Azərbaycanın Mehri üzərindən xüsusi yol alacağı barədə hər hansı bir bəyanat əsassızdır. Ermənistan ərazisindən keçən istənilən yol Ermənistanın suverenliyi altında olacaq və başqa heç kimin belə bir hüquqa sahib olması mümkün deyil.
Ermənistanın yurisdiksiyasından kənarda Mehri vasitəsilə heç bir halda Azərbaycana dəhliz verilməyəcək.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anna Naqdalyan "Armenpress" informasiya agentliyinin sualına cavab olaraq bildirib.
"Bu günlərdə Azərbaycan Prezidenti İlham əliyev bəyan edib ki, "noyabrın 10-dan üçtərəfli bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi bənd var".
Bununla əlaqədar Naqdalyan xatırladıb ki, 10 noyabr tarixli bəyanatda regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasından bəhs olunur. Regionda sabitliyin bərqərar edilməsi və əməkdaşlığın perspektivləri məsələsində Ermənistan məhz bu mövqedən çıxış edir. Bəyanatda xüsusi rejimli hər hansı dəhliz barədə heç nə deyilmir deyə Naqdalyan vurğulayıb.
"Ermənistan ərazisindən keçən hər hansı yol yalnız Ermənistanın yurisdiksiyası və suverenliyi altında qalıb və qalacaq" deyə Naqdalyan bildirib.
Beləliklə bir daha Ermənistan yenidən diplomatik cəhətdən növbəti saxtakarlığa yol verir.