Ermənilər müharibədən sonra daha bir təxribatçı addıma əl atıblar.
Onlar Xankəndində özlərinin qondarma respublikalaırının "müstəqillik" gününü qeyd ediblər.
Tədbirdə Arayik Arutyunyan, qondarma rejimin vəzifəli şəxsləri və eyni zamanda vəzifəsi yalnız hər iki tərəfin təhlükəsizliyinə cavabdeh olan rus sülhməramlıları iştirak ediblər.
44 günlük Vətən Müharibəsindən sonra, dəfələrlə Xankəndi və digər ərazilərdə Azərbaycan Respublikasının qanunlarının tətbiq olunacağı deyilsə də, görüntülərdən aydın olur ki, ermənilər heç də, bu fikirdə deyillər.
Dağlıq Qarabağ ermənilərinin nümayişkarənə şəkildə özlərinə "müstəqillik" günü keçirmələri ilə bağlı isə Azərbaycan hökumətindən heç bir addım atılmayıb.