Çində son sutka ərzində daha 21 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Avtoxeber.az” bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 86 490-a çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 81 550 xəstə sağalıb.
Ölkədə 306 aktiv koronavirus xəstəsi var ki, onlardan da 7-nin vəziyyəti ağır qiymətləndirilir.