İspaniyanın "Barselona" klubunun rəhbərliyi İngiltərə "Arsenal"ının sabiq baş məşqçisi Arsen Vengerə təklif göndərib.
Avtoxeber.az-ın Report-a istinadən verdiyi xəbərə görə, 71 yaşlı mütəxəssis Kataloniya təmsilçisinin təklifini rədd edib.
Qeyd edək ki, Arsen Venger 1996-cı ildən rəhbərlik etdiyi "Arsenal"ı 2017/2018 mövsümünün sonunda tərk edib. "Barselona"nın hazırkı baş məşqçisi Kike Setyenlə müqaviləsi 2022-ci ilin yayında başa çatır.
Daha əvvəl klubun sabiq futbolçusu Qətərin "Əl Sədd" komandasına rəhbərlik edən Xavinin baş məşqçi təyin ediləcəyi iddia edilib.
Xatırladaq ki, "Barselona" Çempionlar Liqasının 1/4 final mərhələsində Almaniyanın "Bavariya" klubu ilə üz-üzə gələcək. Qarşılaşma avqustun 14-də olacaq.