Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun Montrö boğazları Konvensiyası ilə əlaqədar çıxışından və keçmiş Dəniz Qüvvələrinin komandanı Mehmet Sarının cübbə və əmmaməli fotosunun mətbuatda yayılmasından sonra Dəniz Qüvvələrinin təqaüddə olan 104 admiralı aprelin 4-ündə ortaq bir müraciət hazırlayaraq imzalamışdı.
Türkiyədə əksər adamlar bunu dövlət çevrilişinə cəhd kimi qiymətləndirdiyindən, Ankara Baş Prokurorluğu, təqaüddə olan 104 admiralın müraciəti ilə bağlı istintaq başladıldığını açıqlayıb.
Belə ki, prokurorluq, Cem Gürdeniz, Mustafa Özbey və Kadir Sağdıç da daxil olmaqla "Montrö " müraciətini imzalayan 10 admiralın tutulmasına qərar verilib.
Həbs edilən admiralların evlərində axtarış aparılıb.
Həbs edilən admirallar:
Turgay Erdağ: Sahil Təhlükəsizlik Komandirliyi Baş qərargah Başçısı
Ali Sadi Ünsal: Gölcük Ana Bazası Komandiri
Can Erenoğlu: Sahil Təhlükəsizlik Komandiri
Atilla Kezek: Sahil Təhlükəsizlik Komandiri
Alaettin Sevim: Baş Qərargah Kəşfiyyat İdarəsinin rəisi
Ergün Mengi: Hücum Qayıq Donanmasının Komandiri
Kadir Sağdıç: Cənubi Dəniz Sahəsi Komandiri
Cem Gürdeniz: Dəniz Qüvvələri Planı və Əsasları Başçısı
Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə İstanbul kanalı layihəsi reallaşarsa, 1936-cı ildə İsveçrənin Montrö şəhərində imzalanmış sazişin pozulması ilə bağlı fikirlər yer almaqdadır. Bu saziş Türkiyəyə Qara dənizlə sərhəd olmayan ölkələrin gəmilərinin İstanbul və Çanaqqala boğazı üzərindən keçməsinə nəzarət etmək hüququ verir.