MediaXeber.az

Bakıda yeni “yarış” başlayıb:“77 ZZ 777”, “77 OO 077” və...

101 Baxış
Bakıda yeni “yarış” başlayıb: “77 ZZ 777”, “77 OO 077” və...

Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni seriya nömrəsi verilir. Artıq bir neçə gündür nəqliyyat vasitələrinə 77 seriyalı şərti kodun verilməsinə başlanılıb.

Yeni seriya nömrəsi ilə bağlı sürüclərin fikirləri birmənalı deyil. Çoxları bunu maraqla qarşılayır. Yeni nömrələrlə bağlı gözəyarı qiymət çıxaranlar da var. İnsanların bir qismi də hesab edir ki, bu cür nömrələrə ehtiyac yox idi. Nömrənin necə olmasının isə bəzi insanlar üçün heç bir fərqi yoxdur.

Nəqliyyat eksperti Elməddin Muradlı AYNA-ya şərhində deyib ki, ölkəmizdə yeni-yeni seriya nömrələrinin çıxması bir çox suallar doğurur: “Çünki Bakıdan daha böyük şəhərlərdə belə, bu cür proseslər getmir. Məsələn, İstanbulda bunu başqa cür tənzimləyirlər. Əgər artım baş verirsə, onlar hərflərin kombinasiyası yolu ilə bu məsələnin həllinə nail ola bilirlər. İstanbulda seriya nömrəsi 34-dür, amma hərflər iki vəya üç hərflərdən ibarətdir. Belə olan halda nömrə kifayət edir. Bakı şəhərində isə yeni nömrələrin verilməsi məndə heç bir maraq kəsb etmir”.

“Amma nömrə həvəskarı olan insanlar var ki, buna görə müraciət edirlər. Və yaxud da Azərbaycanda son vaxtlar avtomobilləşmə sürətlə gedir. Bu da ondan irəli gəlir ki, vətəndaşlar artıq köhnə avtomobillərdən yaxalarını qurtarmaq, yeni avtomobil almaq istəyirlər. Həmin insanlar yeni avtomobil alanda köhnə avtomobillərini satmırlar. Bəzi insanlar köhnə maşınlarını öz həyətlərində saxlayırlar ki, bəlkə nə vaxtsa dövlət proqramı olacaq və həmin maşınlara görə onlara pul veriləcək. Bəzən məhəllələrdə təkərləri çıxarılmış, kubik daşları üstündə saxlanılan maşınlar görürsən. Kəndlərdə, rayonlarda bu cür maşınlar yüzlərlədir. Hətta içərisində toyuq-cücə saxlayırlar”, - deyə həmsöhbətimiz bildirib.
Ekspert belə köhnə, yararsız avtomobillərin hamısının üzərində nömrə nişanları olduğunu vurğulayıb: “Onlar cərimə meydançalarında çürüyüb gedir. Yol polisinin dəfələrlə müraciət etməsinə baxmayaraq, sahibləri həmin maşınları ərizə yazaraq təhvil vermirlər. Onlar həmin maşınları ya metalloma təhvil verməlidirlər, ya da götürüb aparmalı, çıxdaş etməlidirlər. Nə edirlər etsinlər, nömrə nişanları, sənədləri təhvil verilməlidir. Nə qədər itirilmiş nömrələr də var. Ona görə də yeni seriya nömrələrinin çıxarılması zərurəti ortaya çıxır. Buna görə nə hərflər, nə də rəqəmlər artırılır, əvəzinə yeni seriya nömrələri meydana gəlir. Görünür ki, zərurət bunu tələb edir və onlar da yeni seriya nömrələri verməyə məcbur olurlar”.
Muradlı qeyd edib ki, həvəsə gəlib nömrəni yeniləmək istəyən sürücülər həm də düşəcəkləri xərci nəzərə almalıdırlar: “Təbii ki, 7 rəqəmi bir çoxları üçün həvəskar rəqəmə çevrilib. Nömrə dəyişdisə, avtomatik nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi dəyişdirilir, texniki müayinə həyata keçirilir, uçot xərci var. Yəni aşağı-yuxarı götürdükdə, bir nömrənin dəyişilməsi ən azından 100 manatdan artıq məbləğ edir. Bu baxımdan daha vacib məsələlərə diqqət ayırmaq lazımdır”.
“Məsələn, avtomobilin texniki sazlığına, avtomobildə dərman qutusunun olmasına, yanğınsöndürən balonların olmasına önəm versələr, yeni seriya nömrəsi ilə məşğul olmaqdan qat-qat faydalı olar. İnsanlar var ki, həmin nömrələrə görə bankdan pul götürüb alırlar, amma həmin pulun cüzi bir hissəsini yanğınsöndürən balon, dərman qutusu üçün xərcləmək istəmirlər. Biabırçılıq bundadır. Problem həmin nömrələrə həvəs göstərən insanların düşüncə tərzindədir”, - deyə mütəxəssis fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Bakıda bu yaxınlarda 100 seriyalı nömrə nişanlarının da verilmisinə başlanılıb. Bu isə yalnız diplomatik nümayəndəliklərin avtomobillərinə təqdim edilir.

Ülviyyə Şahin

Nikol Paşinyan:  “Biz üçtərəfli razılaşmanı cırıb ata bilərik, ancaq bununla heç nə dəyişməyəcək”Nikol Paşinyan: “Biz üçtərəfli razılaşmanı cırıb ata bilərik, ancaq bununla heç nə dəyişməyəcək” Azərbaycan Rusiya helikopterinin vurulması ilə əlaqədar üzr istəyib Azərbaycan Rusiya helikopterinin vurulması ilə əlaqədar üzr istəyib  “Qarabağda xidmət edəcəm” Vaqif Əsədov:Vaqif Əsədov: “Qarabağda xidmət edəcəm” Ermənilər əsir götürdükləri azərbaycanlı əsgərə işgəncə verir -  VİDEOErmənilər əsir götürdükləri azərbaycanlı əsgərə işgəncə verir - VİDEO Ermənistan silahlı dəstələri "Rusiya sülhməramlılarına qarşı mübarizə aparmağa hazırıq" - "Rusiya sülhməramlılarına qarşı mübarizə aparmağa hazırıq" - Ermənistan silahlı dəstələri Maşın bazarında 3500 manata avtomobil -  FOTOMaşın bazarında 3500 manata avtomobil - FOTO İlham Əliyev yaralı hərbçilərimizə səsləndi:  “Maskanı çıxarın, hamı sizi görsün” - VİDEOİlham Əliyev yaralı hərbçilərimizə səsləndi: “Maskanı çıxarın, hamı sizi görsün” - VİDEO Paşinyandan növbəti etiraflar:  “Bu, bizim üçün böyük uğursuzluq, fəlakət və matəmdir...”Paşinyandan növbəti etiraflar: “Bu, bizim üçün böyük uğursuzluq, fəlakət və matəmdir...” Laçında Azərbaycan Himni oxundu -  VİDEOLaçında Azərbaycan Himni oxundu - VİDEO Rusiya sülhməramlıları Xankəndiyə daxil olub Rusiya sülhməramlıları Xankəndiyə daxil olub Şuşadan döyüş görüntüləri -  VİDEOŞuşadan döyüş görüntüləri - VİDEO  “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olunub” İlham Əliyev: İlham Əliyev: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olunub” Ermənilər Laçını da evləri yandıraraq tərk edirlər -  FOTOLARErmənilər Laçını da evləri yandıraraq tərk edirlər - FOTOLAR Azərbaycanda hərbi vəziyyət ləğv olunur Azərbaycanda hərbi vəziyyət ləğv olunur “Ermənilər görəcəklər ki, Azərbaycan rəhbərliyi altında yaxşı yaşayacaqlar” İlham Əliyev: İlham Əliyev: “Ermənilər görəcəklər ki, Azərbaycan rəhbərliyi altında yaxşı yaşayacaqlar” Prezidentin Cəbrayılda idarə etdiyi zirehli avtomobilin  TEXNİKİ GÖSTƏRİCİLƏRİPrezidentin Cəbrayılda idarə etdiyi zirehli avtomobilin TEXNİKİ GÖSTƏRİCİLƏRİ Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib Polis əməliyyat zamanı unikal avtomobil kolleksiyası aşkarladı -  ŞOK əməliyyatPolis əməliyyat zamanı unikal avtomobil kolleksiyası aşkarladı - ŞOK əməliyyat Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdi - DİQQƏT Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdi - DİQQƏT Xüsusi Təyinatlı Qüvvələrin zabiti: “Bilirdilər ki, Daşaltı alınsa, Şuşa bizim olacaq” -   MÜSAHİBƏ Xüsusi Təyinatlı Qüvvələrin zabiti: “Bilirdilər ki, Daşaltı alınsa, Şuşa bizim olacaq” - MÜSAHİBƏ