Azərbaycanda oynayan legioner qapıçı millidə rekorda imza atıb
156 Baxış
Moldova yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunun Yunanıstanla ev oyunu komandanın qapıçısı Stanislav Namaşko üçün əlamətdar olub.
"Avtoxeber.az" xəbər verir ki, Moldova Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, "Keşlə" klubunda çıxış edən qolkiper millidə 50-ci matçını keçirib. Bu, indiyədək yığmanın formasını geyinmiş qapıçılar arasında rekord göstəricidir.
Qeyd edək ki, Moldova - Yunanıstan matçı meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.