MediaXeber.az

Ceyhun Bayramov diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb

26 Baxış
Ceyhun Bayramov diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı (Aİ) üzv ölkələrinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Mediaxeber.az-a verilən məlumata görə, görüşdə C.Bayramov hazırda bölgədə mövcud olan vəziyyət, xüsusilə də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər üzrə məlumat verib. Bölgədə yaranmış yeni təhlükəsizlik formatı, eləcə də yeni əməkdaşlıq imkanlarından bəhs olunub. C.Bayramov 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistan tərəfindən bu razılaşmaya tamamilə zidd olaraq, işğaldan azad olunmuş ərazilərə terrorçu diversant qrupunun göndərildiyini Aİ səfirlərinin diqqətinə çatdırıb və bu cinayət tərkibli əməllərin yolverilməzliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov, eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi, artıq tam istismara verilən nəhəng Cənubi Qaz Dəhlizi layihəsi və bu layihənin Avropada coğrafiyasının genişləndirilməsi imkanları, habelə Azərbaycan-Aİ ikitərəfli münasibətləri və bu münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə danışıqlara dair ətraflı məlumat verib.

Aİ-nin Azərbaycandakı nümayəndəsi səfir Kestudis Yankauskas təqdim edilən məlumatlara görə təşəkkür edərək, bu formatda dialoqun gələcəkdə də davam etdirilməsinin faydalı olacağını bildirib. O, ikitərəfli münasibətlər, o cümlədən yeni Sazişin imzalanmasının əhəmiyyəti, enerji sahəsində tərəfdaşlıq və yeni imkanların nəzərdən keçirilməsi, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq məsələlərini qeyd edib. Aİ-nin münaqişədən əziyyət çəkən insanlara humanitar yardımına istinad edən səfir İttifaqın münaqişə sonrası prosesdə oynaya biləcəyi rolu barədə ətraflı müzakirələrin aparılmasının önəmini vurğulayıb.

Sonra C.Bayramov Aİ səfirlərinin çoxsaylı suallarını cavablandırıb.


“Azərbaycana axan çayları zəhərləmək, Sərsəng su anbarını partlatmaq lazımdır” -  Erməni politoloq“Azərbaycana axan çayları zəhərləmək, Sərsəng su anbarını partlatmaq lazımdır” - Erməni politoloq Böyük uğur olsa da, aydın olmayan müddəalar var İqbal Ağazadə: İqbal Ağazadə: Böyük uğur olsa da, aydın olmayan müddəalar var Zahid Orucdan şok: Bu istiqamətdə hücum etsək… -  VİDEOZahid Orucdan şok: Bu istiqamətdə hücum etsək… - VİDEO Naxçıvana "erməni ərazisi" dedi, Əliyev cavabını verdi Naxçıvana "erməni ərazisi" dedi, Əliyev cavabını verdi “Türkiyə bu plana razı olmayacaq”   – Şok Qarabağda Xəyanət iddiası“Türkiyə bu plana razı olmayacaq” – Şok Qarabağda Xəyanət iddiası Azərbaycanda 63 yaşlı qadın ana oldu  - adını ZƏFƏR qoydularAzərbaycanda 63 yaşlı qadın ana oldu - adını ZƏFƏR qoydular Paşinyan Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gətirilməsinə  razılıq verdi - SON DƏQİQƏ!Paşinyan Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gətirilməsinə razılıq verdi - SON DƏQİQƏ! Azərbaycan-Rusiya ilə “Qafqaz-2020” birgə təlimlərindən  imtina edib- RƏSMİAzərbaycan-Rusiya ilə “Qafqaz-2020” birgə təlimlərindən imtina edib- RƏSMİ Rusiya XİN Dağlıq Qarabağla bağlı bəyanat yayıb  - SON DƏQİQƏRusiya XİN Dağlıq Qarabağla bağlı bəyanat yayıb - SON DƏQİQƏ Konqres Rusiyaya qarşı sanksiya tətbiq edilməsini istəyir  - SON DƏQİQƏKonqres Rusiyaya qarşı sanksiya tətbiq edilməsini istəyir - SON DƏQİQƏ Prezident Elşad Mirbəşirə yeni vəzifə verdi -  FOTOPrezident Elşad Mirbəşirə yeni vəzifə verdi - FOTO İlham Əliyev generalı təltif etdi  - FOTO - SƏRƏNCAMİlham Əliyev generalı təltif etdi - FOTO - SƏRƏNCAM Rusiya Türkiyəyə dəstək üçün gəmilərini göndərir? Rusiya Türkiyəyə dəstək üçün gəmilərini göndərir? Nikol Paşinyan Tavuşda: "Qalib gəlmiş xalq, qalib kimi yaşamalıdır"   - FOTOLARNikol Paşinyan Tavuşda: "Qalib gəlmiş xalq, qalib kimi yaşamalıdır" - FOTOLAR XİN: “Dağlıq Qarabağla bağlı Rusiyanın fəal roluna ümid bəsləyirik” XİN: “Dağlıq Qarabağla bağlı Rusiyanın fəal roluna ümid bəsləyirik” Sabiq millət vəkili naziri dövlətə xəyanətdə   İttiham etdi Sabiq millət vəkili naziri dövlətə xəyanətdə İttiham etdi İrəvanın işğal planı: Bakı ağır zərbə vuracaq?   - Polkovnikİrəvanın işğal planı: Bakı ağır zərbə vuracaq? - Polkovnik Rusiya xarici işlər naziri Lavrov Azərbaycana bu təkliflə gəlib  - İddiaRusiya xarici işlər naziri Lavrov Azərbaycana bu təkliflə gəlib - İddia ABŞ Qarabağda humanitar atəşkəs elan etdi- səhər saat 08.00-dan (FOTO)ABŞ Qarabağda humanitar atəşkəs elan etdi-səhər saat 08.00-dan (FOTO) Fransa Prezidenti Emmanuel Makron   İlham Əliyevə zəng edibFransa Prezidenti Emmanuel Makron İlham Əliyevə zəng edib