MediaXeber.az

190 manatla bağlı - AÇIQLAMA

601 Baxış
190 manatla bağlı -  AÇIQLAMA
İndi insanları daha çox sentyabr ayı üçün 190 manat məbləğində birdəfəlik ödəmələrin verilib-verilməyəcəyi maraqlandırır.

Bildiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alındı.

Həmçinin, virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarıldı.

Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlərin hələ davam edəcəyi bildirildi.

Bəzi insanlar bu ay üçün də karantin rejimi tətbiq edildiyindən 190 manat məbləğində birdəfəlik ödəmələrin veriləcəyini düşünürlər. Məsələylə bağlı Millət vəkili Vahid Əhmədovla danışdıq.


Vahid Əhmədov Avtoxəbər.az-a açıqlamasında qeyd etdi ki, hazırda bu məsələyə baxılır: “Bilirsiniz ki, həmişə bu məsələylə bağlı dövlət başçısının müsbət qərarları oldu. Yəqin ki, bu məsələ öz həllini tapa bilər. Bir daha qeyd edirəm ki, hazırda Milli Məclisdə 190 manat məbləğində birdəfəlik ödəmələrin verilməsi ilə bağlı müzakirələr aparılır”.

190 manat məbləğində birdəfəlik ödəmələrin yenidən verilib-verilməcəyi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə də sorğu göndərdik. Aidiyyatı qurum hələ ki, sorğumuzu cavablandırmayıb.
.
Məsələylə bağlı iqtisadi ekspert Rəşad Həsənov öz fikirlərini Avtoxəbər.az-la bölüşdü: “Hansı müddətdə hərəkətin məhdudlaşdırılması qərarı qəbul edilirsə, həmin müddətə uyğun olaraq da sosial müdafiə tədbirləri həyata keçirilməli idi. Sosial karantin tədbirləri deyəndə, bunun mahiyyətinə də diqqət etmək lazımdır. Hansı ki, hərəkətin məhdudlaşdırılması ilə nəticələnir və insanların işləməsinə maneəçilik yaradır. Bu zaman təbii ki, itkilərin kompensasiyası istiqamətində müəyyən dəstəyin həyata keçirilməsinə ehtiyac var”.


Ekspertin sözlərinə görə, bu günə qədər baş verənlər onu göstərdi ki, bu istiqamətdə ardıcıllıq təmin olunmayıb: “Bilirsiniz ki, aprel, may, iyul və avqust aylarında bu təşviq edildi, lakin iyun ayında isə təşviq edilmədi. Yəni, burada paralelliyin olmadığını müşahidə edirik. Artıq hökumət hərəkətlərin məhdudlaşdırılması, iaşə obyektlərinin fəaliyyətlərinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması kimi istiqamətlərdə qərarlar qəbul edib”.

Rəşad Həsənov düşünür ki, bunları əsas gətirməklə sentyabr ayı üçün 190 manat məbləğində birdəfəlik ödəmələrin həyata keçirilməsi ideyasını müsbət qarşılamayacaqlar, onu dəstəkləməyəcəklər: “Amma məntiq onu deməyə əsas verir ki, bu istiqamətdə müəyyən irəliləyişlər, yumşalmalar var. Lakin iqtisadiyyatın özündə də resesiya var. İşsizlik artmaqdadır. Bir sıra sahələrdə bu daha qabarıq şəkildə özünü göstərir. Və belə olduğu təqdirdə bütün məhdudiyyətlərin aradan qaldırılsa da, insanların işlə təmin edilməsində çətinliklər yaranacaq. Xüsusilə də bu illeqal əmək bazarında müşahidə olunur. Çünki leqal əmək bazarında müəyyən təzyiqlər fonunda dövlət və özəl sektorda belə iş yerlərinin qorunub, saxlanılması cəhdləri oldu. Yəni, burda ən azından açıq şəkildə sahibkarlar işçilərin sayını kəskin azalda bilmədi. Kifayət qədər böyük bazar olan illeqal əmək bazarında təxminən hər üç işçidən ikisi bu bazarın iştirakçısıdır. Burda çox radikal şəkildə iş ixtisarları gedib. İndi isəa onun da yumşalma tədbirlərindən qaynaqlanaraq bərpa olunması imkanları məhduddur. Yəni hökumət bu məsələləri əldə olan məlumat əsasında daha dərindən təhlil edib, hər hansı bir yeni və daha adekvat dəstək mexanizmi hazırlaya bilər”.

"190 manat məbləğində birdəfəlik ödəmələrin avqust ayı üçün də verilməyəcəyi deyilmişdi, lakin Azərbaycan Respublikasının Prezidenti 190 manat məbləğində birdəfəlik ödəmələrin verilməsi ilə bağlı tapşırıq verdi. Ola bilərmi ki, sentyabr ayı üçün də belə bir hal təkrarlansın" sualını ekspert belə cavablandırdı: “190 manat məbləğində birdəfəlik ödəmələrin sentyabr ayında yenidən verilməsi ehtimalı daha aşağıdır. Azərbaycan Respublikasının Prezidenti onu təsdiqləsə də, siz düşünməyin ki, Prezident oturub, bunu götür-qoy edir. Bu hazırlanmış layihələr şəklində digər qurumlar tərəfindən təklif olunur. Ola bilsin ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi heç bu prosesdə iştirak etmir, burada İqtisadiyyat Nazirliyi təşəbbüsü ələ götürür. Çünki bir sıra hallarda onların bu sosial məsələlərə də müdaxilə etdiyini müşahidə edirik. Düşünmürəm ki, indiki halda Nazirlər Kabineti Prezident qarşısında hər hansı bənzər bir istəklə çıxış etsin. Çünki əvvəlki dövrlə müqayisədə artıq büdcənin gəlirlərində də geriləmə sürəti artıb”.

Rəşad Həsənov deyir ki, bununla onlar özləri özlərini də inandırırlar ki, biz artıq iqtisadiyyatı açmışıq və hamı işləyir: “Ümumiyyətlə ölkəmizdə əmək bazarında uçot yoxdu. İqtisadiyyatın uçotunun olmaması da adətən bu kimi fikirləri izah etməkdə hökumətə daha asan bir şərait yaradır. Çünki statistikanı götürsək, statistika bizə tamamilə qeyri-adekvat vəziyyəti təsvir edir”.

Ekspert daha yaxşı mexanizmlərin hazırlanmalı olduğunu dilə gətirdi: “190 manatın özü heç də vəziyyətə adekvat bir mexaniz deyildi, kifayət qədər ciddi nöqsanları var idi. Hətta təkrar veriləndə belə, ciddi nöqsanları var idi. Yaxşı mexanizmlərin hazırlanmasına ehtiyac var, amma indiki şərtlər daxilində mənim gözləntim çox aşağıdır”.

ZARA

Qərar verildi: Bu şəxslərə ayda 60 manat veriləcək - SON DƏQİQƏ!Qərar verildi: Bu şəxslərə ayda 60 manat veriləcək- SON DƏQİQƏ! Pensiya ilə bağlı - ŞAD XƏBƏRPensiya ilə bağlı -ŞAD XƏBƏR Pensiya və maaşların üzərinə faiz gələcək -  Şad xəbər!Pensiya və maaşların üzərinə faiz gələcək - Şad xəbər! Razi Nurullayev: Azərbaycanda işçilər qul kimi işlədilir Razi Nurullayev: Azərbaycanda işçilər qul kimi işlədilir 190 manatla bağlı -  AÇIQLAMA190 manatla bağlı - AÇIQLAMA “Yelo Bank” ön cəbhədə olan əsgərimizi məhkəməyə verdi -  FOTOLAR “Yelo Bank” ön cəbhədə olan əsgərimizi məhkəməyə verdi - FOTOLAR "Süni tənəffüs aparatına qoşulanların sayı çoxdur" -  Yaqut Qarayeva"Süni tənəffüs aparatına qoşulanların sayı çoxdur" - Yaqut Qarayeva Koronavirusla bağlı son statistika  Koronavirusla bağlı son statistika Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib Toy və yasların keçirilməsi ilə bağlı  -  QƏRARToy və yasların keçirilməsi ilə bağlı - QƏRAR Sumqayıtda mənzillərə istilik verilməsi niyə gecikir?  Sumqayıtda mənzillərə istilik verilməsi niyə gecikir? Aztəminatlı ailələrə şad xəbər -  4 milyard manat ayrıldıAztəminatlı ailələrə şad xəbər - 4 milyard manat ayrıldı Sumqayıtda mənzillərə istilik verilməsi niyə gecikir?  Sumqayıtda mənzillərə istilik verilməsi niyə gecikir? Komendant saatı nə vaxt ləğv olunacaq? Komendant saatı nə vaxt ləğv olunacaq? COVID-19-dan sonra tam sağalma müddəti və tövsiyələr açıqlandı COVID-19-dan sonra tam sağalma müddəti və tövsiyələr açıqlandı Bu şəxslərə 480 manat veriləcək -   ŞAD XƏBƏR!Bu şəxslərə 480 manat veriləcək - ŞAD XƏBƏR! Koronavirusla bağlı son statistika - 2075 yeni yoluxma  Koronavirusla bağlı son statistika -2075 yeni yoluxma Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb Avtobuslarda gediş haqqı 50 qəpik olacaq -  İDDİAAvtobuslarda gediş haqqı 50 qəpik olacaq - İDDİA Qabiliyyət imtahanları üzrə ekspertlərin məlumat bazası yaradılacaq Qabiliyyət imtahanları üzrə ekspertlərin məlumat bazası yaradılacaq