MediaXeber.az

Azərbaycan qılıncoynadanı tarixi ilkə imza atdı

22 Baxış
Azərbaycan qılıncoynadanı tarixi ilkə imza atdı

Bu gün Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində ikinci yarış gününə yekun vurulub.

Azərbaycan Qılıncoynatma Federasiyasından "Report"a verilən məlumata görə, sablya üzrə milli komandamızın üzvü Zərifə Hüseynova ilk dəfə qatıldığı dünya birinciliyində yeniyetmələr arasında bürünc medal qazanıb.

Qrup mərhələsini 4 qələbə ilə başa vuran Zərifə 1/16 finalda Misir təmsilçisi Adel Eldokşu (15:8), ardınca özbəkistanlı sablyaçı Jasmina Abdullayevanı (15:11) məğlub edib.

Yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Koreya Respublikası qılıncoynadanı Li Yunseo üzərində 15:6 hesablı inamlı qələbə qazanan Zərifə dünyanın ən güclü 4 yeniyetmə sablyaçı sırasına yüksəlməklə turnirin bürünc medalını təmin edib.

Zərifə Hüseynova finalın bir addımlığında dünya birinciliyinin qalibi, ABŞ sablyaçısı Maqda Skarbonkieviczə 9:15 hesabı ilə uduzub.

Bu, Azərbaycanın qılıncoynatma tarixində yeniyetmələrin dünya birinciliyində qazanılan ilk medaldır.

Xatırladaq ki, daha öncə şpaqaçımız Ruslan Həsənov 2019-cu ildə Polşanın Torun şəhərində keçirilən gənclərin dünya birinciliyində bürünc medal qazanıb.

"Sabah"ın futbolçusu millidən kənarlaşdırıldı  "Sabah"ın futbolçusu millidən kənarlaşdırıldı "Formula 1": İlk test yürüşündə ən yaxşı nəticəni "Maklaren" göstərdi "Formula 1": İlk test yürüşündə ən yaxşı nəticəni "Maklaren" göstərdi Arda Turan koronavirusa yoluxub Arda Turan koronavirusa yoluxub Teymur Rəcəbov Levon Aronyanla oynayacaq Teymur Rəcəbov Levon Aronyanla oynayacaq UEFA Mxitaryanı cəzalandırıb  – VİDEOUEFA Mxitaryanı cəzalandırıb – VİDEO Millimizin 2 futbolçusu   koronavirusa yoluxdu Millimizin 2 futbolçusu koronavirusa yoluxdu Azərbaycanda oynayan legioner qapıçı millidə rekorda imza atıb Azərbaycanda oynayan legioner qapıçı millidə rekorda imza atıb MMA idmançısı Moskvada döyüldü  MMA idmançısı Moskvada döyüldü UEFA Millətlər Liqasında V tura start veriləcək UEFA Millətlər Liqasında V tura start veriləcək Cəbhədən qayıtdı, bu gün döyüşə çıxır -  VİDEOCəbhədən qayıtdı, bu gün döyüşə çıxır - VİDEO Arsen Venger "Barselona"nın təklifini rədd etdi Arsen Venger "Barselona"nın təklifini rədd etdi Azərbaycanda oynayıb, Ermənistanda karyeralarını davam etdirənlər -  ADLARAzərbaycanda oynayıb, Ermənistanda karyeralarını davam etdirənlər - ADLAR Millimizin futbolçuları qohum oldular   - FOTOMillimizin futbolçuları qohum oldular - FOTO Rafael Ağayev uduzdu,  Firdovsi Fərzəliyev finala vəsiqə qazandıRafael Ağayev uduzdu, Firdovsi Fərzəliyev finala vəsiqə qazandı Qarabağ Şerifə qalib gəldi -   növbəti mərhələyə yüksəldiQarabağ Şerifə qalib gəldi - növbəti mərhələyə yüksəldi "Barselona"ya türk futbolçu gəlir "Barselona"ya türk futbolçu gəlir Maradonanın oğlu reanimasiyaya  yerləşdirilibMaradonanın oğlu reanimasiyaya yerləşdirilib PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq" PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq" İlk dəfə güləş üzrə fərdi Dünya Kuboku keçiriləcək İlk dəfə güləş üzrə fərdi Dünya Kuboku keçiriləcək “Neftçi”yə rəqib olan “Qalatasaray”ın hücumçusu jurnalistləri təhqir etdi  - FOTO “Neftçi”yə rəqib olan “Qalatasaray”ın hücumçusu jurnalistləri təhqir etdi - FOTO