MediaXeber.az

Azərbaycanda arvadını və qaynını güllələyərək öldürən şəxsə ömürlük həbs cəzası verilib

48 Baxış
Azərbaycanda arvadını və qaynını güllələyərək öldürən şəxsə ömürlük həbs cəzası verilib

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Sərvan Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Mediaxəbər.az-ın verdiyi xəbərə görə,Hökmə əsasən, S.Ağayev ömürlük azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2020-ci ilin fevral ayının 26-da saat 13 radələrində Masallı rayonunun Təzəkənd kənd sakinləri - 1999-cu il təvəllüdlü Alimə Nəbiyeva və qardaşı, 1995-ci il təvəllüdlü Miralim Nəbiyevin evdə meyitlərinin aşkar olunması, onların anası 1977-ci il təvəllüdlü Zenfira Nəbiyevanın odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi, hadisə yerindən bir qədər aralıda isə 1988-ci il təvəllüdlü S.Ağayevin odlu silah yaraları ilə aşkar olunması barədə rayon prokurorluğuna daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, həmin gün ailə-məişət münaqişəsi zəminində aralarında yaranan mübahisə zamanı əvvəllər məhkum olunmuş S.Ağayev yaşadığı evdən cehiz əşyalarını götürmək məqsədi ilə ora gələn keçmiş həyat yoldaşı A.Nəbiyevanı, qaynanası Z.Nəbiyevanı və qaynı M.Nəbiyevi ov tüfəngi ilə güllələyib. Nəticədə A.Nəbiyeva və M.Nəbiyev hadisə yerində ölüb, Z.Nəbiyeva isə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə yerindən təxminən 2 km kənarda isə S.Ağayevin odlu silahdan özünə xəsarət yetirdiyi məlum olub və o, rаyon mərkəzi xəstəxаnаsınа çаtdırılıb.

Hadisə yerinə baxış zamanı 2 ədəd nömrələri silinən ov tüfəngləri, xeyli sаydа patronlar və boş gilizlər aşkar edilərək götürülüb, iş üzrə zəruri ekspertizalar təyin edilib, eləcə də digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 29, 120.2.7-ci ( iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, iş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb, müvafiq ekspertizalar təyin edilib.

Daha sonra S.Ağayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq, baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azərbaycan ordusu Hadrutun iki kəndini işğaldan azad etdi –  SON DƏQİQƏAzərbaycan ordusu Hadrutun iki kəndini işğaldan azad etdi – SON DƏQİQƏ ​​Razılıq əldə olundu: Türkiyə Azərbaycana ölümcül silahlar verir  - ŞOK MƏLUMAT​​Razılıq əldə olundu: Türkiyə Azərbaycana ölümcül silahlar verir - ŞOK MƏLUMAT İran Azərbaycana məxsus PUA-nı vurub  - SON DƏQİQƏİran Azərbaycana məxsus PUA-nı vurub - SON DƏQİQƏ Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verib  - SON DƏQİQƏErmənistanın Baş naziri Nikol Paşinyan istefa verib - SON DƏQİQƏ Cəbhədə atışma başladı  Cəbhədə atışma başladı Separatçı quldurların başçısı məhv edilib  - SON DƏQİQƏSeparatçı quldurların başçısı məhv edilib - SON DƏQİQƏ Ordumuz ermənilərin silah anbarını belə vurdu  - VİDEOOrdumuz ermənilərin silah anbarını belə vurdu - VİDEO Bakıda silah səsləri eşidilib - Yenilənib  -  SON DƏQİQƏ - VIDEOBakıda silah səsləri eşidilib - Yenilənib - SON DƏQİQƏ - VIDEO Polis və hərbi maşınlar AMEA Rəyasət Heyəti binasını dövriyyəyə alıb - FOTOLARPolis və hərbi maşınlar AMEA Rəyasət Heyəti binasını dövriyyəyə alıb- FOTOLAR Kəlbəcər tam, Ağdərə qismən mühasirəyə alındı   – ŞAD XƏBƏR!Kəlbəcər tam, Ağdərə qismən mühasirəyə alındı – ŞAD XƏBƏR! Xankəndidə silah anbarının partlayış anı -  VİDEOXankəndidə silah anbarının partlayış anı - VİDEO İrandan Ermənistana Bombalamağa..  - SƏNƏDLƏRİrandan Ermənistana Bombalamağa.. - SƏNƏDLƏR Xankəndində silah anbarı partlayıb  - Son dəqiqəXankəndində silah anbarı partlayıb - Son dəqiqə Yanğından son anda xilas edildi – VİDEO Dəhşətverici görüntü: Dəhşətverici görüntü: Yanğından son anda xilas edildi – VİDEO Arutyunyan məhv edildi  - SON DƏQİQƏArutyunyan məhv edildi - SON DƏQİQƏ Bakıda eşidilən güclü partlayışla bağlı   – iki raket atıldığı güman edilirBakıda eşidilən güclü partlayışla bağlı – iki raket atıldığı güman edilir Isgəndər raketləri məhv edildi  - Müdafiə NazirliyiIsgəndər raketləri məhv edildi - Müdafiə Nazirliyi Düşmənin 5-6 kənddəki mövqeləri dağıdıldı Düşmənin 5-6 kənddəki mövqeləri dağıdıldı Araik Arutyunyan Bakıya  təhvil verilir?Araik Arutyunyan Bakıya təhvil verilir? Erməni "sülhməramlıları" Qarabağa çata bilmədi  –  hərbi bloggerdən açıqlamaErməni "sülhməramlıları" Qarabağa çata bilmədi – hərbi bloggerdən açıqlama