Azərbaycan və İran arasında Astara sərhəd gömrüyündə yeni avtomobil körpüsü tikiləcək.
Mediaxeber.az Trend-ə istinadən bildirir ki, bunu İranın yol və şəhərsalma naziri Məhəmməd Eslami Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə deyib.
M.Eslaminin sözlərinə görə, bununla əlaqədar gələn ay müqavilə imzalanacaq və Astarada körpü və terminalın təməli qoyulacaq.
O, əlavə edib ki, hazırda Astarada mövcud olan avtomobil körpüsü iki ölkə arasında məhsul mübadiləsi və tranziti üçün yetərli deyil.
İranlı nazir qeyd edib ki, yeni körpü və terminal vasitəsilə Bakı-Astara magistral yolu İranın Ərdəbil-Astara-Rəşt magistral yoluna birləşəcək.
M.Eslami qeyd edib ki, Azərbaycan vasitəsi ilə digər ölkələrə çıxış İran üçün böyük fürsətdir. Bu baxımdan Şimal-Cənub Nəqliyyat Dəhlizinin aktivləşdirilməsi diqqət mərkəzindədir.
Nazir bildirib ki, koronavirus pandemiyası dövründə İran və Azərbaycan arasında ticarət münasibətlərinin inkişafında hər hansı azalma olmayıb, çünki sərhədlər idxal-ixrac prosesi üçün bağlanmayıb:
"Astara-Astara dəmiryolu vasitəsi ilə iki ölkənin ticarət mübadiləsi 25% artıb. Bu isə ikitərəfli münasibətlərin inkişaf etməkdə olduğunu göstərir. Həmçinin tranzit haqqında da iki ölkə arasında anlaşmalar əldə olunub".
Nikol Paşinyan: “Biz üçtərəfli razılaşmanı cırıb ata bilərik, ancaq bununla heç nə dəyişməyəcək”
Azərbaycan Rusiya helikopterinin vurulması ilə əlaqədar üzr istəyib
Vaqif Əsədov: “Qarabağda xidmət edəcəm”
Ermənilər əsir götürdükləri azərbaycanlı əsgərə işgəncə verir - VİDEO
"Rusiya sülhməramlılarına qarşı mübarizə aparmağa hazırıq" - Ermənistan silahlı dəstələri
Paşinyandan növbəti etiraflar: “Bu, bizim üçün böyük uğursuzluq, fəlakət və matəmdir...”
Maşın bazarında 3500 manata avtomobil - FOTO
Laçında Azərbaycan Himni oxundu - VİDEO
İlham Əliyev yaralı hərbçilərimizə səsləndi: “Maskanı çıxarın, hamı sizi görsün” - VİDEO
Rusiya sülhməramlıları Xankəndiyə daxil olub
Şuşadan döyüş görüntüləri - VİDEO
Ermənilər Laçını da evləri yandıraraq tərk edirlər - FOTOLAR
İlham Əliyev: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olunub”
Azərbaycanda hərbi vəziyyət ləğv olunur
İlham Əliyev: “Ermənilər görəcəklər ki, Azərbaycan rəhbərliyi altında yaxşı yaşayacaqlar”
Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib
Prezidentin Cəbrayılda idarə etdiyi zirehli avtomobilin TEXNİKİ GÖSTƏRİCİLƏRİ
Polis əməliyyat zamanı unikal avtomobil kolleksiyası aşkarladı - ŞOK əməliyyat
Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdi - DİQQƏT
Xüsusi Təyinatlı Qüvvələrin zabiti: “Bilirdilər ki, Daşaltı alınsa, Şuşa bizim olacaq” - MÜSAHİBƏ