MediaXeber.az

Baş nazirin istefası - Gürcüstan siyasi böhrandan çıxa biləcəkmi? - ŞƏRH

52 Baxış
Baş nazirin istefası - Gürcüstan siyasi böhrandan çıxa biləcəkmi?  - ŞƏRH

Gürcüstanda oktyabrın 31-də keçirilən parlament seçkilərindən sonra vəziyyət sabitləşməyib. Əksinə, mövcud gərginlik hökumət böhranına səbəb olub. Fevralın 18-də Gürcüstanın baş naziri Giorgi Qaxariya istefa verib. Onun yerinə partiyadaşı, müdafiə naziri İrakli Qaribaşvilinin namizədliyi irəli sürülüb. Baş nazir istefa verdiyindən bütün nazirlər müvəqqəti olaraq vəzifələrini icra edirlər.


Yeri gəlmişkən, hökumətin formalaşması ilə bağlı qaydalara əsasən, iki həftə ərzində parlament yeni baş naziri və onun təqdim etdiyi hökumət üzvlərinə etimad bildirməlidir. Yeni kabinetin yaranmasından ötrü azı 76 deputat onların lehinə səs verməlidir. Baş nazir azı 76 səsi iki dəfə qazana bilməzsə, onda prezidentin parlamenti buraxıb yeni seçkilər təyin etmək hüququ var. Seçkilərin nəticələrinə əsasən, hakim "Gürcü arzusu – Demokratik Gürcüstan Partiyası" səslərin 48,22 faizini (60 mandat) qazanıb. Aparıcı müxalifət partiyası “Milli Birlik Hərəkatı – Birləşmiş müxalifət güclərinin ittifaqı” 27,18 faiz (36 mandat) əldə edib. Bu partiyaların heç biri təkbaşına hökuməti formalaşdıra bilməyəcək. Deməli, belə halda koalisiya hökumətinin yaranması qaçılmazdır. 5 mandata sahib "Avropanın Gürcüstanı - Azadlıq Uğrunda Hərəkat", 4 mandatlı Lelo - Mamuka Xazaradze, 4 mandatlı Vaşadze, Qirçu, Leyboristlər müxalifətyönlü olduqlarından onların koalisiyaya qoşulacağı ehtimalı azdır. Gürcüstan Patriotlar Alyansı, vətəndaşlar və hakim partiyanın bir yerdə 65 mandatı var. Bu isə hökuməti formalaşdırmağa və etimad qazanmağa kifayət etmir. Bu halda isə gözlər Prezident Salome Zurabişviliyə dikiləcək. Onu da nəzərə almaq lazımdır ki, prezident 2018-ci ildə rəqibi Qriqol Vaşadzeni qalmaqalla ikinci turda məğlub etmişdi.

Milyarder Bidzina İvanişvili Gürcüstanın siyasi həyatına daxil olandan sonra ölkədə vəziyyət həmişə gərgin olub. Hakimiyyətdə təmsil olunmasa da, dövlətin əsasən onun çubuğu ilə idarə edildiyi sirr deyil. Bu baxımdan, B.İvanişvili Gürcüstana başçılıq edəndən müxalifət seçkilərin saxtalaşdırıldığını elan edib etiraz aksiyaları keçirir. Statistikaya nəzər salaq: 2012-ci ildə keçirilən parlament seçkilərində “Gürcü arzusu” - 54,97 faiz, “Milli Hərəkat” - 40,34 faiz, 2016-ci ildəki seçkilərdə “Gürcü arzusu” - 48, 68 faiz, “Milli Hərəkat” - 27,11 faiz. Oktyabrın 31-də seçkilər əsasən proporsional sistem üzrə keçirildiyindən həm də tarixi sayıla bilər. Konstitusiyaya edilən dəyişikliyə əsasən, 150 yerlik parlamentin 120 deputatı proporsional sistem üzrə, 30-u isə majoritar birmandatlı dairələrdən seçilib. Bundan əvvəl 77 deputat partiya siyahıları, 73 deputat isə majoritar dairələrdən seçilirdi.


Giorgi Qaxaria

Bəs baş nazir niyə istefa verdi? Gürcüstanın siyasi həyatını nə gözləyir? Seçkilərin nəticələrinə müxalifət etiraz edərək yenisinin keçirilməsini tələb istəyirdi. Ona görə də onlar parlamentin işini boykot etdi. Vəziyyəti xilas etmək üçün İvanişvili siyasətdən getdiyini bildirdi, ancaq ölkədə gərginliyi azaltmadı. Bu halda hakimiyyət müxalifətin fəaliyyətini təftiş etməyə üstünlük verdi. “Milli Hərəkat”ın lideri Nik Meliyanın 2019-cu il iyunun 20-də ölkədə baş verən iğtişaşlarla bağlı cinayət işində adı hallandığı məlum olub. O, “parlamentə hücum edərək qrup halında zorakılığın təşkilində” ittiham olunurdu. Təqsiri sübut olunacağı halda 6 il müddətinə azadlıqdan məhrum olunacaq. Fevralın 16-da parlament Meliyanı deputat toxunulmazlığından məhrum edib. Bundan sonra prokurluq onun saxlanılması ilə bağlı məhkəməyə müraciət edə bilərdi.

Yeri gəlmişkən, 2019-cu il iyunun 20-də minlərlə insan Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirib. Onlar parlamentlərarası pravoslav assambleyanın iclasına gəlmiş Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun gəlişinə etiraz ediblər. Gürcüstan vətəndaşlarının hiddətinə səbəb Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini dəstəkləmiş Qavrilovun iclası rus dilində açması olub. O, bu zaman Gürcüstan parlamentinin sədrinin kreslosunda əyləşmişdi. Aksiyaçılar hakimiyyətdən soruşublar: “İşğalçı ölkənin deputatı hansı cürətlə Gürcüstan parlamentinin spikerinin kreslosunda oturub?” İyunun 21-də xüsusi təyinatlı polis əməkdaşları aksiyanı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə etməklə dağıtdı. 200-dən çox insanın xəsarət aldığı, iki nəfərin gözünü itirdiyi bildirilirdi. Həmin gün parlamentin sədri İrakli Kobaxidze istefa verdi. İyunun 24-də hakimiyyət aksiyaçıların tələbini yerinə yetirərək 2020-ci ilin parlament seçkilərinin proporsional sistem üzrə keçiriləcəyi haqqında qərar qəbul etdi. Onda Giorgi Qaxariya Gürcüstanın daxili işlər naziri idi. Aksiya iştirakçıları ona müraciət edərək “Get!”, “Yalançı!”, “Qaniçən!” şüarları verir, istefasını tələb edirdi. Ancaq İvanişvili müxalifətin etirazlarına qarşı çıxaraq Qaxariyanı baş nazir təyin etdi.


Deməli, indiki proseslərin kökündə iyun hadisələri də dayanır. Keçmiş nazir Qaxariya istefa verməklə bir növ iyun hadisələri zamanı etdiyi günahlarını yumuş da sayıla bilər. O, ölkədəki siyasi böhran fonunda istefa verdiyini bildirib. Keçmiş baş nazir qeyd edib ki, Nika Meliyanın həbsi hakim partiya daxilində fikir ayrılığı yaradıb. O, məhkəmənin müstəqil olmadığına da işarə edib. Deməli, sonuncu parlament seçkilərində hakim partiyanın siyahısında birinci yerdə olmuş Qaxariya bu addımı ilə İvanişviliyə etiraz edib. Belə ehtimal etmək olar ki, bu həm də milyarder siyasətçi Gürcüstanın siyasi arenasından sıxışdırılacaq. Qaxariyanın yerinə 2013-2015-ci illərdə hökumətə başçılıq etmiş İrakli Qaribaşvilinin namizədliyinin irəli sürülməsi isə İvanişvilinin ondan güclü kadrı yoxdur. Çünki milyarder baş nazir olan vaxt onun işindən narazı olmuşdu.


Nika Meliya

Müxalifət liderləri yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər. Nika Meliya bildirib ki, bu tələbin reallaşmasına çox yaxındırlar. Beləliklə, parlamentdəki mandatların sayına əsasən, Gürcüstanda hökumət böhranının davam edəcəyini ehtimal etmək olar. Odur ki, mövcud siyasi böhranın yeni seçkilərin keçiriləcəyi ilə nəticələnəcəyi qaçılmazdır. Qaxariyanın istefasını və baş verənləri Gürcüstanda demokratiyanın inkişafı üçün daha bir dərs də saymaq olar.


İran ordusu bombalanır Generallar həlak oldu - SON DƏQİQƏ! İran ordusu bombalanır Generallar həlak oldu -SON DƏQİQƏ! Türkiye istehsalı olan KORAL Libyada Vaqner qüvvələrinə aid   MİG-29 qırıcı təyyarəni düşürdü- SON DƏQİQƏ!Türkiye istehsalı olan KORAL Libyada Vaqner qüvvələrinə aid MİG-29 qırıcı təyyarəni düşürdü- SON DƏQİQƏ! Türkiyə və Rusiya arasında Dağlıq Qarabağ problemi ətrafında  gərginlikTürkiyə və Rusiya arasında Dağlıq Qarabağ problemi ətrafında gərginlik İran MÜHARİBƏ ELANI VERDİ: ABŞ mövqelərini vuracağıq İran MÜHARİBƏ ELANI VERDİ: ABŞ mövqelərini vuracağıq Britaniyada son sutkada 816 nəfər koronavirusa yoluxub Britaniyada son sutkada 816 nəfər koronavirusa yoluxub Lukaşenkodan şok müraciət: Bu baş versə,   Rusiya çökəcək!Lukaşenkodan şok müraciət: Bu baş versə, Rusiya çökəcək! ABŞ Rusiyaya raket zərbəsi endirib  - RƏSMİABŞ Rusiyaya raket zərbəsi endirib - RƏSMİ Türkiyə nüvə silahı əldə edib? –   Sensasion baxışTürkiyə nüvə silahı əldə edib? – Sensasion baxış İki ölkə arasında GƏRGİNLİK:   Səfir Xarici işlər Nazirliyinə çağırıldıİki ölkə arasında GƏRGİNLİK: Səfir Xarici işlər Nazirliyinə çağırıldı Fransalı jurnalist:  "Şuşa döyüşü" ən şiddətli məqamına çatmaqdadırFransalı jurnalist: "Şuşa döyüşü" ən şiddətli məqamına çatmaqdadır Trampa əmr verir, Putini fikrindan daşındırır...  - Dünyanı idarə edən o şəxs kimdir? - FOTOTrampa əmr verir, Putini fikrindan daşındırır... - Dünyanı idarə edən o şəxs kimdir? - FOTO Türkiyə ABŞ-dan Ermənistana uçan təyyarələrə qadağa qoydu –  Son dəqiqəTürkiyə ABŞ-dan Ermənistana uçan təyyarələrə qadağa qoydu – Son dəqiqə Rus ordusu 9 ölkə ilə birgə hərəkətə keçir:   Xəzər dənizi və cənubda...Rus ordusu 9 ölkə ilə birgə hərəkətə keçir: Xəzər dənizi və cənubda... Ermənistan Türkiyə ordusu ilə döyüşə girir   - TəfərrüatErmənistan Türkiyə ordusu ilə döyüşə girir - Təfərrüat Ölkə fəlakət astanasında -  Milyonlarla insan ölə bilərÖlkə fəlakət astanasında - Milyonlarla insan ölə bilər Azərbaycanda baş verən hadisələrin arxasında Fransa durub Erdoğan: Erdoğan: Azərbaycanda baş verən hadisələrin arxasında Fransa durub ABŞ-da göy üzü qan rənginə boyandı  - VİDEOABŞ-da göy üzü qan rənginə boyandı - VİDEO Yerevanda mitinq başladı -  Kütləvi həbslər var (CANLI)Yerevanda mitinq başladı - Kütləvi həbslər var (CANLI) Qarabağla bağlı gizli faylları ifşa edən gürcü  ÖLDÜRÜLDÜQarabağla bağlı gizli faylları ifşa edən gürcü ÖLDÜRÜLDÜ Mariya Zaxarovadan SKANDAL paylaşım diplomatik  QALMAQALA səbəb oldu - FOTOMariya Zaxarovadan SKANDAL paylaşım diplomatik QALMAQALA səbəb oldu - FOTO