MediaXeber.az

Avtomobildə partlayışa səbəb olan kiçik səhvlər, milyardlarla zərər...

35 Baxış
Avtomobildə partlayışa səbəb olan kiçik səhvlər, milyardlarla zərər...
Avtomobil istehsal zamanı mütəmadi testdən keçirilsə də bəzən problem model satışa çıxarılandan sonra aşkarlanır. Nəticədə şirkət avtomobillərini geri çağırmalı olur və xeyli zərərlə üzləşir. Bunu bir növ şirkətlərin "fayda verməyən sonrakı peşmanlığı" da adlandırmaq olar. Dünyanın ən məşhur avtomobil istehsalçıları belə, bu böhrandan yayına bilmirlər.

Bəs, bu şəkildə geri çağırılma əsasən hansı səbəblərdən baş verir? Milyonlarla avtomobili istehsal edən nəhəng şirkətlər nədə səhvə yol verirlər?

Mediaxeber.az TED.az-a istinadən xəbər verir ki, dünyaca məşhur Tesla da ötən il belə bir hadisə ilə üzləşib. Şirkət 15 minə yaxın elektromobilini geri çağırmaq məcburiyyətində qalıb. Buna səbəb isə avtomobilin sükanındakı problemlər olub. 14 min 193 elektromobil ABŞ-dan, 843 elektromobil isə Kanadadan geri çağrılıb. Həmçinin Tesla nümayəndələri elektromobillərin sükan mexanizmini dəyişdirəcəklərini elan ediblər.

Almaniyanın Volkswagen şirkəti 2018-ci ildə dünya miqyasında 700 000 məhsulunu geri çağırıb. "Tiquan" və "Touran" modellərini əhatə edən çağırışın səbəbi işıqlandırma sistemində ortaya çıxan qısaqapanma olub. Bildirilib ki, bu qısaqapanma avtomobilin anidən alışıb-yanmasına səbəb ola bilir.

BMW 2019-cu ildə Rusiyada 4,1 mindən çox avtomobili geri çağırıb. Qərar təhlükəsizlik yastıqlarında mümkün qüsurlarla əlaqədar olub. Bildirilib ki, qüsurla bağlı təhlükəsizlik yastığının generatorunda yüksək qaz təzyiqi yarana, bu isə partlayışa səbəb ola bilər.

ABŞ-ın General Motors konserni də 2014-cü ildə 220 min avtomobilini geri çağırıb. Geri çağırışa əyləc sistemində nasazlığın aşkarlanması səbəb olub.

Nissan ABŞ-da 1,9 milyon avtomobili geri çağırdığını elan edib. Bu qərar isə avtomobillərin kapotunda qeydə alınan qüsurlarla bağlı olub. Qeyd olunub ki, həmin qüsurla əlaqədar avtomobilin kapotu hərəkət zamanı öz-özünə açıla bilər. Geri çağırılma 2013-2018-ci illərdə istehsal olunmuş “Altima” modellərinə şamil edilib.

Honda ötən il 1.4 milyon avtomobilini geri çağırıb. İstehsal olunan avtomobillərin geri çağırılmasının səbəbi proqram təminatında və kardan hissəsində texniki qüsurların ortaya çıxması olub. Şirkət buna görə müştərilərindən üzr istəyib.

Bir çox avtomobildə ortaya çıxan hava yastığı probleminə görə Ford də avtomobillərini geri çağırıb. Bu il geri çağırılan Ford avtomobillərinin sayı 3 milyondur. Fordun verdiyi açıqlamaya görə, hava yastığı səhvləri olan nəqliyyat vasitələri üçün şirkət 610 milyon dollar ayırıb.
Volvo Cars şirkəti dünyanın müxtəlif ölkələrinə satdığı, təxminən 500 minə yaxın avtomobili 2019-cu ildə geri çağırıb. Bu qərar sözügedən avtomobillərin mühərrik bölməsində alovlanma təhlükəsinin yaranması səbəbindən qəbul edilib. Mühərrik bölməsində plastik materialdan hazırlanmış “manifold”un yüksək temperaturda ərimə riski müşahidə edilib.

"Honda" şirkətinin mütəxəssisləri ötən il 737 min Accord və Insight avtomobilinin proqram səhvinə görə geri çağırıldığını bildiriblər. Onlar arasında, həm benzinlə işləyən, həm də hibrid maşınları yer alıb. Bulud proqramındakı səhv arxa kamerada, dönüş siqnallarında təchizat problemlərinə gətirib çıxarıb.

Nikol Paşinyan:  “Biz üçtərəfli razılaşmanı cırıb ata bilərik, ancaq bununla heç nə dəyişməyəcək”Nikol Paşinyan: “Biz üçtərəfli razılaşmanı cırıb ata bilərik, ancaq bununla heç nə dəyişməyəcək” Azərbaycan Rusiya helikopterinin vurulması ilə əlaqədar üzr istəyib Azərbaycan Rusiya helikopterinin vurulması ilə əlaqədar üzr istəyib  “Qarabağda xidmət edəcəm” Vaqif Əsədov:Vaqif Əsədov: “Qarabağda xidmət edəcəm” Ermənilər əsir götürdükləri azərbaycanlı əsgərə işgəncə verir -  VİDEOErmənilər əsir götürdükləri azərbaycanlı əsgərə işgəncə verir - VİDEO Ermənistan silahlı dəstələri "Rusiya sülhməramlılarına qarşı mübarizə aparmağa hazırıq" - "Rusiya sülhməramlılarına qarşı mübarizə aparmağa hazırıq" - Ermənistan silahlı dəstələri Paşinyandan növbəti etiraflar:  “Bu, bizim üçün böyük uğursuzluq, fəlakət və matəmdir...”Paşinyandan növbəti etiraflar: “Bu, bizim üçün böyük uğursuzluq, fəlakət və matəmdir...” Maşın bazarında 3500 manata avtomobil -  FOTOMaşın bazarında 3500 manata avtomobil - FOTO Laçında Azərbaycan Himni oxundu -  VİDEOLaçında Azərbaycan Himni oxundu - VİDEO İlham Əliyev yaralı hərbçilərimizə səsləndi:  “Maskanı çıxarın, hamı sizi görsün” - VİDEOİlham Əliyev yaralı hərbçilərimizə səsləndi: “Maskanı çıxarın, hamı sizi görsün” - VİDEO Rusiya sülhməramlıları Xankəndiyə daxil olub Rusiya sülhməramlıları Xankəndiyə daxil olub Şuşadan döyüş görüntüləri -  VİDEOŞuşadan döyüş görüntüləri - VİDEO Ermənilər Laçını da evləri yandıraraq tərk edirlər -  FOTOLARErmənilər Laçını da evləri yandıraraq tərk edirlər - FOTOLAR  “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olunub” İlham Əliyev: İlham Əliyev: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olunub” Azərbaycanda hərbi vəziyyət ləğv olunur Azərbaycanda hərbi vəziyyət ləğv olunur “Ermənilər görəcəklər ki, Azərbaycan rəhbərliyi altında yaxşı yaşayacaqlar” İlham Əliyev: İlham Əliyev: “Ermənilər görəcəklər ki, Azərbaycan rəhbərliyi altında yaxşı yaşayacaqlar” Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib Prezidentin Cəbrayılda idarə etdiyi zirehli avtomobilin  TEXNİKİ GÖSTƏRİCİLƏRİPrezidentin Cəbrayılda idarə etdiyi zirehli avtomobilin TEXNİKİ GÖSTƏRİCİLƏRİ Polis əməliyyat zamanı unikal avtomobil kolleksiyası aşkarladı -  ŞOK əməliyyatPolis əməliyyat zamanı unikal avtomobil kolleksiyası aşkarladı - ŞOK əməliyyat Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdi - DİQQƏT Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdi - DİQQƏT Xüsusi Təyinatlı Qüvvələrin zabiti: “Bilirdilər ki, Daşaltı alınsa, Şuşa bizim olacaq” -   MÜSAHİBƏ Xüsusi Təyinatlı Qüvvələrin zabiti: “Bilirdilər ki, Daşaltı alınsa, Şuşa bizim olacaq” - MÜSAHİBƏ