MediaXeber.az

Bərpadan sonra bütün pullar veriləcək

22 Baxış
Bərpadan sonra bütün pullar veriləcək
Ölkədə əlillik dərəcələri üzrə təkrar qiymətləndirmə aparılır. Bu zaman bəzi şəxslərin əlillik pensiyaları dayandırılır. Bu halda həmin şəxslər bu müddət ərzində almadıqları müavinətin itkiyə getdiyini düşünürlər və bundan narahat olurlar. Dövlət tibbi-sosial ekspertiza və reabilitasiya agentliyinin sədri Anar Bayramov bu məbləğin necə geri qaytarılacağını açıqlayıb.

Mediaxəbər.az xəbər verir ki, əlilliyi təkrar qiymətləndirilən vətəndaşın itirilmiş dövrə görə sosial ödənişləri sonradan ona veriləcək. Yəni təkrar qiymətləndirmə ərzində vətəndaşın kəsilən müavinətləri itkiyə getməyəcək.

Bununla bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov brifinq keçirib. O deyib ki, bəzən vətəndaş əlilliyinin təkrar qiymətləndirilməsi üçün müraciət edərkən müəyyən gecikmələrə yol verir. Bu müddət ərzində də sosial müavinət ala bilmir. Lakin bu ilin iyul ayında əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericilikdə edilən dəyişikliyə əsasən, həmin şəxs o müavinəti ala biləcək. Çünki təkrar təyin olunan əlillik məhz əvvəlki əlillik təyinatı müddəti bitdiyi tarixdən rəsmiləşəcək və ortada ötürülmüş müddət üçün də həmin şəxs əlilliyə görə sosial ödənişlərini ala biləcək.
Anar Bayramov indiyə qədər aparılan əlillik təyinatları barədə də məlumat verib. O bildirib ki, ötən dövrdə Vətən müharibəsinin 2200 qazisinə artıq əlillik təyinatı verilib. O, qazilərin əlillik təyinatı ilə bağlı sosial şəbəkələrdə son vaxtlar yayılan narazılıqlara da aydınlıq gətirib. Sədr qeyd edib ki, elektron qiymətləndirmə aparılarkən səhv ehtimalı ola bilər. Çünki həkim xəstəni görmür. Amma hərbi komissiya əyani aparıldığından orada səhv ehtimalı çox aşağıdır.

Anar Bayramov qazilərin əlillik dərəcələrini müəyyən edən qrupların dəyişdirilməsi məsələsinə də toxunub. O bildirib ki, bir neçə il sonra qazilərin səhhətində hər hansı dəyişiklik və ya vəziyyətlərində ağırlaşmalar olarsa, onların qrupu yenidən dəyərləndiriləcək.

Sədr onu da qeyd edib ki, əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlillərinə yönələn sosial ödənişlərdə son üç ildə orta hesabla 2 dəfə artım baş verib. Sosial müavinətlərin artması yanvarın 1-dən etibarən qüvvəyə minəcək və əlilliyi olan şəxslər də bu artımdan faydalanacaqlar. Ümumilikdə isə bu il 47 min 519 şəxsə əlillik təyinatı aparılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə, təqribən, iki dəfə çoxdur.

Qərar verildi: Bu şəxslərə ayda 60 manat veriləcək - SON DƏQİQƏ!Qərar verildi: Bu şəxslərə ayda 60 manat veriləcək- SON DƏQİQƏ! Pensiya ilə bağlı - ŞAD XƏBƏRPensiya ilə bağlı -ŞAD XƏBƏR Pensiya və maaşların üzərinə faiz gələcək -  Şad xəbər!Pensiya və maaşların üzərinə faiz gələcək - Şad xəbər! Azərbaycanda prokurorluq işçilərinin maaşları iki dəfə artırılır Azərbaycanda prokurorluq işçilərinin maaşları iki dəfə artırılır SMS İcazə ilə bağlı Nazirlər Kabinetindən RƏSMİ AÇIQLAMA - Martın 15-dən... SMS İcazə ilə bağlı Nazirlər Kabinetindən RƏSMİ AÇIQLAMA - Martın 15-dən... "1967-ci ildən rahat yatmıram"  - Əhməd Əhmədzadə"1967-ci ildən rahat yatmıram" - Əhməd Əhmədzadə Razi Nurullayev: Azərbaycanda işçilər qul kimi işlədilir Razi Nurullayev: Azərbaycanda işçilər qul kimi işlədilir 190 manatla bağlı -  AÇIQLAMA190 manatla bağlı - AÇIQLAMA Azərbaycanda koronavirusa 353 yeni yoluxma faktı qeydə alınıb Azərbaycanda koronavirusa 353 yeni yoluxma faktı qeydə alınıb “Yelo Bank” ön cəbhədə olan əsgərimizi məhkəməyə verdi -  FOTOLAR “Yelo Bank” ön cəbhədə olan əsgərimizi məhkəməyə verdi - FOTOLAR Toy və yasların keçirilməsi ilə bağlı  -  QƏRARToy və yasların keçirilməsi ilə bağlı - QƏRAR "Süni tənəffüs aparatına qoşulanların sayı çoxdur" -  Yaqut Qarayeva"Süni tənəffüs aparatına qoşulanların sayı çoxdur" - Yaqut Qarayeva Koronavirusla bağlı son statistika  Koronavirusla bağlı son statistika Sumqayıtda mənzillərə istilik verilməsi niyə gecikir?  Sumqayıtda mənzillərə istilik verilməsi niyə gecikir? Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib Aztəminatlı ailələrə şad xəbər -  4 milyard manat ayrıldıAztəminatlı ailələrə şad xəbər - 4 milyard manat ayrıldı Vaqif Əsədovdan sürücülərə  XƏBƏRDARLIQVaqif Əsədovdan sürücülərə XƏBƏRDARLIQ Sumqayıtda mənzillərə istilik verilməsi niyə gecikir?  Sumqayıtda mənzillərə istilik verilməsi niyə gecikir? Bu günə olan karonavirus yoluxmaları –   403 nəfərBu günə olan karonavirus yoluxmaları – 403 nəfər Komendant saatı nə vaxt ləğv olunacaq? Komendant saatı nə vaxt ləğv olunacaq?