MediaXeber.az

Bakıdan kənarda həyat - Alisa Poliker Abelson yazır...

107 Baxış
 Bakıdan kənarda həyat  - Alisa Poliker Abelson yazır...

1 il olar ki, Kürdəmirə gəlmişəm. Müəyyən üstünlüklərim var deyə Bakıya qayıdıb istənilən vaxt istənilən şəraiti qura biləcəm özümə. Amma bu statusu yazıram ki, rayondan Bakıya gedənlərə qıcıq olanlar bunu oxusun.

Kürdəmirin bir rayonuna gəlmişəm. Təxminən 100 - 120 ailə olar burada. Bircə dənə aptek yoxdur. 3 maqazin var. Biri vaxtı keçmiş mallar satır, biri evində balaca yer düzəldib orada satır, digəri nisbətən normal şeylər satır. İş yeri yoxdur bu kənddə. Bəziləri qoyun, inək, toyuq saxlayır, bəziləri pensiyası ilə dolanır, bəziləri də qara-qura işlərlə məşğuldur.

Burada dünyaya gələn insanların alternativi ancaq Bakıya qaçmaqdır. Çünki kəndi düzəltmək mümkün deyil. Arayış, sənəd aldıqları yerdə işləyən adamlar rüşvətxordur. Bəlkə də dövlətdən pul alırlar nəsə eləmək üçün, amma eləmirlər. Yollar xarabadır, işıq dirəkləri hər an uça bilər, qaz da arada kəsilir. Ayda bir dəfə hamı Kürdəmirin özünə gedir. Orada bazarlığını edir qayıdır. Buranın adamlarında cəsarət, mərdlik yoxdur. Hamı biri-birinin dalınca danışır. Heç kim heç kimin üzünə sözünü deyə bilmir.

Beyni bir balaca inkişaf edən adam əlləşir ki, Bakıya qaçsın. Orada nə iş olur olsun tapsın. Bakını London kimi, Vaşinqton kimi görmürlər. Sadəcə aylıq 300-400 manat gəliri olan bir iş istəyirlər. Hər gün yemək yesinlər deyə, kirayə pulunu ödəyə bilsinlər deyə, heç olmasa 6 aydan bir təzə paltar alsınlar deyə. İkiüzlü, bədbəxt, kiçik dünyasında qeybətdən ali heç nəyi olmayan qohum-qonşularından uzaq olsunlar deyə.

Əksəriyyəti bu şeylərə qıcıq olur. Özləri paltarlarını paltaryuyan maşında yuyur, qablarını qabyuyan maşında yuyur, evi tozsoranlayır, yemək bişirə-bişirə internetdə veyillənir, televizora baxır, amma rayondan gələn adama dirənirlər ki, niyə rahatlıq axtarırsan? Niyə rayondan gələn qoyununu otarmır, gəlib rahat həyat yaşamaq istəyir?

Bu qıcıq olmanın kökündə bilirsiz nə yatır? Paxıllıq. Özü xoşbəxt olmağı bəs deyilmiş kimi, hamının bədbəxt olduğunu görmək istəmək. Hamı eyni yerdə, eyni zamanda, eyni şərtlər altında dünyaya gəlmir. Bəziləri 1000:0 arxada olur. Bəziləri nə qədər əlləşir, vuruşur həmişə az qazanır. Bəziləri nə qədər kənara pul atsa da, iynə-dərmana qismət olur.

Brendləri sevən, ad-san üçün əlləşən adamlar elə bilirlər ki, Bakı da kasıblar üçün brenddir. Elə deyil. Bakıda olan şərait Qubada, Lənkəranda olsa, camaat Qubaya, Lənkərana qaçacaq. Necə ki, Xırdalan, Masazır ucuzluq olduğu üçün hamı bir ara oradan ev almağa çalışırdı. Bakı kasıblar üçün ümiddir. Prezident orada yaşayır. Bəlkə bir gün dövlət orqanlarına dərdlərini deyə bilərlər deyə, bəlkə bir gün nəsə şərait yaranar yararlanarlar deyə.

Bakıda şərait qura bilsələr, xaricə gedə bilərlər deyə - sadəcə yollar axtarırlar.

Bakıda çoxlu maqazinlər, apteklər, restoranlar, xəstəxanalar, teatrlar, kitabxanalar var. Rayonlarda belə deyil. Hətta, onu da deyim ki, rayondan gələn adam bunlardan yararlanırsa, bütün günü evdə oturan, yeyib içib ona buna mız qoyan Bakı sakinindən daha yararlı vətəndaşdır. Biri nəyə ehtiyacı olduğunu dərk edir və onu tapmağa çalışır. Digəri isə niyə yaşadığını belə bilmir.

Əlbəttə ki, dünyaya öz evində, rahatlıq içində göz açmış, yoxluğun nə olduğunu bilməyən adam evsiz, şəraitsiz, hər qabağa getmək istəyəndə dala düşən adamların nə hiss elədiyini başa düşə bilməz. Amma ən azından susa bilər.

“ Gombul” seks işçiləri.... Aysel Ələkbərzadə – Aysel Ələkbərzadə – “ Gombul” seks işçiləri.... Oteldə boğulan psixologiya... Aysel Ələkbərzadə – Aysel Ələkbərzadə – Oteldə boğulan psixologiya... Azadlığım və sevgililərim...  – Aysel ƏləkbərzadəAzadlığım və sevgililərim... – Aysel Ələkbərzadə Sən demə Tac yox, qorxu öldürürmüş Laləzər Abbasova - Laləzər Abbasova - Sən demə Tac yox, qorxu öldürürmüş Sadiq Xəyanətkarlar...  –  Aysel ƏləkbərzadəSadiq Xəyanətkarlar... – Aysel Ələkbərzadə Şizofrendən gələn məktub...  - Aysel Ələkbərzadə yazır...Şizofrendən gələn məktub... - Aysel Ələkbərzadə yazır... Gəlin, Nizamini Afətlərdən qoruyaq!  Xəyalə Rəis - Xəyalə Rəis - Gəlin, Nizamini Afətlərdən qoruyaq!  Bakıdan kənarda həyat  - Alisa Poliker Abelson yazır... Bakıdan kənarda həyat - Alisa Poliker Abelson yazır... Tarix yazan igidlərimizlə Göyçay gənclərinin görüşü - Ekskuliziv Tarix yazan igidlərimizlə Göyçay gənclərinin görüşü- Ekskuliziv İnsanlara verilən ləqəblər...  - Aysel Hacızadə yazırİnsanlara verilən ləqəblər... - Aysel Hacızadə yazır Şəhid Fərid Nadirov  - Qısa məlumatŞəhid Fərid Nadirov - Qısa məlumat Taryel Abdullayev yazır...  - Əxlaq insan öldürür...Taryel Abdullayev yazır... - Əxlaq insan öldürür...