ağır formada keçirən pasiyentlərin reabilitasiyaya daha çox ehtiyacı var.
“İnsanda xroniki ağciyər xəstəliyi və ya bədənin digər fərdi xüsusiyyətləri varsa, reabilitasiya bir il və ya daha çox vaxt ala bilər”, - deyə o, əlavə edib.
Həkim, həmçinin, infeksiyadan sonra sağlamlığı bərpa etmək barədə tövsiyələrini verib.
O, hər şeydən əvvəl pasiyenti öz həkiminin tövsiyələrinə riayət etməyi məsləhət görüb:
“Bundan əlavə, bərpa prosesi zamanı gündəlik fəaliyyətə qayıdılmalıdır, ancaq bu, tədricən baş verməlidir. Ağır xəstəlikdən sonra enerjinin səviyyəsi azalır və bəzi işlər əvvəl lazım olduğundan artıq güc tələb edir”.
V.M.Əli azı 7-8 saatlıq yuxu rejiminin tənzimlənməsinin vacibliyini də vurğulayıb.
“Xəstəlikdən sağalanlar psixoloji reabilitasiyaya da diqqət yetirməlidirlər - bunun üçün yaxınlarından və peşəkar psixoloji yardımdan kömək istəyə bilərlər”, - deyə o əlavə edib.
Həkim eyni zamanda balanslı qidalanma məsləhət görüb: rasionda asanlıqla həzm olunan zülal, daha çox miqdarda vitaminlər, balıq, yağsız ət, toyuq, hinduşka, bulyonlar, təzə tərəvəz və meyvələr olmalıdır. Acılı, yağlı, duzlu və yüksək kalorili qidalardan imtina edilməlidir.
“Həmçinin gündə ən azı iki litr maye içmək lazımdır (əgər xəstədə ürək və ya böyrək çatışmazlığı, hipertoniya yoxdursa). Bundan əlavə, reabilitasiya üçün tənəffüs məşqləri etmək lazımdır. Fiziki fəaliyyətə isə tədricən başlanılmalıdır”, - deyə mütəxəssis əlavə edib.
O, sözlərinin sonunda ürək və damarlarda əlavə stres yaratmamaq üçün isti hamam və saunalardan çəkinməyi tövsiyə edib.
Qərar verildi: Bu şəxslərə ayda 60 manat veriləcək- SON DƏQİQƏ!
Pensiya ilə bağlı -ŞAD XƏBƏR
Pensiya və maaşların üzərinə faiz gələcək - Şad xəbər!
Razi Nurullayev: Azərbaycanda işçilər qul kimi işlədilir
190 manatla bağlı - AÇIQLAMA
“Yelo Bank” ön cəbhədə olan əsgərimizi məhkəməyə verdi - FOTOLAR
"Süni tənəffüs aparatına qoşulanların sayı çoxdur" - Yaqut Qarayeva
Koronavirusla bağlı son statistika
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Sumqayıtda mənzillərə istilik verilməsi niyə gecikir?
Toy və yasların keçirilməsi ilə bağlı - QƏRAR
Aztəminatlı ailələrə şad xəbər - 4 milyard manat ayrıldı
Sumqayıtda mənzillərə istilik verilməsi niyə gecikir?
Komendant saatı nə vaxt ləğv olunacaq?
COVID-19-dan sonra tam sağalma müddəti və tövsiyələr açıqlandı
Bu şəxslərə 480 manat veriləcək - ŞAD XƏBƏR!
Koronavirusla bağlı son statistika -2075 yeni yoluxma
Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb
Avtobuslarda gediş haqqı 50 qəpik olacaq - İDDİA
Qabiliyyət imtahanları üzrə ekspertlərin məlumat bazası yaradılacaq